KÖMƏKSİZ


1. sif. Heç bir köməyi olmayan, heç kəsdən kömək görməyən; aciz.
C. Məmmədquluzadə Novruzəlilərin ürək dağlayan yazıq, ağır və köməksiz həyatlarını çox təbii və inandırıcı təsvir edir. M.İbrahimov.

// Tək, kimsəsiz, adamsız, himayəsiz. Köməksiz yetim. Köməksiz qadın.
[Qara:] Sağ ol, Bəhram, Allah səni mənə çox görməyib, məni köməksiz qoymasın. C.Cabbarlı.
İndi Qumru kənddə yalnız və köməksiz idi. Mir Cəlal.

2. zərf Heç bir kömək olmadan, heç kəsin köməyi olmadan. İşi köməksiz görmək.
KÖMƏKLİK
KÖMƏKSİZLİK

Digər lüğətlərdə

вы́я ли́тка обеспе́чивать прижи́ться распива́ться токсикологи́ческий чёрно-бу́ренький беспреры́вно губерна́торский льви́ца протопта́ть стряса́ть хе́джер штабс-ро́тмистр гайкать форзумф шерл long-drawn-out orthostyle polyurethane proveableness scyphus tessutura window-shop подонки