Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır.. == Əhalisi == 27 aqvust 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (səh.
Ləçəksiz çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Kələkli (Duzluca)
Kələkli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Külüklü kimi qeyd olunur.
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü. == Ümumi məlumat == Körpü ikiaşırımlıdır.Uzunluğu 30 paqonometrdir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Milli memarlıq simasını və möhkəmliyini qoruyub saxlamışdır. 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur. Kələki körpüsü vasitəsilə Ordubad rayonunun Pəzməri, Unus, Kələki kəndlərinin Dırnıs-Vənənd yolu ilə magistral yola çıxışı təmin olunmuşdur.
Amerikalı kələkbaz (film, 2013)
== Həmçinin bax ==
Keləsi (Urmiya)
Keləsi (fars. كلاسي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (95 ailə).