Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Jung
Jung — Koreya adı. Jung So-min — Cənubi Koreya aktrisası. Jung Hye-young — Cənubi Koreya aktrisası. Jung İl-woo — Cənubi Koreya aktyoru. Jung Hoseok — Cənubi Koreyalı rəqqas.
Juno
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Anna Junq
Anna Junq (21 avqust 1981) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Anna Junq Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Jane Seymour
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537 və ya 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Jane Vongvoraçoti
Jane Vongvoraçoti (7 yanvar 1998) — Tailandlı marafonçu. Jane Vongvoraçoti Tailandı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Jane Vongvoraçoti həmdə 2015-ci ildə Cənub-Şərqi Asiya Oyunlarının bürünc medalını qazanıb. == Karyerası == Jane Vongvoraçoti birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 47 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 91-ci yeri tutdu.
Jung Hoseok
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. == Haqqında == === İlk illər === Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
Juze Saramaqo
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Juze Saramaqu

Nokia tune
Nokia tune — "Nokia" şirkətinin öz istehsalı olan mobil telefonlar üçün istifadə edilən klassik melodiyası
Panteleymon Juze
Panteleymon Krestoviç Juze, əsl adı Bəndəli ben Səliba Cövzi (1870–1942) — Rusiya şərqşünası. Görkəmli şərqşünas alim və tarixçi. == Həyatı == Azərbaycanın öyrənilməsinə dəyərli töhfələrini vermişdilər. Onların içərisində milli mənsubiyyət etibarı ilə ərəb olan tarixçi, dilçi, ilahiyyatçı və mənbəşünas alim Panteleymon Juzenin (1871–1942) özünəməxsus yeri var. Ərəb dilinin Rusiyanın şərqşünaslıq mərkəzlərində – Qazan və Peterburqda tədrisi qarşılıqlı şəkildə iki xalq arasında marağı artırmışdı. Bu da öz növbəsində dilin təbii daşıyıcılarının fəaliyyəti üçün geniş imkan yaratmışdı. Sankt-Peterburq universitetinin Şərq dilləri fakültəsində azərbaycanlı şərqşünas Mirzə Kazımbəylə birlikdə fəaliyyət göstərən ilk ərəb alimlərindən biri Əl-Əhzar məzunu, professor Şeyx Məhəmməd Ayəd Təntəvi (1806–1858) olmuşdu. Rusiya imperiyası Yaxın Şərq siyasətini daha ardıcıl və sistemli şəkildə həyata keçirmək üçün 1882-ci ildə Fələstin Pravoslav Cəmiyyətini təsis etmişdi. Bu cəmiyyət öz qarşısına müqəddəs yerlərə gedən rus zəvvarlarına yardım, yerli əhali arasında pravoslav məzhəbinin yayılması və regionun dini-tarixi baxımdan öyrənilməsi kimi biri-biri ilə bağlı üç vəzifə qoymuşdu. Pravoslavlığın təbliği xristian ərəblər arasında dini-maarifçilik işinin aparılmasını tələb edirdi.
Nune Sarkisyan
Nune Sarkisyan (erm. Նունե Սարգսյան, 26 mart 1954, İrəvan) — erməni sənət tarixçisi və müəllifi. O, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın həyat yoldaşı və Ermənistanın keçmiş birinci xanımıdır. == Həyatı == Nune Sarkisyan 1954-cü il martın 26-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Roman-german dilləri fakültəsini bitirib. O, Matenadarandakı Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunda işləyib. London Universitetinin Goldsmiths Kollecini incəsənət tarixi yönündə magistri dərəcəsi üzrə bitirmişdir. Sotheby İncəsənət İnstitutunda incəsənətşünaslıq ixtisası almışdır. Daha sonra Londonun Vestminster Kollecində rəssamlıq və rəsmxət üzrə təhsilini davam etdirib. 1978-ci ildə Armen Sarkisyanla ailə həyatı qurub.
