Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İpəktük köpəkdilotu
İpəktük köpəkdili
İpəktük köpəkdili (lat. Cynoglossum holosericeum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik və ya ikiillik ot bitkisidir. Gövdəsi 40-60 sm hündürlükdədir. Kökətrafı yarpaqları çoxsaylı neştərşəkilli, 25 sm-ə qədər uzunluqda, 2-2,5 sm enindədir, itisaplaqlı, ortada yerləşən saplaqları oturaq, ağ tüklüdür. Çiçəkləri əvvəlcə başcıq çiçək qrupunda toplanır. Kasacığı 3-4 mm uzunluğunda, sıxtüklü, uzunsov, iti hissəlidir. Çiçək tacı bənövşəyi –qırmızı, 7-8 mm diametrində, qısa boruludur.