GÖZLƏMƏ


1.Gözləmək”dən f.is.
◊ Gözləmə otağı (salonu, zalı) – sərnişinlərin qatarı, avtobusu və s.-ni gözləmələri üçün ayrılmış otaq (salon, zal).
Gözləmə otağı çox soyuq idi. S.Rəhimov.

// Qəbula gələn şəxslərin oturub gözlədikləri otaq.
[Qaçay] Gözləmə otağındakı enli skamyada uzandı. İ.Məlikzadə.

2. İki və ya bir neçə adam arasında təyin edilmiş görüş.
Onların dördü də öz yerində durmuşdu, yenə də gözləmələri var idi. M.S.Ordubadi.

3. Arzu, istək, həsrət, ümid, intizar.
Dərd məni almadımı? Döşəyə salmadımı? Çox gözləməm var idi; Gözümdə qalmadımı? (Bayatı).
[Kərbəlayı Rəcəb:] Xanım, doğrudur, ömür keçir, gün keçir, ancaq mənim bir gözləməm var. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖZLƏMƏ qoruma
  • GÖZLƏMƏ güdmə — pusma
GÖZQAMAŞDIRICILIQ
GÖZLƏMƏK
OBASTAN VİKİ
Gözləmə (Urmiya)
Gözləmə (az.-əski. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Məni daha gözləmə (mahnı)

Digər lüğətlərdə