David Jung
Dawid Jung (17 yanvar 1980) — polşa opera müğənnisi, şair, yazıçı, ədəbi və teatr kritiki, nəşriyyatçı, tədqiqatçı və mədəniyyət yaradanı, tarixçi, muzey işçisi, mədəni yol xəritələri dizayneri. == Həyatı == Polşa Elektron Orqanları Muzeyinin direktoru və "Poetik Qalereyalar" adlı ümummilli mədəni jurnalının baş redaktoru. Hərəkət etdiyi ədəbi, elmi və mədəni sahədə çoxsaylı dövlət mükafatları və fəxri ordenlər qazanmışdır: Júliusz Słowacki medalı (2009), Gənclər Sənəti Medalı (1997-ci ildə ilk mükafatlı şair Stanisław Barańczak olmuşdur), Millennium Gniezno Konqresi Medalı (2014), Gənclər Jurnalistləri Mükafatı (2016), Magellan Mükafatı (2016), Bolesław Leśmian ın adına mükafat (2017), "Polşa mədəniyyəti üçün xidmətlər" fəxri nişanı (2018), Identitas Ədəbiyyat və Tarix Mükafatı (2019), Gənclik Mükafatı (2019), "Milli Yaddaş Məkanları Qoruyucusu" medalı (2020), Şt. John Paul II qüsürlüsü (2021), Polşa Qara Krucu ordeninin ofiseri (1-ci dərəcə) (2021), Ələ keçirilmiş Müstəqillik Əsrinin medalı (2022), "Polşa Yazıçılar Assosiasiyası üçün xidmətlər" nişanı (2023) və s. 2023-cü ildə Poznan Polşa Yazıçılar Assosiasiyasının vitse-prezidenti olmuşdur. == Əsərləri == === Polyak dilində === 312685 səbəb ('312685 powodów 2006) 1590–1623 illəri Kłeck ədəbiyyat mühərrikləri. Qədim Polşa mədəniyyəti tarixinə töhfələr (Wierszopisowie Kłecka w latach 1590–1623. Przyczynki do historii kultury staropolskiej 2012) Yakub Gembickinin Gdansk himnləri ('Gdańskie hymny Jakuba Gembickiego 2014) Doğru söhbət haqqında poem (Poemat o mówieniu prawdy 2014) Glosy (2017) Polşa, Avropaın sevimli maçoşisti ('Polska, ulubiona masochistka Europy 2017) Karaoke (2018) Bir şəhər xəyalinin qralının əfsanələri. Yerli vəzifələrdən məlumatlar cəlb etdi və tərtib etdi Dawid Jung (Legendy królewskiego miasta. Z przekazów ustnych zebrał i opracował Dawid Jung 2018) #SPAM (2020) Son Polş dilləri balığıçısı.
Dawid Jung

Xie Jun
Se Tszyun (çin 謝軍, pinyin Xie Jun; 30 oktyabr 1970) — Çinli şahmat qrosmeysteri. İki dəfə qadınlar arasında şahmat üzrə dünya çempionu, Yelizaveta Bıkovadan sonra bu adı iki dəfə qazanmış ikinci şahmatçı. 1991-ci ildə Se Tszyun Ye Rongguangdan sonra Çinin ikinci qrosmeysteri oldu. O, birinci məşqçisi olmuş sinqapurlu qrosmeyster Vu Şaobinlə ailə həyatı qurub.
Yanq Jun
Yanq Jun (28 aprel 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Yanq Jun, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Yanq Jun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Yanq Jun, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Jan Pyer Jöne
Jan-PyerJöne (fr. Jean-Pierre Jeunet; 3 sentyabr 1953[…], Le Koteau[d]) — Fransız kinorejissor.
Jung Hye-young
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. == Filmoqrafiyasi == Televiziya drama.
Jung So-min
Jung So-min (16 mart 1989, Busan) — Cənubi Koreya aktrisası. == Həyatı == Jung So-min 16 mart 1989-cu ildə Cənubi Koreyanın Busan şəhərində anadan olub.
Jung İl-woo
Çon İl U (9 sentyabr 1987, Seul) — Cənubi Koreya aktyorudur. Onun ən məșhur rolu Unstoppable High Kick komediyasi, The Return of Ilmae, 49 gün, Flower boy ramyun shop və The Night Watcman's journal televiziya dramalarinda oynadiği rollardir.
Junk e-mail
Junk e- mail ~ “макулатурная ” почта ~ önemsiz e-posta ~ önəmsiz e-poçt - Bax: SPAM. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Sen-Jene (Alye)
Sen-Jene (fr. Saint-Genest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03233. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 223 nəfər (15-64 yaş arasında) arasında 175 nəfər iqtisadi cəhətdən, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə bu 72.9%). Fəal 165 nəfərdən (92 kişi və 72 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) işlədi. Aktiv olmayan 22 nəfər arasında şagird və ya tələbə, 10 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Songs About Jane
Songs About Jane (azərb. Ceyn Haqqında Mahnılar‎) — Maroon 5 adlı qrupunun debüt albomudur.
Dune (film, 2021)
Dune (Dune: Birinci hissə) — 22 oktyabr 2021-ci ildə ekranlaşdırılan, Denis Vilnoev -in rəhbərlik etdiyi amerikan elmi fantastika filmidir. Timoti Şalame, Rebeka Ferguson, Oskar Ayzek, Coş Brolin, Stellan Skarsqard, Deyv Botista, Zendaya, David Henderson, David Henderson və Xavyer Bardem -in baş rollarda oynadığı film 1984-cü ildə buraxılmış Dune filminin yeni versiyasıdır.
Xunə
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir. Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s.
Sünə (Sərdəşt)
Sünə (fars. سونه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (39 ailə).
Xunə şəhəri
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir. Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s.
Almon-le-Jüni
Almon-le-Jüni (fr. Almont-les-Junies, oks. Las Juniás) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12004. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 36 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 487 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 275 nəfərin (15-64 yaş arasında) 217 nəfəri iqtisadi cəhətdən fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 78.9%, 1999-cu ildə 67.4%).