Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keçəçilik
Keçəçilik — Qədim xalq sənəti növü Xalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200-1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin “İlliada” əsərində rast gəlindiyi məlum olur. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı. Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb.
Köçərilik
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Köləlik
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Azərbaycanda köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də köləlik

Azərbaycan mühitində köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.