Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalaxari
Kalaxari — Cənubi Afrikada Botsvana, CAR və Namibiya dövlətlərinin daxilində yerləşən səhra. Son zamanlar, səhralaşma prosesi nəticəsində ərazisi, Anqola, Zimbabve və Zambiya dövlətlərinə qədər genişlənib. Kalaxarinin sahəsi təxminən 600 min km² təşkil edir. Yağıntılar yay aylarında maksimum həddə çatır. Kalaxarinin iqlimi arid iqlimdir , bu iqlim cənub-şərqə tərəf daha da kəskinləşir. Yağıntılar (150-500 millimetrə qədər) yay aylarında (noyabr — aprel) müşahidə olunur. Lakin yağıntılar həm ərazi həm də yağıntının düşmə vaxtı baxımından qeyri-bərabər paylanıb. Kalaxari — Cənubi Afrikanın ən isti rayonlarından biridir. Maksimal orta temperatur — 29 °C, minimal orta temperatur — 12 °C, buxarlanma qabiliyyəti — 3000 mm/il. təşkil edir.
Kasanare
Kasanare (isp. Departamento de Casanare) — Kolumbiyanın şimali-şərq departamentlərindən biri, inzibati mərkəzi - Yopal şəhəridir. == Bələdiyyələr == == İqtisadiyyatı == Kasanaredə əhəmiyyətli neft ehtiyatları mövcuddur. Neft borularının uzunluğu 800 km-dən çoxdur.
Takaşi Kasahara
Takaşi Kasahara (d. 26 mart 1918) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şimo-Kamaqari
Şimo-Kamaqari (yap. 下蒲刈島, «Aşağı Kamaqari adası» — Daxili Yapon dənizində yerləşən, Yaponiyaya məxsus olan ada. Qeyoy adaları qrupuna daxildir. Hirosima prefekturasının cənub-qərbində, kure şəhərindən isə cənubda yerləşir. Simo-Kamaraqi məhəlləsinə, Simo-Kamaraqi kəndi inzibati vahidliyinə daxildir. Adanın sahəsi - 7,927 km². Ada əhalisi 2223 nəfərdir. == Coğrafiyası == Şimo-Kamaqari adası Saxili Yapon dənizinin qərb sahillərində yerləşir. Şimaldan sahillərini Meneko boğazı, şərqdən isə Sonnose boğazının suları yuyur. Cənub və qərb sahilləri isə Aki dənizi akvatoriyasına daxildir.
Fransisk Ksaveri
Fransisk Ksaveri (lat. Franciscus Xaverius, Fransisko Xavyer, isp. Francisco (de) Javier, bask Frantzisko Xabierkoa, doğum adı: Fransisko de Xassa i Aspilikueta, isp. Francisco de Jasso y Azpilicueta; 7 aprel 1506 – 3 dekabr 1552) — katolik müqəddəs və missioner, Yezuit Ordeninin qurucularından biri. O, Yaponiyaya gedən ilk katolik missioner idi. Fransisk İqnati Loyola ilə birlikdə 12 mart 1622-ci ildə Papa XV Qriqori tərəfindən müqəddəs elan edilmişdir. Lizyölü Tereza ilə birlikdə o, katolik missionerlərin himayədarıdır. == Həyat hekayəsi == Fransiskn 7 aprel 1506-cı ildə İspaniyanın şimalındakı Sangüesa şəhərindəki Xavier qəsrində 5 uşaqlı bir ailənin ən kiçiyi olaraq anadan olmuşdur. 1525-ci ilin yayında o, ilk təhsilini aldığı Francisco de Xavier qəsrini evinə qayıtmamaq şərti ilə tərk etdi və qərbi Avropanın ən yaxşı universiteti olan Paris Universitetində fəlsəfə təhsili alır. Parisdəki təhsil müddətindən sonra fəlsəfə tədrisi vermiş və bu sahədəki uğurlarına görə təriflənmişdir.
Kassari adası
Kassari adası (est. Kassari) — ada Estoniyanın qərbində qərarlaşır. Adada Estoniyuanın milli mədəniyyət abidəsi olan Kassari kiləsəsi yerləşir. Ada ilə ölkənin digər əraziləri arasında əlaqə əsasən bərə və avtomobil nəqliyyatı vastəsi ilə təmin edilir.
