KƏTƏMƏZ

(Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gədəbəy, Göyçay, Xocalı, Xocavənd, İmişli, Kürdəmir, Qazax, Şuşa, Tovuz, Ucar, Yevlax, Zəngilan, Zərdab)
bax katamaz . – Camışım doğdu, bir qavlama ağız sağdım, kətəməz pişirdim (Yevlax); – İnəyin kətəməzin yedix’ (Tovuz); – İnəx’ doğanda uşaxlara kətəməz pişirdim (Gədəbəy); – Mən bu gün kətəməz yedim (Beyləqan)
KƏTƏ
KƏTƏN
OBASTAN VİKİ
Kətəməz
Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək. Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz. Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır.

Digər lüğətlərdə