SARSILMAZ, MÖHKƏM Yalnız bir fərqlə ki, bu gəminin ordusu daha möhkəm və daha sarsılmazdır (M.Hüseyn); QIRILMAZ [Toğrul] qırılmaz bir iradə qüvvəsi ilə və qəvi barmaqlarını sıxıb, eşidilən bir səslə – hər nə olursa olsun, səbat lazımdır, – dedi (H.Nəzərli); MƏTİN ..Döyünürsə inamla; Məğrur, mətin bir ürək (Ə.Cəmil); YENİLMƏZ Onun yenilməz adı birdir hər dildə, dostlar (S.Rüstəm); YIXILMAZ İpəkdir vicdanın, poladdır yaxan; Yıxılmaz dağlara dayanmış arxan (S.Vurğun).