Ksaveri Çerniçki
Ksaveri Çerniçki (16 oktyabr 1882 – 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həyatı == 1905-ci ildə rus donanmasında miçman rütbəsində qulluq etməyə başladı. Birinci dünya müharibəsinin sonuna qədər gəmi kapitanı rütbəsinə qədər yüksəlir. 1917-ci ildə rus ordusundakı vəzifəsindən istehfa etdi. 1919-cu ildə könüllü olaraq Polşa donanmasında xidmət etməyə başladı. Polşa donanmasının Baltik dənizinin sahillərini yenidən əldə etməsində xüsusi xidmətlər sərgilədi. Sovet-Polşa müharibəsində Modlin dəniz istehkamının komandanı olaraq iştirak etdi. 1938-ci ilə qədər donanma admiralı rütbəsinə qədər yüksəlməyi bacardı. 1939-cu ildə Polşanın işğalından sonra NKVD tərəfindən əsir götürüldü. 1940-cı ilin aprel ayında 14 yüksək rütbətli polyak zabiti ilə birlikdə Katın qırğınının qurbanı oldu.
Kasari çayı
Kasari çayı — Estoniyada çay. Mənsəbi Baltik dənizidir. == Ümumi məlumat == Kasari çayı Estoniyanın qərbindəki ən bolsulu çaylardan biridir. Çayın uzunluğu 112 kilometr, hövzəsinin sahəsi 3210 kv.kilometr, orta illik su sərfi 25-30 kub m/saniyədir. Zamanla çayda daşqınlar çox olduğu üçün ətraf sakinlərin gediş-gəlişinə və təsərrüfatına ciddi problemlər yaradırdı. Çay yatağının dərinləşdirilməsi problemi az da olsa, həll edə bilmişdi, amma yenə də daşqınlar vaxtı çayın digər sahilinə keçmək olmurdu. Buna görə də 1905-ci ildə çayın aşağı yatağında 307 metr uzunluğunda dəmir-betondan körpü tikildi. Sonradan nəqliyyat vasitələrinin keçməsi üçün yeni bir körpü tikildi.
Fucivara no Kamatari
Fucivara no Kamatari (藤原 鎌足, 614[…] – 14 noyabr 669) – Asuka dövründə yaşamış yapon siyasətçi, Fucivara klanının qurucusu. Onun qurduğu klan əsrlər boyunca Yaponiya imperatorluq sarayında öz təsirini qorumuşdur. Tayka islahatının keçirilməsində vacib rol oynamış, Yaponiyada mərkəzi dövlətin qurulmasında iştirak etmişdir. == Həyatı == Əsl soyadı Nakatomi, adı isə Kamako olmuşdur. Mənsub olduğu Nakatomi klanı əslində şintoizm rahibliyi funksiyalarından məsul idi. Kamatari Monobe klanı ilə birlikdə buddizmin Yaponiyada yayılmasına qarşı çıxmış və buddizmin böyük dəstəkçisi olan Soqa klanı ilə mübarizə aparmışdır. Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) ilə birlik olan Kamatari sarayda güclü nüfuza malik olan Soqa no İruka və Soqa no Emişini öldürmək planı qurmuşdur. 645-ci ildə Koreya nümayəndəliyini qəbul etmələrindən faydalanan Şahzadə Nakano Oe və Kamatari İruka ilə Emişini öldürmüşdürlər. Həmin il İmperator Kotoku taxta çıxmış və Kamatarini daxili işlər naziri təyin etmişdir. Kamatari bu vəzifədən istifadə edərək ölkədə Tayka islahatını keçirmişdir.
Nakatomi no Kamatari

Kaşğari
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) *Mahmud Kaşğari DİVANİ LUĞAT İT TÜRK əsərini yazmışıdır.* == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.
Billava kahaları
Billаvа kаhаlаrı — Billаvа kəndinin cənub-qərbində təpənin yаmаcındа yеrləşir. Bir-birinin yахınlığındа qаzılаn kаhаlаrın uzunluğu 8–12 metr аrаsındа hündürlüyü isə 1,8–2 metr аrаsındаdır. Kаhаlаrın girişi və tаvаnı tаğvаri fоrmаdаdır. Оnlаrın birinin dib tərəfində çırаq qоymаq üçün kiçik tахçа düzəldilmişdir. Kаhаlаrın içərisi uçqun nəticəsində dаğılmış, bəzilərinin girişi isə tаmаmilə örtülmüşdür. Kаhаlаrı XVIII–XX əsrlərə аid еtmək оlаr.
