Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sidiki Ouedraoqo
Sidiki Ouedraoqo (31 dekabr 1996) — Burkina-Fasolu atlet. Sidiki Ouedraoqo Burkina-Fasonu 2016-cı ildə XX Yüngül atletika üzrə Afrika çempionatında təmsil etdi. == Karyerası == Sidiki Ouedraoqo birinci dəfə Afrika çempionatına 2016-cı ildə qatıldı. O, CAR-ın Durban şəhərində baş tutan XX Yüngül atletika üzrə Afrika çempionatında kişilər 100 metr məsafəyə qaşış yarışlarında yürüşlərdə iştirak etdi və məsafəni qət edə bilməyərək 48 atlet arasında 43-cü yeri tutdu.
İsokiçi Komine
İsokiçi Komine (17 iyul 1867, Şimabara, Naqasaki prefekturası – 3 oktyabr 1934, Rabaul) – yapon əsilli Avstraliya fermeri, mirvari ovçusu və biznesmeni. Alman Yeni Qvineyasının ilk yapon sakini və yerli yapon icmasının lideri olmuşdur. == Həyatı == === İlk illəri === İsokiçi Komine 17 iyul 1867-ci ildə Yaponiyanın Şimabara şəhərində doğulmuşdur. 1890-cı ildə Avstraliyanın Tersdi adasına miqrasiya etmişdir. O, mirvari ovu ilə məşğul olmağa başlamış və öz lugerini almışdır. 1894-cü ildə qayıq tikintisinə maraq göstərmişdir. O, 1895-ci ildə kənd təsərrüfatına yararlı torpaqlar tapmaq üçün Yeni Qvineyanın Binaturi və Flay çayları boyunca səyahət etmiş, lakin kəşflərindən yararlanmaq üçün kapital tapa bilməmişdir.Komine 1901-ci ildə Avstraliyanın Kerns şəhəri yaxınlığında torpaq alıb şəkər yetişdirmək istəsə də, Avstraliya vətəndaşlığına qəbul edilmədiyi üçün uğursuz olmuşdur. Britaniya Yeni-Qvineyasında daimi yaşama icazəsi də qəbul edilməmişdir. === Yeni Qvineyada === Komine 1901-ci ildə Alman Yeni Qvineyasına köçmüşdür. Rabaulda ilk işi hökumət üçün ağac kəsmək olmuşdur.
İşlədici kroton
İşlədici kroton (lat. Croton tiglium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
İşlədici kətan
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
İşlədici murdarça
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
Şiniçi Morişita
Şiniçi Morişita (d. 28 dekabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Şiniçi Moçizuki
Şiniçi Moçizuki (望月 新, 29 mart 1969-cu il, Tokio, Yaponiya) — Yaponiya riyaziyyatçısı. Saylar nəzəriyyəsi, cəbr həndəsəsi, Hoca nəzəriyyəsi sahələri ilə məşğul olur. == Təhsili == Eksteredə Fillips Akademiyasını bitirib. 16 yaşında Priston Universitetinə qəbul olunub, 22 yaşında fəlsəfə doktoru elmi adını alıb. 1992-ci ildə Kioto Universitetinə işə qəbul olunur və 2002-ci ildə professor vəızifəsinə seçilir. == Nəşrləri == Shinichi Mochizuki. Foundations of p-adic Teichmüller theory. http://books.google.com/books?id=JnMWs5BLTiEC Shinichi Mochizuki. Proceedings of the International Congress of Mathematicians, Vol. II (Berlin, 1998).
İşığını Əsirgəmə (1990)
== Məzmun == Kinolentdə Respublika Korlar Cəmiyyətinin fəaliyyətindən, mövcud problemlərindən, bu cəmiyyətdə çalışan adamlardan söhbət gedir. == Film haqqında == Film Respublika Korlar Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.
İşığını əsirgəmə (film, 1990)
== Məzmun == Kinolentdə Respublika Korlar Cəmiyyətinin fəaliyyətindən, mövcud problemlərindən, bu cəmiyyətdə çalışan adamlardan söhbət gedir. == Film haqqında == Film Respublika Korlar Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.