Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Italian Singles Chart
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
İtaliya
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
İtalyan
İtalyanlar (it. Italiani) — Roman dillərinə məxsus Avropa xalqı, İtaliya cəmiyyətinin əsasını təşkil edir. İtalyanların dilləri dialektlərinə görə bir-birindən fərqlənir. == Ədəbiyyat == Энциклопедия «Народы и религии мира». — М., 1998. А. Кондрашов. Справочник необходимых знаний.
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. == Adı və soyadı == Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Anchusa italica
İtaliya sümürgəni (lat. Anchusa azurea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü. == Sinonimləri == Anchusa amoena J.F.Gmel. Anchusa biceps Vest Anchusa italica Retz. Anchusa lucida Vitman Anchusa macrophylla Lam. Anchusa paniculata Aiton Buglossum amoenum Gaertn. Buglossum caeruleum Pers.
DMAX (İtaliya)
«DMAX» — «Discovery Networks Europe» şirkətinin sahibləndiyi İtaliya şəbəkə telekanalı.Telekanalın İtaliya ərazisində yayımı 10 noyabr 2011-ci il saat 18:45-də Destroyed in Seconds verilişə ilə başlamışdır.«DMAX» telekanalı rəqəmsal televiziyada 52-ci, «Sky Italia» platformasında 136 və 137-ci, «Tivù Sat» platfromasında isə 28-ci kanalda yayımlanır.Telekanal İtaliya ərazisində kişi auditoriyası üçün nəzərdə tutulan ilk əyləncə kanalıdır.2021-ci ilə qədər telekanal Six Nations yarışlarını yayımlayacaq.
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. == Tarixi == Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Hermione italica
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Kiçik İtaliya
Kiçik İtaliya (ing. Little İtaly) - Kiçik İtaliya anlayışı XIX əsrdə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Həmin dövrlərdə İtaliyadan minlərlə miqrant, gəmilər vasitəsi ilə Amerika Birləşmiş Ştatlarına miqrasiya edirdi. Amerika dövlət idarəsi, italyanların kompakt yaşaması məqsədi ilə şəhərlərdə yeni qəsəbələrin təşkil edilməsinə qərar vermişdi. Gəlmə italyanlar arasında qanuna qarşı itəatsizlik, işsizlik və mifia əlaqləri güçlü olduğundan, dövlətin İtaliyalı miqrantları vahid ərazidə çəmləməsində maraqlı idi. Müasir dövrdə Kanada, Avstraliya və ABŞ-də Kiçik İtaliyalar mövcuddur. Çin məhəllələridən fərqli olaraq, kiçik italiya etnik italyanlar azlıq təşkil edir.
Lana, İtaliya
Lana— İtaliyanın şimalındakı Cənubi Tirol şəhərindəki bir bələdiyyə. Lana Ultental girişində, Etsçtalda (Etsç vadisi) Bolzano və Merano arasında yerləşir. 2010-cu ildə əhalisi 11,206 nəfər idi. Cənubi Tirolun 3 bələdiyyəsindən biridir, adı XX əsrin başlanğıcında alman adlarının italyan adları ilə dəyişilməsi proqramına əsasən dəyişdirilmişdir. Digər 2 bələdiyyə Qaiz və Plauzadır.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. == Qonşu kommunalar == Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Phlomis italica
Phlomis italica (lat. Phlomis italica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Populus italica
İtаliyа qovağı (lat.
Prunus italica
Prunus italica (lat. Prunus italica) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Rozelle (İtaliya)
Rozelle (it. Roselle) — İtaliyanın Toskana regionunda şəhər.
Silene italica
İtaliya qoyunqulağı (lat. Silene italica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. == Arealı == Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.İtaliya qoyunqulağı:''The Plant List saytında takson barədə məlumat. (ing.) == Sinonimləri == Cucubalus catholicus Ficinus Cucubalus clavicarpus Schult. Cucubalus floccosus Ficinus Cucubalus italicus L. Cucubalus mollissimus Waldst. & Kit. Cucubalus pilosus Willd. ex Spreng. Cucubalus silenoides Vill. Silene multifida Edgew.
Tinca italica
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Vittoriya (İtaliya)
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.
İtaliya (bina)
İtaliya (port. Edifício Itália) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn. 1965-cı ildə inşa edilmişdir. Braziliyada ikinci ən yüksək göydələndir. Memarı Frans Hipdir (Franz Heep). Binanın hündürlüyü 168 metr, daxili sahəsi 52 000 kvadrat metrdir.