Honşu canavarı
Honşu canavarı və ya Şamanu (Canis lupus hodophilax) (yap. 日本狼, ニホンオオカミ, Nihon Ōkami) — Canavarın (Canis lupus) yarımnövü olaraq Yaponiya adalarında yayılmışdır. Bu yarımnövdən əlavə Yaponiyada Hokkaydo canavarı adı ilə tanınan (Canis lupus hattai) yarımnövdür. Hər iki yarımnövün nəsli kəsilmiş heab edilir. Yapon hondoss canavarı Yaponiya arxipelaqına daxil adalarda, əsasən Honşu, Şikoku və Kyuşuda yayılmışdırlar. Say baxımından elədə çox olmamışlar. Onların nəslinin kəsilməsinə səbəb insanlar tərəfindən kütləvi şəkildə öldürülməsi olmuşdur. Bu canlının sonuncu nümayəndəsi 1905-ci ildə Nara prefekturası ərazisində ölmüşdür. Bu yarım növ dünyada mövcud olmuş canavarlar arasında ölçü baxımından ən kiçiyi olmuşdur. Onlar 90 sm uzunluğa, 30 sm hündürlüyə malik olmuşlar ..
Kapitoli canavarı
Kapitoli canavarı (lat. Lupa Capitolina) — bürünc heykəl iki körpə — Romul və Remi əmizdirən bir canavarın Roma şəhərinin əfsanəvi qurucularını təsvir edir. Kapitoli muzeylərində saxlanılan heykəlin tarixçəsi mübahisəlidir. Uzun müddət canavar obrazı qədim etruskların əsəri hesab olunurdu və stilistik xüsusiyyətlərinə görə eramızdan əvvəl V əsrə aid edilir. XXI əsrdə edilən ən yeni tanışlıq — tökmə texnologiyası, daxilolmaların radiokarbon analizi və digərləri — Yüksək Orta əsrlər dövrünü (eramızın XI -XIII əsrləri) göstərir.
Peyman Keşavarz
Peyman Keşavarzi Nəzərloo (fars. پیمان کشاورزی نظرلو‎ , 6 mart 1995-ci il təvəllüdlü) İranlı bir futbolçudur.İran pro-liqası traktor komandasının müdafiəçisi kimi çıxış edir. == Karyera == İran komandası Traktor Sazi akademiyasında başladı. 2014-cü ildə əsas komandaya yüksəldi və 1 oyun keçirdi. 5 ili Traktör, Maşın Sazi, Esteghlal Ahvaz və Göstəriş Polad ilə birlikdə İranda oynadı. 2019-cu ildə Azərbaycanın Sumqayıt komandasına qoşuldu. Peyman Keşavarz da 2020-ci ildə Səbail komandasına qoşuldu və bir il orada oynadıqdan sonra ilk komandası Traktora qayıtdı.
Peyman Keşavarzi

Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Tasmaniya canavarı
Kisəli və ya Tasmaniya canavarı, və ya Tilasin (Thylacinus cynocephalus) — nəsli kəsilmiş heyvan, kisəli canavarların yeganə növü. İlk dəfə London Linnev cəmiyyətinin elmi əsərlərində 1808-ci ildə həvəskar naturalist harrison tərəfindən təsvir edilib. Elmi adının tərcüməsi «it başlı kisəli» deməkdir. == Thylacinus cynocephalus-un qalereyası == == Mənbə == Биологи оживили в мышах ДНК сумчатых волков!
Yer canavarı
Yer canavarı (lat. Proteles cristatus) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü. Xarici görünüşünə görə yer canavarı kaftara bənzəsə də, rəngi və anatomik xüsusiyyətlərinə görə onları asanlıqla ayırd etmək olur. Yer canavarının bədəninin uzunluğu kaftardan 2 dəfə kiçik olub 55-95 sm arasında dəyişir. Quyruğunun uzunluğu 20-30 sm, süysününün hündürlüyü 45-50 sm-dir. Yetkin fərdlərin kütləsi mövsümdən və qidadan asılı olaraq 8-14 kq olur.
