CÜNEYD

kiçik ordu, ordu; bərk torpaq parçası.
CÜMŞÜD
CÜNUN
OBASTAN VİKİ
Cüneyd Arkın
Cüneyt Arkın (türk. Cüneyt Arkın, əsl adıyla: Fahrettin Cüreklibatır; 8 sentyabr 1937, Odunpazarı[d], Əskişəhər ili[d] – 28 iyun 2022, İstanbul) — Türkiyə kino aktyoru. 500-ə yaxın filmdə rol almışdır. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Qara Murad adlandırılır. == Həyatı == Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. == Fəaliyyəti == Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı Şəfəq Qorumaları filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib.
Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ‎), (fars. جنید بغدادی‎) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi,,. == Fəlsəfəsi == İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı. İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı. Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır.
Cüneyd Şah
Cüneyd Şah (1992, Srinaqar[d] – 16 iyul 2020, Srinaqar[d]) — Hindistan aktyoru və modeli. Bolid aktyor Ranbir Kapoor ilə bənzərliyi səbəbindən ayrı bir fan bazasına sahib idi.
Şeyx Cüneyd
Şeyx Cüneyd (1429, Ərdəbil – 1460) — Səfəvi təriqətini rəhbəri (1447–1460), Şeyx Heydərin atası, Şah İsmayıl Xətainin babası. == Həyatı == Şeyx İbrahim vəfat etdikdən sonra 1447-ci ildə onun böyük oğlu Cüneyd ordenin başçısı oldu. O, Ərdəbiliyyə və ya Səfəviyyə kimi tanınan təriqətin beşinci lideridir. İlk dövrlərdə daha çox Azərbaycanda təsir dairəsinə malik olan bu təriqət sonralar Suriya, İraq və xüsusilə Anadoluda yaşayan dini həyata öz təsirini göstərmişdir. Mərkəzi xanəgah Ərdəbildə olsa da, ordenin yayıldığı coğrafiyalardakı müridlər öz müdriklərinə sıx bağlı idilər. Osmanlı İmperiyasındakı müridlər də Ərdəbil xanəgahına vergi ödəyirdilər. Bu səbəbdən Şeyx Cüneydin qüvvətli təsir gücündən çəkinən hökmdarlar onun öz torpaqlarında yaşamsından narahatlıq duyurdular. Ərdəbil şeyxlərinin dövrün dövlət başçıları ilə görüşləri və əlaqələri Şeyx Cüneyddən başlamamışdır. Lakin əvvəlki münasibətlər din və dünya işlərinin ayrılması əsasında davam etdiyi halda, bu vəziyyət Şeyx Cüneyd dövründə dəyişdi. Şeyx Cüneyd dövlət qurmaq ideyası ilə hərəkət edərək Səfəvi təriqət icmasından dini dövlət yaratmaq üçün addımlar atdı.
Şeyx Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ‎), (fars. جنید بغدادی‎) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi,,. == Fəlsəfəsi == İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı. İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı. Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır.
Şeyx Cüneyd türbəsi
Şeyx Cüneyd türbəsi — Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən XVI əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir. Şeyx Cüneyd türbəsi planda hər tərəfi 7.23 metr ölçüyə malik olan kvadrat formalı tikilinin hər dörd divarında qapı yeri vardır. Türbənin divarları daxildə 1.42 m hündürlükdə kvadrat formalı, şahmat formasında düzülmüş mavi və qara-bənövşəyi rəngli kaşı plitələrlə üzlənmişdir. Kaşılar aşağı keyfiyyətlidir və onların üst təbəqəsi çatlarla örtülmüşdür. İnteryerin təyinedici detalı, kvadrat formalı həcmdən günbəzə keçidi təmin edən stalaktitlərdir. == Tarixi == Şeyx Cüneyd Şah İsmayıl Xətainin babasıdır. Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.
прошля́ться семиле́тний сиро́тка сообразо́вываться старообря́дческий ямщи́на грубия́нка друг на дру́жку дымле́ние еро́шиться компа́ния ма́ковой росинки в рот не брать camellia cellulate cherry bay cloud-compeller comparably gralloch John's-wood Noumea quell soothing thrust stage trimeter педикюр