Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Janis Joplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. === Həyatı === == İlk illər: 1943–1961 == 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. == Kaliforniya Həyatı == 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Hapi (Nil tanrısı)
Hapi (Nil tanrısı) — Hapi qədim Misir dinində Nil çayının illik daşqınlarının tanrısı idi. Daşqın nəticəsində çayın sahillərində misirlilərə məhsul yetişdirmək imkanı verən zəngin lil (münbit torpaq) əmələ gəlib. Hapi misirlilər arasında geniş qeyd olunurdu. Hapinin bəzi titulları "Balıqların və Bataqlıq quşlarının Rəbbi" və "Bitki gətirən çayın Rəbbi" idi. Hapi adətən böyük qarnı və böyük sallanan sinəsi olan, bel paltarı geyən və təntənəli saxta saqqallı androqin fiqur kimi təsvir edilir. == Mifologiya == Nil çayının illik daşqını bəzən Hapinin gəlişi adlanırdı. Bu daşqın başqa bir səhra ərazisində münbit torpaq təmin etdiyi üçün Hapi məhsuldarlığı simvollaşdırdı. Zəngin və qidalı məhsul gətirdiyi deyildiyi üçün böyük qadın döşləri var idi. Bərəkətli təbiətinə görə o, bəzən “tanrıların atası” hesab olunurdu və kosmosun, dünyanın və ya kainatın tarazlığını qorumağa kömək edən qayğıkeş ata hesab olunurdu. Onun Asvan yaxınlığında Nil çayının ehtimal olunan mənbəyində bir mağarada yaşadığına inanılırdı.
Milçəklər tanrısı (roman)
Milçəklər tanrısı və ya bəzən Milçəklər kralı — Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan alleqorik roman. == Haqqında == Kitabda baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Vilyam Qoldinq bu kitabı İkinci Dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır. == Mövzu == Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır. Daha sonra katolik məktəbin uşaqlarından ibarət qrupda bu qrupa qoşulur və liderlik problemi böyüyür.
Batal janrı
Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin , qəhrəmanların , sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. XV–XIX əsrlərdə Qərbi Avropada batal janrının ən yaxşı nümunələri (Uççello, Velaskes, Rubens, Qoyya, Delakrua və başqalarının tabloları) yaradılmışdır. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər. Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s.
Detektiv janrı
Detektiv
Faciə janrı
Musiqi janrı
Musiqi janrları — musiqi janrlarının növlərini xarakterizə edən çoxmənalı anlayış. == Kateqoriyalar == === Dövr === Musiqi bəzən aid olduğu dövrə görə kateqoriyalandırıla bilər. Məsələn; XVII əsr musiqisi, 1950-ci illərin "Rok və roll" musiqisi və s. === Regional və milli musiqi === Musiqini coğrafiyasına görə kateqoriyalandırmaq mümkündür. Məsələn; ABŞ musiqisi; ABŞ rok musiqisi, ABŞ ənənəvi musiqisi, ABŞ klassik musiqisi və s. === Texniki === Musiqi texniki cəhətdən, istifadə edilən çalğılara görə kateqoriyalandırıla bilər. === İctimai === Musiqi tərzləri ictimai tərzlərinə görə təyin oluna bilər. Məsələn; Milad musiqisi və s.
Məişət janrı
Məişət janrı - gündəlik şəxsi və ictimai həyata həsr olunmuş incəsənət janrı. == Tarix == Bu janr Avropa antik dövründə yaranmışdır. Amma Qədim Yunanıstandan əvvəl Afrikada və qədim Misirdə gündəlik həyat səhnələrin rəsmini çəkirdilər.
Videooyun janrı
Videooyun janrı - təyin olaz zaman təsnif etmədə videooyunlarının oynanış tərzləri əsas alınır.Lakin bu təsnif etmə hər vaxt tutarlı və ya sistematik bir yol izləməmişdir. Bunun səbəbi meyarların, ayrı-seçkiliyi etmiş adam ya da təşkilata görə fərqlilik göstərməsidir. Oyun növləri istifadəçilərin fərqli gözləmələrini qarşılamaq üzrə törədilmişdir. Oyun növlərinin təyin olunması zamanla daha da diqqətə çarpanlaşmış və müəyyən başlıqlar altında qruplaşdırıldırıla bilmişdir. Təbii oyun növlərinin qruplaşdırıldırılmasında araşdırmaçılar arasında qəti bir görüş birliyi yoxdur. Bu mövzuda təsnif etmə çox az edilmişdir. Videooyunlarının janrlarının müxtəlif növləri vardır.
