Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yohanna Spiri
Yohanna Spiri (12 iyun 1827, Hirzel - 7 iyul 1901, Sürix) - İsveçrə yazıçısı. Ən məşhur əsəri yazdığı "Heydi" uşaq romanıdır. Yayda vaxtının çoxunu Çur, Qrabündün kimi yerlərdə keçirmiş, kitablarında da bu yerləri daxil etmişdir. == Şəxsi həyatı == 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evləndi. Sürixdə yaşayarkən İsveçrədəki həyat haqqında əsərlər yazmağa başladı. Yazıçılığa başlamamışdan qabaq adi evdar xanım idi. İlk kitabı "Vroninin Məzarı üzərindəki yarpaqdır, Heydi" olmuş və uğur qazanmışdır. Heydi Alp dağlarında babası ilə yaşayan qızdır və oradakı həyatı öz dili ilə təsvir edir. 1884-cü ildə həm həyat yoldaşı, həm də tək oğlu Bernhard öldülər. 1901-ci ilin 7 iyulunda isə özü vəfat etmişdir.
Aspirin
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
İmperi
İmperi (lat. imperium, latınca imperare — "idarə etmək" sözündən) — Roma dövlətində həm hərbi, həm də məhkəmə hakimiyyətini əhatə edən ali icraedici səlahiyyət. Roma Respublikasında onu baş maqistratlar və xüsusi vəzifə verilmiş fərdi vətəndaşlar aparırdı. Respublikanın sonrakı dövründə prokonsullar, propretorlar və bəzi komissiyaların ikinci üzvləri də imperiyə sahib idilər. Onun istifadəsinə məhdudiyyətlər respublikanın yarandığı vaxtdan qoyulmuşdur. Kollegiallıq prinsipinə görə, onu daşıyan eyni səviyyəli maqistratların hər birinin onu eyni dərəcədə idarə etməsi nəzərdə tutulurdu. II əsrə qədər Roma vətəndaşlarının ağır işlərdə mühakimə olunmasını, habelə xalqa müraciət hüququnu tələb edən bir sıra qanunlar qəbul edilmişdir. Eyni hüquqlar şərti olaraq Romadan kənarda hərbi və ya digər rəsmi xidmətlərdə olan Roma vətəndaşlarına da şamil edilirdi. Maqistratlardan öz səlahiyyətləri daxilində imperi tətbiq etmələri tələb olunurdu. İmperi rəsmi olaraq kuriya komissiyası tərəfindən bir il müddətinə və ya məmur öz işini başa çatdırana qədər verilirdi.
İslimi
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
İriri
İriri (port. Iriri) — Cənubi Amerikanın mərkəzi hissəsindən axan çay. Çay Şinqu çayıın sol qolunu təşkil edir. Mənbəyi Matu-Qrasu platosunda yerləşir. Əsasən şimal istiqamətində axır. Uzunluğu 1100 km-dirGursululuq dövrü apreldən maya qədər uzanır. Ancaq kiçik ölçülü gəmi və katerlər üçün yararlıdırlar.
İspik
Yaşayış məntəqələri Azərbaycandaİspik (Quba) — Quba rayonunda kənd.Rusiyadaİspik (Dağıstan) — Dağıstanda kənd.
İtiri
ITIRI - Yazılı və sinxron tərcüməçilər və beynəlxalq əlaqələr institutu, 1985-ci ildə yaradılmışdır.
Allil spirti
Allil spirti (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir. == Fiziki xassələri == Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir. == Kimyəvi xassələri == Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3] == Aınması == Allilxloridin hidrolizindən Propilen oksidin izomerləşməsindən Propanol-1-in dehidrogenləşməsindən Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4] Propilenin allilasetata oksoasilləşməsindən == Tətbiqi == Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.
Amil spirti
Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. == Izomerləri == === Amil spirtinin izomerləri === == XASSƏLƏRİ == === FİZİKİ XASSƏLƏRİ === Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur. === KİMYƏVİ XASSƏLƏRİ === Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir: qələvi metallarla alkoqalyatlar əmələ gətiri qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri - müvafiq ketonlara, üçlü amil spirtləri - C -C rabitəsinin qırılması nəticəsində sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s. == ALINMASI == Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır. == İZOAMİL SPİRTİ == Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir - (CH3)2CHCH2CH2OH .
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Blok siniri
== İstinadlar ==
Braziliya tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Bud siniri
Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2 və L4) liflərindən təşkil olunmuşdur. ¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r.
Dağ tapiri
Dağ tapiri (lat. Tapirus pinchaque)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Dirsək siniri
== İstinadlar ==
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Görmə siniri
Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir. Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Mil siniri
== İstinadlar ==
Polivinil spirti
Poli (vinil spirti) (PVOH, PVA, və ya PVAl) — suda həll olunan sintetik polimer. İdeallaşdırılmış [CH2CH(OH)]n formulaya malikdir. Kağız istehsalında, toxuculuq çubuqlarının ölçüsünün təyin olunmasında, polivinil asetat (PVAc) yapışdırıcı formulalarında qatılaşdırıcı və emulsiya stabilizatoru kimi, müxtəlif örtüklərdə və 3D çapda istifadə olunur. Rəngsiz (ağ) və qoxusuzdur. Adətən muncuqlar və ya suda məhlullar şəklində təqdim olunur. Xaricdən əlavə edilmiş çarpaz bağlayıcı agent olmadan, PVA məhlulu təkrar dondurma-ərimə yolu ilə jelə çevrilə bilər, damar stentləri, qığırdaq, kontakt linzalar və s. kimi müxtəlif tətbiqlərdə istifadə olunan yüksək güclü, ultra təmiz, biouyğun hidrojellər istehsal edir.
