Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kastane (Averon)
Kastane (fr. və oks. Castanet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12059. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 24 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 573 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 315 nəfər arasında (15–64 yaş arasında) 244 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 77,5%, 1999-cu ildə 63,0%).
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Kəltan
kəltan (az.-əbcəd کلتان‎, fars. کلتان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 115 nəfər yaşayır (38 ailə).
Kətan
Kətan (lat. Linum) — zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === İşlədici kətan (Linum catharticum L.) Adi kətan, lifli kətan (Linum usitatissimum L.) === Digər növləri === Linum bienne Linum cratericola Linum grandiflorum Linum lewisii Linum medium Linum perenne Linum puberulum Linum pubescens == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45 % yarımquruyan yağ ( yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Kəsanəq (Əhər)
Kəsanəq (fars. كسانق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (121 ailə).
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Kəsran (Tarım)
Kəsran (az.-əbcəd کسران‎, fars. کسران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 229 nəfər yaşayır (64 ailə).
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). == Həyatı == Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Məstan Əliyev
Əliyev Məstan Aslan oğlu (1918, Əsrik Cırdaxan – 23 aprel 1945, Berlin) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuş və kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi. Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci il mayın 31-də verildi. Almaniyada dəfn edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır.
II Kəsrani türbəsi
II Kəsrani türbəsi — Azərbaycanın Abşeron rayonu Saray kəndinin köhnə Saray adlanan ərazisində yerləşən tarixi-memarlıq abidəsi. Türbə yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qorunur (4020). == Tikili == Bina kvadrat formaya malikdir. Qara suvaqla üzlənən binanın fasadı əhənglə ağardılmışdır. Mərkəzi hissədə gümbəzi vardır.
Adi kətan
Adi kətan (lat. Linum usitatissimum) - kətan cinsinə aid bitki növü. == Sinonim == Linum crepitans (Boenn.) Dumort. Linum humile Mill. Linum indehiscens (Neilr.) Vavilov & Elladi Linum usitatissimum var. crepitans Boenn. Linum usitatissimum subsp. crepitans Elladi Linum usitatissimum subsp. humile (Mill.) Chernom. Linum usitatissimum var.
Yabanı kətan
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir. Mərakeş yabanı kətan (L.maroccana) əvvəlki növdən hündürlüyünə və uzun mahmızlarına görə fərqlənir.
İşlədici kətan
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
Astanə Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Mirzə Həbib Dəstan Beni
Mirzə Həbib Dəstan Beni və ya Mirzə Həbib İsfahani-19-cu əsrdə yaşayan azərbaycanlı ədib və şair == Bioqrafiyası == 1835-ci(1250 Hicri Qəməri təqvimi) ildə Ben şəhərində dünyaya gəlmişdir.Uzun müddət İstanbulda yaşamaq üçün "Həbib Əfəndi" və "Mirzə Həbib Əfəndi" kimidə tanınırdi.Kitablarının birisində əslinin Qarabağdan olmasını bildirib.Bursa şəhərində vəfat edib.
Keştasf
Keştasf (Güştəsf) nahiyəsi-Səfəvilər dövləti dönəmində Qarabağın bir bölgəsi idi. == Tarixi == Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keşti asp-at seyrangahı anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər. Bu bölgənin yer-yurdunu, yiyələrini aydınlatmaq qərarına gəldik. Keştasf bölgəsi yerli Qarabağ ləhcəsində Keştaz adlanırdı. Bu yörə qədim mənbələrdə Quştasfi (At əti) biçimində də hallanır. 1593-cü ildə Osmanlı dövləti Кеştasf nahiyyəsinin oba, кənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış еdib, yazımıza кöçürürüк.
