Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözləmə (Urmiya)
Gözləmə (az-əbcəd. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Zəmanətli ödəmə
Zəmanətli ödəmə — ilkin qiymət və sonrakı kotirovka arasında mümkün fərqi ödəmək üçün törəmə alətlər müqaviləsi üzrə ödəmə. == Haqqında == Zəmanət haqqı anlayışı müştəri tərəfindən ilkin olaraq ödənilən sifariş üçün ümumi ödəniş məbləğinin onun icrası zamanı sifarişdən mümkün imtinanın qarşısını almaq üçün nəzərdə tutulmuş hissəsinə aiddir. Sifarişdən imtina zəmanət haqqının itirilməsi ilə nəticələnir. Münasibətlərdə qeydə alınan ən çox rast gəlinən hal kirayəçinin kirayə üçün təhlükəsizlik depozitinin köçürülməsidir. Bu təcrübə geniş yayılmışdır və təhlükəsizlik depozitləri demək olar ki, bütün annuitet müqavilələrində görünür. Üstəlik, söhbət təkcə daşınmaz əmlakdan deyil, həm də avadanlıqların, avtomobillərin və digər məişət əşyalarının icarəsindən gedir. Ancaq belə bir geniş yayılmış fenomen heç bir şəkildə qanunvericinin diqqətinə təsir etmədi — burada birbaşa və aydın tənzimləmə yoxdur. Buna görə də, mühasibat uçotu apararkən, mümkün olduqda onları vəziyyətə "tənzimləmək" üçün standart normaları tətbiq etmək lazımdır. İcarəyə götürən tərəfindən kirayə müqaviləsinin rəsmi imzalanmasından əvvəl də köçürülən təminat depozitinin əsas məqsədi onun belə bir müqavilə bağlamaq niyyətini maddi cəhətdən təsdiqləməkdir. Bu o deməkdir ki, əmanət qoymağın bütün əlamətləri mövcuddur.
Məni daha gözləmə (mahnı)
Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. == Məqsədi == Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. == Düsturu == Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) — nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n — Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 — İnvestisiya məbləği Ck — n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Kordərə
Kordərə çayı — Oğuz rayonu ərazisində yerləşən çay, Əlicançayın sol qolu. Kordərə (Sultaniyə) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd.
Qozdərə
Qozdərə — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin əsl adı Qozludərədir. Kənd qoz ağaclarının bol olduğu dərədə salındığı üçün belə adlanmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Kordərə (Sultaniyə)
Kordərə (fars. كردرق‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (43 ailə).
Kordərə çayı
Kordərə çayı — Oğuz rayonu ərazisində yerləşən çay, Əlicançayın sol qolu. Çay axdığı Kordərə adlı dərənin adı ilə adlandırılmışdır. Dərənin adı isə Koradərə adının təhrif olunmuş variantıdır. Toponim türk dillərindəki kora (quzu saxlanan yer) və dərə sözlərindən düzəlib, "kora olan dərə" deməkdir.