Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kənəfvari eupator
Kənafvari asırqalotu və ya Kənəfvari eupator (lat. Eupatorium cannabinum) - asırqalotu cinsinə aid bitki növü. == Yarımnövləri == Eupatorium cannabinum L. subsp. cannabinum Eupatorium cannabinum L. subsp. corsicum (Req. ex Loisel.) P.Fourn.Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir.Çoxillik bitkidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir.
Keçəvari pavloniya
Keçəvari pavlovniya
Keçəvari pavlovniya (lat. Paulownia tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinin pavlovniya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-18 m, çətirinin diametri 7-10 m оlan, şaxələnmiş budaqlı və еnli,sıx çətirli, düz silindrik gövdəli, yarpağı tökülən ağacdır. Yarpaqları üzbəüz düzülüşlü, iri, uzunluğu 30 sm-ə qədər, uzunsaplaqlı, bütöv kənarlı, bəzən üç hissəli və ya dərin dişlidir. İri çiçəkləri zəngvari, bənövşəyi rənglidir, süpürgəvari hamaş çiçək qrupuna yığılmışdır. Mеyvəsi çоxsaylı, xırda, qanadlı tоxumları оlan qutucuqdur. Kök zоğları və tоxumlarla çоxaldılır. == Ekologiyası == İşıqsеvəndir. Zəngin, məhsuldar, drеnajlı tоrpaqlara tələbkardır.
Avropanın alkoqol kəmərləri
Avropanın alkoqol kəmərləri — Avropanı ənənəvi spirtli içkilərinə görə üç yerə bölür: pivə, şərab və ya likorlar. Onlar mütləq mövcud içmə vərdişləri ilə uyğun gəlmir, məsələn, pivə dünyada ən populyar alkoqollu içkidir. Ona görə də kəmərlər tamamilə obyektiv deyildir.
Qabor Alfred Fehervari
Qabor Alfred Fehervari (mac. Gábor Alfréd Fehérvári; d. 8 aprel 1990, Dyor, Macarıstan) və ya səhnə adı ilə Freddi — Macarıstan müğənnisi. O Macarıstanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Qabor Alfred Fehervari 8 aprel 1990-cı ildə Macarıstanın Dyor şəhərində anadan olmuşdur. Onun babası Alfred Fehervari futbol hakimi olaraq (1975-2007) fəaliyyət göstərmişdir. Freddi musiqi karyerasına başlamazdan öncə kommersiya kollecində təhsil almışdır. 2010-cu ilə kimi o, sadəcə oxumaqla qalmamış və həm də kiçik musiqi qruplarında gitarada da ifa etmişdir. Macarıstan tamaşaçıları Freddini ilk dəfə ölkədə keçirilən Rising Star musiqi yarışmasından tanımışdırlar. Yarışmada ifaçı dördüncü yerə layiq görülmüşdür.
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü) — Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərzisində tapılmış son tunc-erkən dəmir dövrünə aid tunc kəmərlərin tədiqi və öyrənilməsi. Azərbaycan dünyada qədim insanların məskunlaşdığı, həmçinin, qədim mədəniyyətlərin yaranıb, ətraf regionlara yayıldığı ərazilərdən biridir. Arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan son tunc-ilk dəmir dövrü Azərbaycanın qədim tarixinin öyrənilməsində xüsusi rol oynayır. Bu dövrdə cəmiyyətin həyatındakı əsaslı dəyişikiliklər, təsərrüfatın bütün sahələri — əkinçilkik, maldarlıq, metallurgiya,metalişləmə və digər sənətkarlıq sahələrinin inkişaf edərək,yüksək səviyyəyə çatmasına rəvac verdi. Azərbaycan xalqının metalişləmə sənətkarlığının inkişaf etməsində xammal ehtiyatının zənginliyi mühüm rol oynamışdır. E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyətinin yaradıcıları metaldan,xüsusilə tuncdan müxtəlif əşyalar, silahlar,əmək alətləri, yüksək bədii tərtibata malik bəzək və geyim aksesuarları istehsasl etmişlər ki, onlarında içərisində nadir incəsənət əsərləri sayılan tunc kəmərlər xüsusi yer tutur. Tunc kəmərlərin üzərində olan kompazisiyalar qədim Azərbaycanda yaşamış tayfaların zəngin dünyagörüşünü, estetik zövqünü, ibtidai dini təsəvvürlərini və s. özündə əks etdirir. Kəmərlərin üzərindəki təsvirlər müxtəlif heyvan, insan rəsmlərindən, döyüş, ov, təbiət səhnələrindən, həmçinin astral işarələrdən, müxtəlif həndəsi fiqur və naxışlardan ibarətdir.