Qamış siniri
== İstinadlar ==
Qoxu siniri
Qoxu siniri-(lat. nervus olfactorius) kəllə sinirlərindən 1 cütü, xüsusi duyğu üzvü siniridir, qoxu beynindən (lat. rhinencephalon) inkişaf etmişdir; iki növ nüvəsi vardır. Başlanğıc nüvəsini burun boşluğunun qoxu hissəsini örtən qişadakı bipolyar (iki qütblü) qoxu reseptorları (hüceyrələri) təşkil edir; uc nüvəsi qoxu soğanağında yerləşir. Qoxu siniri hissidir, 15-20 ədəd qoxu lifləri - (lat. fila olfactoria) adlanan kiçik dəstələrdən təşkil olunmuşdur; (Əslində qoxu siniri burun boşluğunun qoxu hissəsini örtmüş selikli qişadakı bipolyar (ikiqütblü) qoxu hüceyrələrinin mərkəzi çıxıntılarından ibarətdir.) bunlar qoxu soğanağından başlayaraq xəlbir sümüyünün xəlbir səfhəsindəki dəliklərdən burun boşluğuna daxil olur. Burada bunlar əvvəlcə sümüküstlüyü və selikli qişa arası ilə gedir, sonra selikli qişaya daxil olub bir qismi yuxarı balıqqulağı sahəsindəki və digər qismi burun arakəsməsinin yuxarı hissəsindəki qoxu reseptorlarında tamam olur. Qoxu sinirləri reseptorların qəbul etdikləri qıcıqları beyinə daşıyır.
Üz siniri
== İstinadlar ==
İstili (Sərab)
İstili (fars. اسطلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (62 ailə).
Rişiri
Rişiri (yap. 利尻 — Yapon dənizində Hokkaydo adasından 20 km şimal-qərbdə yerləşir. Vulkan məşəlli adadır. Sahəsi 182,11 km², sahil xəttinin uzunluğu 63 km. Ada öz adını Aynu dilidən götürmüşdür. Mənası rii-shiri — «hündür ada» deməkdir. == Coğrafiya == Adaya gələn turistərin çoxu adaya hündürlüyü 1721 m olan Rişiri-san dağıdır görməyə gəlirlər. Dağ ilk baxışdan Fudziyama dağını xatırladır. Avropalılar üçün İsveçrədə yerləşən Alp dağlarını xatırladır. Açıq havada 120 km şimalda yerləşən Rusiyaya məxsus Moneron adasından görmək olar.
İşpuini
İşpuini (e. ə. IX əsr – e.ə. 810) — Kiçik Asiyadakı Urartu dövlətinin kralı. O, Sardurinin oğlu və Urartunun dördüncü hökmdarı idi. Krallığının torpaqlarını şərqə doğru genişləndirib. İranın şimal-qərbindəki Urmiya Gölü yaxınlarındakı Musasir şəhərini alaraq krallığın dini mərkəzi etdi. Son illərdə birlikdə hökm sürdüyü oğlu Menua İşpuininin yerini aldı.
Axtarış işləri
Axtarış işləri (rus. Разведка месторождений полезных ископаемых) — faydalı qazıntı yataqlarının aşkar edilməsi və qiymətləndirilməsinə dair işlər kompleksi. Faydalı qazıntı yataqlarının axtarışı 3 mərhələdə aparılır: ümumi axtarışlar. bilavasitə axtarış işləri. axtarış-qiymətləndirmə işləri.Ümumi axtarışlar prosesində ərazilərdə tədqiqat aparmaqla faydalı qazıntıların mövcudluğuna birbaşa əlamətlərin olması ilə onların perspektivliyi təsdiq edilir. Axtarış işlərinin miqyası axtarış müşahidələri şəbəkəsinin sıxlığı ilə müəyyən edilir, faydalı qazıntıların növü və ərazinin geoloji quruluşunun mü rəkkəbliyindən asılı olur. Axtarış işlərinə geoloji, geokimyəvi və s. üsullar kompleksi ilə axtarışlar aparılması, səth mədən qazmalarının keçilməsi, axtarış quyularının, qanov, şurf, dairəvi şurf qazılması ilə ana süxurların aşkarlanması daxildir. Səmərəli xtarış işləri kompleksi faydalı qazıntıların növündən və işlərin aparıldığı ərazinin quruluşu, landşaft-coğrafi şəraitin dən asılı olaraq seçilir. Qapalı və yer səthinə çıxışı olmayan faydalı qazıntı yataqlarının aşkar edilməsi üçün axtarış işləri dərin, sütuncuqlu qazıma quyuları ilə aparılır.