İtaliya Krallığı
İtaliya krallığı (it. Regno d'Italia) — 1861-ci ildə İtaliyanın birləşməsinin nəticəsi və 1946-ci ildə İtaliya Respublikasının elanına qədər davam etmiş bir krallıqdır. İtaliya Krallığı Roma İmperiyasının süqutundan sonra qurulan və bütün İtaliya yarımadasını əhatə edən ilk dövlətdir. == Fransız idarəçiliyində İtaliya == XVIII əsrin son illərində İtaliya I Napoleon tərəfindən işğal edilərək fransız təsiri altına girdi. 1789-cu il inqilabı başlayarkən İtaliya siyasi vəziyyət belə idi: Sardiniya krallığı, Milan hersoqluğu, Genoa Respublikası, Venesiya respublikası, Toskana qraflığı, Papalıq dövləti və Neopol-Siciliya krallıqları var idi. Bu dövlətlərin bəzilərində hökmdarlar yerli deyildilər. İtaliya Direktoriya dövründə fransız orduları tərəfindən işğal edildiyi zaman, Avstriya və Prussiyanın bu dövlətə qarşı başlatdıqları müharibəyə İtaliyanın krallıqla idarə olunan iki dövləti (Sardiniya və Napoli) müttəfiq olaraq qatılmışdı. Direktoriya Napaleona batil inanclar ocağını söndürmək və İtalyanı canlandırmaq üçün Papanın siyasi gücünü ləğv etməsini əmretmişdi. Napaleonun əmrindəki ordular 1796-cı ildə İtaliyaya girərək iki il içində yarımadanı həm işğal etdi, həm də Avstriyanı sülh bağlamağa məcbur etdi. Milanı tutan Napaleon ardınca Romaya yönəldi.
İtaliya Kuboku
İtaliya Kuboku (tatar. Coppa Italia) — İtaliyanın 1922-ci ildən təşkil olunan miili futbol yarışı.
Federation of the Italian Music Industry
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
İtaliyan dəbi
İtaliya Fransa, ABŞ və İngiltərə ilə yanaşı moda dizaynında lider olan ölkələrdən biridir. Moda hər zaman ölkənin mədəni həyatının və cəmiyyətinin mühüm bir hissəsi olmuşdur və italiyalılar yaxşı geyimləri ilə diqqəti cəlb etməkdə məşhurdurlar. İtalyan modası XI–XVI əsrlərdə İtaliyada bədii inkişafın zirvəsində olduğu dövrdə məşhurlaşdı. Roma, Palermo, Venesiya, Milan, Neapol, Florensiya və Vicenza kimi şəhərlər lüks mallar, şapkalar, kosmetika, zərgərlik və zəngin parçalar istehsal etməyə başladılar. 17-ci əsrdən 20-ci illərin əvvəllərinə qədər italyan modası öz əhəmiyyətini və parıltısını itirdi və Avropanın əsas trendi Fransız modasının böyük populyarlığı ilə Fransa oldu. Bu, Louis XIV kuryerləri üçün hazırlanmış lüks geyimlər ilə əlaqədardır.Bununla birlikdə, Giovanni Battista Giorgini'nin Florensiyada keçirdiyi 1951–53 moda günlərindən bəri, "İtalyan məktəbi" Fransa modası ilə rəqabət aparmağa başladı və Ferragamo, Gucci kimi etiketlər Chanel və Dior ilə mübahisə etməyə başladı. 2009-cu ildə Qlobal Dil Monitorinqinə görə, İtaliyanın dizayn mərkəzi olan Milan dünyanın ən yaxşı moda paytaxtı, Roma isə dördüncü yeri tutdu. Milan ümumiyyətlə New York, Paris və London ilə birlikdə "böyük dörd" qlobal moda paytaxtlarından biri hesab olunur; hərdən "böyük beşlik"ə Roma da daxildir. == İtalyan moda evləri, dizaynerlər və lüks markalar == Həm kişi geyimlərinə, həm də qadın geyimlərinə, eyni zamanda aksesuarlara yönəlmiş böyük İtalyan moda evlərinin nümunələri: Giorgio Armani, Byblos, Bottega Veneta , Roberto Cavalli, Kostyum Milli, Brunello Cucinelli, Diesel, Dolce & Gabbana, Etro, Fay , Fendi, Salvatore Ferragamo, Fiorucci, Frankie Morello, Genny, Gucci, Hogan, Iceberg , Kiton, La Perla, Loro Piana, Marni , Antonio Marras, Missoni, Moncler, Moschino , MSGM , № 21 , Prada, Richmond, Ermanno Scervino, Tod's, Trussardi, Valentinovə Versace. Əsasən qadın geyimlərində ixtisaslaşmış əsas moda markalarına Agnona , Luisa Beccaria, Laura Biagiotti, Blumarine , Chiara Boni la petit xalat, Capucci , Alberta Ferretti, Elisabetta Franchi, Giamba , Krizia, Maks Mara , Miu Miu , Fəlsəfə, Emilio Puççi, Simonetta Ravizza, Mila Schon və əkiz dəstli Milano, yalnız kişilər üçün geyim və aksessuarlara diqqət yetirən ən lüks evlər Brioni, Canali, Caruso, Corneliani, Lardini, millət vəkili Massimo Piombo, Stefano Ricci, Ermenegildo Zegna və Pal Zileridir.
İtalyan dili
İtalyan dili (lingua italiana) — İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dili. Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində ikinci rəsmi dil elan edilmişdir.İtalyan əlifbasında 21 hərf var. İtalyanca musiqi terminologiyasında geniş istifadə olunduğuna görə ona "musiqinin dili" deyirlər. Bu terminlər beynəlmiləl hesab olunur. Bundan başqa, incəsənətə aid bir çox terminlər italyancadır. == İstinadlar == == Əlavə oxu == Simone, Raffaele. Enciclopedia dell'italiano. Treccani. 2010. Berloco, Fabrizio.
İtalyan iynəbalığı
İtalyan iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü. == Yayılması == Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır. == Yaşayış yeri və həyat tərzi == İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir. == Çoxalması == İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür.
Italia
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.