Keştaz
Keştaz (Şərur) — Şərur rayonundakı Çəmənli kəndinin əvvəlki adı. Keştaz (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. == Haqqında == Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Erix Kestner
Erix Kestner (23 fevral 1899, Drezden - 29 iyul 1974, Münhen) - yəhudi əsilli alman yazıçı. == Həyatı == Erix Kestner 1899-cu ildə Drezdendə anadan oldu. Birinci dünya müharibəsinə qatıldı. Müharibədən sonra liseyi bitirib universitetdə alman dili, tarix, fəlsəfə və teatr tarixi oxudu. Qəzetlərdə redaktor və teatr tənqidçisi kimi işləməyə başladı. 1933-cü ildə hakimiyyətə gələn nasistlər bütün kitablarını yandırdılar. İki dəfə qestapo tərəfindən həbsə atıldı və 1943-cü ildə yazıçılıq etməsinə qadağan qoyuldu. Müharibədən sonra teatr və film sahəsindən fəaliyyət göstərdi. 1969-cı ildə ədəbiyyat yaradıcılığına son verdi. 1974-cü ildə Münhen şəhərində vəfat etdi.
Keştasf nahiyəsi
Keştasf (Güştəsf) nahiyəsi-Səfəvilər dövləti dönəmində Qarabağın bir bölgəsi idi. == Tarixi == Hazırkı Laçın rayonunun bir hissəsi bu bölgəni əhatə edir. Xanlıq dönəmində bu nahiyə Qaraçorlu mahalının tərkibinə daxil oldu. Adının açımı keşti asp-at seyrangahı anlamındadır. Saxtakar erməni müəllifləri həmişə Qarabağın iki tarixi bölgəsi Keştasf və Keştəyi dəyişik salıb, ikisini də Keşatağ şəklində göstərirlər. Bu bölgənin yer-yurdunu, yiyələrini aydınlatmaq qərarına gəldik. Keştasf bölgəsi yerli Qarabağ ləhcəsində Keştaz adlanırdı. Bu yörə qədim mənbələrdə Quştasfi (At əti) biçimində də hallanır. 1593-cü ildə Osmanlı dövləti Кеştasf nahiyyəsinin oba, кənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış еdib, yazımıza кöçürürüк.
Keşənne (Auırqazı)
Keşənne (başq. Кешәннe, rus. Кшанны) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 9 km, kənd sovetliyindən (Yeni Kəlsir): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57 %), başqırdlar (42%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Bəxti Minliyər oğlu Ğaysin (1930 — 1991) — akkordeonist, bəstəkar, BMSSR xalq artisti (1962), RSFSR əməkdar artisti (1986).
Keşənne (Avurğazı)
Keşənne (başq. Кешәннe, rus. Кшанны) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 9 km, kənd sovetliyindən (Yeni Kəlsir): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57 %), başqırdlar (42%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Bəxti Minliyər oğlu Ğaysin (1930 — 1991) — akkordeonist, bəstəkar, BMSSR xalq artisti (1962), RSFSR əməkdar artisti (1986).
Bəndəbikə kəşənə
Bəndəbikə kəşənə (başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ) — 15-16 əsrə aid başqırd mədəniyyətinin tarixi və memarlıq abidəsi, Bəndəbikənin məqbərəsi.Başqırd əfsanəsinə görə, Bəndəbikə müdrikliyi ilə məşhurlaşan qadındır. O, başqırd tayfaları arasındakı çəkişmələrin dayandırılmasını dəstəkləyirdi. Eyni əfsanəyə görə, Bəndəbikə başqırdlarla qazaxlar arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermişdir. Abidə Niyaz Majitovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən 1968-1969-cu illərdə tədqiq edilmişdir. Strukturuna görə, məqbərə təməldən 8.7 * 7 m olan düzbucaqdan ibarət idi, divarların yuxarısında səkkizüzlü forması yaranırdı, bina günbəz ilə tamamlanırdı. Hörgü iki rəngli kərpicdən hazırlanmışdır. Boz fonda qırmızı kərpiclərlə küknar naxışı hazırlanmışdır. Məqbərənin girişi cənubdan dar qapısı olan 2.25 * 1.86 m ölçülü bir portaldan ibarət idi.
Keştaz (Çaldıran)
Keştaz (fars. كشتاز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (7 ailə).
Keştaz (Şərur)
Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == Əhalisi == Əhalisi 973 nəfərdir.(2009 - cu il) == Təhsil == Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır. == Kənd mərkəzi == 2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir.