Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.
Əbülhəsən xan İqbali Azər
Əbülhəsən xan Musa xan oğlu İqbali Azər (1870, Qəzvin ş., Əlvənd k. — 05.02.1971, Təbriz)—Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. == Həyatı == Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır. Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur.