Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalamaz
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Katalaza
Katalaza - hidrogen- peroksidi (H2O2) dihidrogen (H2) və dihidrogen- monooksidə (H2O, su) parçalayan enzim (ferment). Tərkibində Fe3+ kationu saxlayır. Bu günə qədər hidrogen peroksidi katalaza enzimindən sürətli parçalayan katalizator nə tapılmış, nə də sintez edilməmişdir. Hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks katalaza peroksidat (CAT-H2O2) adlanır. Tənəffüs zamanı ağ ciyərlərimizdə hidrogen- peroksid alınır. Bu maddə tibdə istifadə edilməsinə baxmayaraq zəhərlidir. Bu səbəbdən orqanizmdə katalaza enziminə ( fermentinə )ehtiyac olur. Katalaza demək olar ki, bütün aerob orqanizmlərdə tapılmışdır. Katalaza dörd subvahiddən əmələ gəlmişdir və tərkibində təxminən 2 milyon aminturşu qalığı mövcuddur, yəni tetramerdir . Bu dörd subvahiddə hidrogen- peroksidlə reaksiyaya daxil olmağa imkan verən hem var.
Koramaz
Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Atamız
Atamız (Ey Atamız) — xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. [mənbə göstərin] Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9–13 və Luka İncili 11:2–4). Azərbaycan tərcümələrindən biri: Ey göylərdə olan Atamız, İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, Bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, Fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər) Koto( köhnə qılınc 900-1596) Şinto(yeni qılınclar 1596-1780) Şinşinto(ən yeni qılınclar 1781-1876) Qendayto(müasir qılınclar 1876-1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. Yayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi.
Kayama
Kayama adası (yap. 嘉弥真島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. 500 ilə 1000 arasında olan dovşan populyasiyası ilə tanınır. Turizm agentlikləri adaya turlar təklif edirlər. Adanın maksimal hündürlüyü 31 m. İriomote adasından qərbdə, Kohamadan şimal-şərqdə yerləşir.
Kaama
Kaama — bədən uzunluğu 2,3 m-ə qədərdir. Rəng açıq qəhvəyi-qəhvəyi rənglidir. Başın ön və ön tərəfi qəhvəyi, quyruğun bazasında bir ağ nöqtə var. Quyruqdakı fırça qara olur. Bu növ Cənubi Afrikada yayılıbr. Digər antilop növləri ilə yanaşı, gəzinti aparır. Bu heyvanıarın nəsli kəsilmə təhlükəsi altındadır, çünki sayı 130 min dənədir və artmağa davam edir.
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Ağ dalamaz
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Biomimetik kataliz
Biomimetik kataliz Katalizin inkişafının müasir istiqamətlərindən biri olan imitasion kataliz yeni tipli katalizatorların- biomimetik katalizatorların sintezi və onların müxtəlif kimyəvi proseslərdə tədqiqi və tətbiqi ilə bağlıdır. Əsas xassələrinə görə biokimyəvi proseslərin modelləşdirilməsindən bəhs edən və kimyəvi kataliz ilə fermentativ kataliz arasında aralıq mövqe tutan kataliz sahəsi imitasion kataliz adlandırılmışdır. İmitasion katalizdə fermentativ kataliz proses və obyektlərinin əsas xüsusiyyətlərini (selektivlik, mülayim şərait, aktiv mərkəzlərin təsir mexanizmi və s) imitasiya edən real modellərin konstruksiyası aparılır. Biomimetik katalizatorun biomimetik xüsusiyyətlərini əldə etmək üçün modelləşdirilən bioloji obyektin yəni fermentin təsir mexanizmi dəqiq məlum olmalıdır. Bunun üçün aktiv mərkəzin quruluşu ferment-substrat kompleksin quruluşu fermentin substrat spesifikliyi müəyyənləşdirilməlidir. Məlumdur ki, fermentin zülal hissəsi substratın katalitik çevrilməsində fəal iştirak edən funksional qruplardan ibarətdir: imidazol qalıqları, alifatik və aromatik hidroksil qrupları karboksil və sulfohidril amin qruplar. Fermentlərin biokimyəvi modellərinin konstruksiyası zamanı 2 əsas tələb yerinə yetirilməlidir: Model fermentativ reaksiya mexanizmini yerinə yetirməlidir. Fermentativ reaksiya sürətinin onun struktur-funksional quruluşu ilə bağlılığı nəzərə alınmalıdır. Fermentin təsir mexanizmində zülalın polipeptid zəncirinin aminturşu qalıqları turşu-əsasi xarakterli katalitik mərkəzlərin böyük rolu vardır. Başqa sözlə, substratın çevrilməsində prostetik qrupla birlikdə zülalın turşu-əsas mərkəzləri də iştirak edir.
Dalamaz gicitkan
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Katalan Respublikası
Katalan Respublikası (1641) — Katalan Respublikası (1931) — Katalan Respublikası (2017) — 27 oktyabr 2017-ci ildə müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Katalan böhranı
Katalan böhranı kimi də bilinən 2017-2018 İspaniya Konstitusiya böhranı — İspan mərkəzi hökuməti və Katalan regional hökuməti arasında mövcud olan siyasi qarşıdurma. Katalan müstəqilliyinin dəstəklənmənin artmasının səbəbi İspaniya Konstitusiya Məhkəməsinin 2010-cu ildəki qərarı ilə əlaqədərdir. Belə ki, bu qərarla 2006-cı ildə regional hökumətə verilmiş bir sıra səlahiyyətlər ləğv edilmişdir. Müstəqillik tərəfdarlarının artması 2015-ci ildəki regional seçkilərdə Katalan Parlamanetində müstəqillik tərəfdarı olan partiyaların çoxluq əldə etməsi ilə nəticələndi və Karles Puçdemon Kataloniyanın Prezidenti seçildi. Yeni Prezident Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendum keçirməyi və nəticələrinin qəti olacağını vəd edirdi. 2017-ci ilin iyul ayında referendumun həmin ilin oktyabr ayının 1-ində keçiriləcəyi elan edildi. İspan hökuməti belə bir referendumun ölkənin Konstitusiyasına zidd olduğunu bildirərək nəticələri tanımayacağını bildirdi. Senytabr ayında Katalan Parlamenti “Kataloniyanın öz müqəddəratını təyin etmə referendumu haqqında” qanun qəbul etdi. Buna cavab olaraq İspaniya Baş Naziri - Mariano Raxoy Konstitusiya Məhkəməsinə qanunun ləğv olunması məqsədi ilə müraciət etdi. Konstitusiya Məhkəməsi müstəqillik barəsində olan qanun və referendumu ləğv etsə də, Katalan hökuməti nə ispan mərkəzi hakimiyyətinin nə də ki məhkəmələrin qərarlarını icra etməyəcəyini bəyan etdi.
Katalan dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalaza-peroksidat
Katalaza-peroksidat — Katalaza enziminin ( fermentinin ) hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks. Formulu CAT-H2O2 kimidir.
Katalaza-peroksidaz
Katalaza-peroksidaz (EC nömrəsi: 1.11.1.21, katG (gen)) fermentinin sistematik adı hidrogen-peroksid oksidazadır. Bu ferment aşağıdakı reaksiyada katalizator rolunu oynayır: (1) donor + H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } oxidized donor + 2 H2O (2) 2 H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } O2 + 2 H2O Bu ferment H2O2-dən O2-ni çıxarır.
Natamam limodorum
Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü. Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur.
Yaramaz (dəqiqləşdirmə)
Yaramaz (film, 1988)
Yataman nardostaxisi
Yataman nardostaxisi (lat. Nardostachys jatamansi) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin nardostaxis cinsinə aid bitki növü.