Yosuke Kaşivaqi
Yosuke Kaşivaqi (d. 15 dekabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Çəmənlik canavarı
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Ərəbistan canavarı
Ərəbistan canavarı (lat. Canis lupus arabs) — Adi canavar növünə daxil olan yarımnöv. Əvvəllər bu canlılara bütün Ərəbistan yarımadası ərazisində rastlamaq mümkün idi. Ancaq hazırda onların arealı İsrailin cənubu, Oman, Yəmən, İordaniya, Səudiyyə Ərəbistanı və böyük ehtimalla Misirin Sinay yarımadası ərazisində yayılmışlar. Ölçülərinə görə ən kiçik canavar yarımnövü hesab edilir. == Xüsusiyyətləri == Ərəbistan canavarı elə də böyük olmayan bir canlıdır. Səhrada yaşamağa uyğunlaşmışdır. Ayaq üstə hündürlküyü 66 sm-dir. Çəkisi bəzi ərazilərdə 18 kiloqrama çata bilir. Qulaqları bədənin ümumumi ölçüsünə nisbətdə iridir.
Çöl canavarı
Çöl canavarı, və ya səhra canavarı (lat. Canis lupus campestris) — canavarın Orta Asiyanın çöl və səhralarında yaşayan yarımnövü. Qısa, sərt, solğun boz, tünd rəngli sıçramalara malikdir. Ümumiyyətlə, meşə canavarından bir qədər kiçik, seyrək və daha qaba tüklüdürlər. Onun ərazisinə Qazaxıstanın və Rusiyanın cənubundakı çöllər, o cümlədən Önqafqaz, Xəzər, Ural və Aşağı Volqa bölgələri daxildir. Zəif öyrənilmişdir. Müəyyən xüsusiyyətlər sistemi işlənib hazırlanmamışdır. Xüsusilə qərb arealında sayı azdır. Adətən bir sürüdə dişi tək sayda bala gətirir: 3, 5, 7 (nadir hallarda 9, çox nadir hallarda 11 və ya 13). Dişi özü zəifləri məhv edir.
Mahmud Kaşğari
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) *Mahmud Kaşğari DİVANİ LUĞAT İT TÜRK əsərini yazmışıdır.* == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.
Dəniz canavarı (roman)
Dəniz canavarı (ing. The Sea Wolf) — Amerikalı yazıçı Cek London tərəfindən 1904-cü ildə yazılmış psixoloji macəra romanıdır. == Məzmun == Okean təhlükələrlə doludur, eyni zamanda insanların yaşadığı, birtəhər sağ qalmağa, heç olmasa yaşamağa çalışdığı öz kiçik dünyaları var. Amma bir nəfər, adi yazıçı belə yaşamaq istəmir, tam yaşamaq, öz haqqına sahib olmaq istəyir. Ən güclülərin sağ qaldığı bu dünyalardan birində özünü tapdıqdan sonra real həyatın çox hissəsini görmədiyini başa düşməyə başlayır. Və məlum oldu ki, bu, real həyat haqqında bir çox romanda təsvir olunduğundan daha qorxuludur. Hələ gənc olan bu adam Humphrey Van Verdendir. İxtisasca tənqidçidir, sadəcə ədəbiyyatşünasdır. Onun mindiyi gəmi qəzaya uğrayıb. Və o, adı "Ghost" olan ovçular gəmisi tərəfindən xilas edilir.
Kapitoli canavarı (Kişinyov)
Kapitoli canavarı (rum. Lupoaica Capitolină) — Moldovanın paytaxtı Kişinyovda yerləşən, Avropadakı bir çox Kapitoli canavarı heykəlindən biri. Abidə Moldovanın Milli Tarix Muzeyinin önündə yerləşir. == Tarixi == 20-ci əsrin ilk onilliklərində İtaliya Rumıniyaya Kapitoli canavarını Kişinyovda (1921), Buxarestdə (1906), Kluj-Napokada (1921), Trıq-Mureşdə (1924) və Timişoarada (1926) quraşdırılmış beş nüsxəsini bağışladı. Kişinyovda abidə 1923-cü ildə tamamlanaraq Sfatul Tarii Sarayının önünə qoyuldu. 1940-cı ildə SSRİ-nin Bessarabiya və Şimali Bukovinanın işğalının başlanğıcında Kişinyovdan çıxarılan nüsxə məhv edildi. 1990-cı ildə Rumıniya Moldovaya Kapitoli canavarının yeni bir nüsxəsini bağışladı. Yeni heykəl 1990-cı il dekabrın 1-də Moldova Milli Tarix Muzeyinin qarşısında açıldı. == 2005–2009 bərpası == 2005-ci il parlament seçkilərindən bir qədər sonra, 2005-ci ilin aprelində bürünc heykəl bərpa üçün aparıldı. Abidə Milli Tarix Muzeyinin zirzəmisində saxlanıldı və bərpası siyasi kontekstdən asılı idi.