Ədəbiyyat janrı
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Milçəklər tanrısı (film, 1963)
Milçəklər tanrısı (ing. Lord Of The Flies) — nobel mükafatçısı Uilyam Qoldinqin eyni adlı romanının motivləri əsasında çəkilmiş ingilis məcara-dram filmi. == Mövzu == Okean üzərindəykən təyyarələri qəzaya uğrayan otuza qədər inglis uşaq yaxınlıqdakı kimsəsiz tropikal adaya çıxırlar. Qəzadan heç bir yetişkin sağ qurtura bilmir. Yetişkinlərin, dolayısıyla da təzyiqin və qaydaların olmadığı bir yerdə gözəl təbiət uşaqların çox xoşuna gəlir. Hər şeyi özləriə görə nizamlayıb oyunla qurub ovlanırlar. Ancaq zaman keçdikcə yaranan rəqabət, qorxu və inamsızlıqla uşaqlar bir növ demokratik quruluşdan qəbilə quruluşuna keçirlər. Bu da onların get-gedə vəhşiləşərək qorxunc bir kimliyə bürünmələrinə səbəb olur. Qaçınılmaz olaraq qütbləşmə başlayır. Bir qrup uşaq mədəni yaşayışın tərəfdarı olan Ralfin liderliyini qəbul edərkən digər bir qrup da daha fərqli xarakteri olan, şiddətə meyilli Cekin arasınca gedir.
Milçəklər tanrısı (film, 1990)
Milçəklər tanrısı — 1990-cı il məhsulu olan amerikan drama gərilim filmi. Film Uilyam Qoldinqin 1954-cü ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir. == Məzmun == Evə dönən 24 amerikan hərbi məktəb tələbəsini daşıyan təyyarə Sakit okeandakı uzaq, kimsəsiz orman adasının yanına düşür. Həyatda qalan tək yetişkin təyyarə pilotu kapitan Bensondur. O da çox ciddi şəkildə yaralanır və çılğına dönür. Həyatda qalanların hamısı adaya gəlir. Gecə boyunca ən müstəqil tələbə olan Simon bir çay tapır və digər uşaqlara xəbər verir. Hamısı ordan su içir və daha sonra adanı kəşf etməyə başlayırlar. Bu arada "Donuzcuq" (Piqqi) ləqəbəli kök bir tələbə (hekayə boyunca əsl adı açıqlanmır) və eynəkli başqa tələbə balıq qulağı tapır və onu qruplaşmış kursantlara aparırlar. Nüfuzlu tələbə və böyük uşaqlardan biri Kadet Koronel Ralf çətin vəziyyətdən çıxmaq üçün uşaqları bir yerə toplayır.
Cizgi (film janrı)
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Detektiv (film janrı)
Detektiv
Dram (film janrı)
Dram filmi — realistik xarakterlərin emosional obrazlarla ifadə olunması. Bütün digər janrlarda dramatik obrazlar və məqamlar tapmaq olar. Lakin dramatik filmlərin əsas məğzini dramatik hadisələr təşkil edir. Bu hadisələr çox zaman müəyyn insanların və ya ailənin ətrafında konfliktlərlə birlikdə cərəyan edir.
Komediya (film janrı)
Komediya filmi — film janrlarından biridir. Bu janrın əsas məzmunu yumordur. Adətən, belə flimlər xoşbəxt sonluqla bitir. == Xüsusiyyəti == Komediyanın fərqləndirici cəhəti tamaşaçılarda gülüş doğuran xarakterin və situasiyaların təsvir edilməsidir. Komediya təsvir olunan materiala müəllifin münasibətinə görə satirik, lirik komediyalar, kinoparodiya və şərtlilik dərəcəsinə görə isə ekssentrik, kinovodevil və digər xeyli janr müxtəlifiyinə malikdir. Komediya yarandığı ilk illərdə başqa sənət növlərinin təcrübəsindən geniş istifadə etmişdir. 1895-ci ildə kinematoqrafın ixtiraçısı Lui Lümyerin çəkdiyi "İsladılmış suvarıcı" adlı ilk kinokomediya illüstrasiyalı jurnallardan birində dərc olunmuş, süjetli yumoristik rəsmlər olan komikslər əsasında yaradılmışdı.
Qoşma (ədəbiyyat janrı)
Qoşma janrı — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn: Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir. Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Tarixi (film janrı)
Tarixi film — tarixi faktları özündə əks etdirən film janrı. Bu filmlər tarixi faktlara və sənədlərə əsaslanaraq çəkilir. Bu filmlərdə real insanların həyatı göstərildiyi kimi (tarixi-bioqrafik), uydurma obrazlar da (tarixi-macəra) göstərilə bilər.
Triller (film janrı)
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Vestern (film janrı)
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir. Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur. Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir.
Video oyun janrı
Videooyun janrı - təyin olaz zaman təsnif etmədə videooyunlarının oynanış tərzləri əsas alınır.Lakin bu təsnif etmə hər vaxt tutarlı və ya sistematik bir yol izləməmişdir. Bunun səbəbi meyarların, ayrı-seçkiliyi etmiş adam ya da təşkilata görə fərqlilik göstərməsidir. Oyun növləri istifadəçilərin fərqli gözləmələrini qarşılamaq üzrə törədilmişdir. Oyun növlərinin təyin olunması zamanla daha da diqqətə çarpanlaşmış və müəyyən başlıqlar altında qruplaşdırıldırıla bilmişdir. Təbii oyun növlərinin qruplaşdırıldırılmasında araşdırmaçılar arasında qəti bir görüş birliyi yoxdur. Bu mövzuda təsnif etmə çox az edilmişdir. Videooyunlarının janrlarının müxtəlif növləri vardır.
İdman (film janrı)
İdman filmi — Film janrlarından biridir. Əsas süjet xətti idmanın bir növü ilə əlaqəli olan filmlərdir.
Faciəvi komediya (film janrı)
Faciəvi komediya — film janrlarından biri. Belə filmlər adətən izləyicini həm güldürür, həm də düşündürür. Belə filmlərdə komediya ilə yanaşı faciə də yaşanır. həm komediya, həm də faciə əlamətləri olan dramatik bir əsər. Geniş mənada — gülməli və faciəli (kiçik) birləşdirən hər hansı bir ədəbiyyat, səhnə və vizual sənət sahəsi. == Tarixi == Faciəvi komediyanın xüsusiyyətləri Evripiddə mövcud idi; bir janr olaraq, tragikomediya qədim Romada geniş yayılmış, uzun müddət unudulmuş və yalnız İntibah dövrünün sonunda yenidən canlanmışdır. Şair və nəzəriyyəçi Battista Quarini 1601-ci ildə Tragikomik şeir məcmuəsində (it. Compendio clella poesia tragicomico) yazırdı: Faciəvi komediya yazarı, yüksək səviyyəli qəhrəmanların faciəsindən götürür, lakin böyük hadisələri deyil, inandırıcı, lakin tarixi bir hekayə xəttini deyil, hisslərin həyəcanını, lakin onların şokunu, zövqünü (faciəyə xas olan) deyil, qaranlığını deyil, təhlükə, ancaq ölüm olmadan; komediyadan gülür, amma həddindən artıq deyil, təvazökar əyləncə, uydurma komplikasiyalar, xoşbəxt sonluq, amma əsasən komik əhval. Kinonun inkişafı ilə (Çarlz Çaplindən başlayaraq) faciəvi komediya, komediya texnikasını faciəli (dramatik) məzmunla birləşdirən kinematik əsərlər, melanxolik qeydlər kimi başa düşülməyə başladı. Pantomimada, sirk sənətində faciəvi komediya obrazları yaratmağın tanınmış ustaları vardır.