KƏLƏKBAZ

sif.
1. Hiyləgər, bic, fəndgir, fırıldaqçı.
Qış dolanar, yaz olar; Göldə ördək, qaz olar; Hər nə desən qıza de; Gəlin kələkbaz olar. (Bayatı).
[Qarı Haşimiyə:] İndi ki [Məcnun] kələkbaz kor kimi bizim obaya gəlir, sən də hiyləyə hiylə ilə müqabilə et, oğlum! Ə.Məmmədxanlı.

// Zarafatla işlədilir.
Ay kələkbaz! – [Əsgər:] Halal olsun Süleyman; Sən nə kələkbazsan, şeytan! Ü.Hacıbəyov.

2. Zarafatçı, masqaraçı, məzəli adam haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏLƏKBAZ kələkbaz bax hiyləgər
  • KƏLƏKBAZ bic — fitnəkar — haramzada
  • KƏLƏKBAZ məzəli — zarafatcıl

Antonimlər (əks mənalı sözlər)

  • KƏLƏKBAZ KƏLƏKBAZ – SADƏLÖVH Kələkbaz, daha nə düşünürsən (A.Şaiq); Hanı sadəlövh çağım; Onlara inanırdım (C.Novruz)
KƏLƏK
KƏLƏKBAZLIQ
OBASTAN VİKİ
Amerikalı kələkbaz (film, 2013)
== Həmçinin bax ==

Digər lüğətlərdə

автодиспе́тчер залы́сый перепла́чивать радиотелеграфи́стка смла́да фа́зовый эпиле́птик я́вка воробе́й льди́на мадья́р по-боксёрски ужи́ться функционали́зм оболоко come-at-able computerize crepance fibrillary quinnat salmon root crop toot анкер диспут нашарить