Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • keçiməməsi

    keçiməməsi

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • KEÇİMƏMƏSİ

    I (Basarkeçər) kökü yeyilən bitki. – Gəlin gedəyin keçiməməsi yığıf yemə: II (Cəbrayıl) bax keçiəmcəyi

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • KEÇİMƏMƏSİ

    ...Azərbaycan oyun havalarından birinin adı. Təkçalma, uzundərə, keçiməməsi havası ilə gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) ş

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KEÇİMƏMƏSİ

    сущ. см. keçiəmcəyi

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • KEÇİMƏMƏSİ

    сущ. 1. бот. куркур хьтин цуьквер жедай хъчарин сихилдикай садан тӀвар; 2. Азербайжандин кьуьлдай макьамрикай садан тӀвар; 3

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • ЦӀЕГЬРЕМУМАР

    (-и, -а) c. bot. keçiməməsi, gəlinbarmağı (üzüm növü).

    Tam oxu »
    Ləzgicə-azərbaycanca lüğəti
  • ЦӀЕГЬРЕМУМАР

    (-и, -а) c. bot. keçiməməsi, gəlinbarmağı (üzüm növü).

    Tam oxu »
    Ləzgicə-azərbaycanca lüğəti
  • KEÇİYEMİŞİ

    qaragilə mərcanı

    Tam oxu »
    Türkcə-azərbaycanca lüğət
  • ПРОХОДИМОСТЬ

    keçilə bilmə, keçilməsi mümkün olma

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • УДОБОПРОХОДИМЫЙ

    прил. keçilməsi asan, asan keçilə bilən.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • PASSLESS

    adj şair. keçilməz, keçilməsi mümkün olmayan

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ГЕМОФИЛИЯ

    ж мн. нет tib. hemofiliya (qanın kəsilməməsi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • CEYRANKEÇMƏZ

    sif. Çox dar, keçilməsi çətin. Ceyrankeçməz yol.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • НЕПРОХОДИМОСТЬ

    ж мн. нет keçilməzlik, keçilməsi mümkün olmama.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • SƏRƏÇİ

    (Şərur) əkin yerinin qutaracağında suyun başqa sahələrə keçməməsi üçün qazılmış kiçik arx

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • EXCUSABLE

    adj üzrlü, bağışlana bilən, bağışlanması / keçilməsi mümkün olan

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • IMPASSABLE

    adj keçilməz, keçilməsi mümkün olmayan; işlək olmayan (yol); ~ road keçilməsi mümkün olmayan / keçilməz yol; swamps ~ to men insanlar üçün keçilməz ba

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • DƏLLƏKLİYİ BAŞINDA ÖYRƏNMƏK

    ...adamın hansısa bir işi başqasının üzərində təcrübədən, sınaqdan keçirməsi.

    Tam oxu »
    Azərbaycan dilinin frazeologiya lügəti
  • НЕПРОХОДИМЫЙ

    прил. 1. keçilməz, keçilməsi mümkün olmayan; непроходимый лес keçilməz meşə; 2. dan. tam, büsbütün, tamamilə, tam mənasilə.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ПРОХОДИМЫЙ

    прич. и прил. 1. keçilə bilən, keçilməsi mümkün olan; 2. keçilən; проходимые нами в институте дисциплины institutda keçdiyimiz fenlər.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • PASSABLE

    adj 1. keçilə bilən, keçilməsi mümkün olan; ~ ground keçilməsi mümkün olan yer; The mountain roads are not passable until late spring Yazdan xeyli keç

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ARİZƏLİ

    sif. köhn. Maneəli, əngəlli, keçilməsi çətin olan. Bu mövqe… [düşmənin] müşahidə və atəş sahəsindən kənarda arizəli, qalın ağaclıq bir yer idi. Ə.Əbül

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KEÇİLMƏZ

    s. 1. (keçilməsi mümkün olmayan) impassable, impenetrable; ~ yol impassable road / way; ~ meşə impenetrable forest; ~ palçıq impassable mud; 2. (bağış

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • Modulyasiya

    ...prosesində bir sözdən digərinə onun əsas mənasının saxlanılması ilə keçilməsi baş verir; 2. İdentik situasiyanı təsvir edən məlumat tipinin dəyişdiri

    Tam oxu »
    İzahlı tərcüməşunaslıq terminləri lügəti
  • ПРОХОДИМОСТЬ

    ж мн. нет xüs. 1. keçilməsi mümkün olma, keçilə bilmə; 2. tib. keçirmə qabiliyyəti; 3. xüs. yol maneələrini aşma qabiliyyəti; проходимость автомашин п

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • DƏRNƏK

    ...adamların bir toparda (qrupda) birləşərək müəyyən tədbiri həyata keçirməsi ilə bağlı işlədilən sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • NEGOTIABLE

    ...bilən; ~ securities dövriyyədə olan qiymətli kağız; 2. keçilə bilən, keçilməsi mümkün olan; gedilə bilən (yol, yüksəklik haq.); The path was negotiab

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • IMPENETRABLE

    ...to water / moisture su / nəm keçirməyən parça; 2. keçilməz, keçilməsi mümkün olmayan; basılmaz; ~ fortress basılmaz qala; ~ jungle / forest keçilməz

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • KEÇİLMƏZLİK

    is. 1. Keçilməsi mümkün olmayan, yaxud çətin olan yerin halı. Kim isə – qibtələr yaşasın – deyə; Yalan bir varlığa heykəllər qurur; Kiminsə yolunu keç

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • IMPERVIOUS

    ...keçirməyən, buraxmayan (suyu, işığı, səsi və s.); keçilməz, keçilməsi mümkün olmayan; əlçatmaz, əldə edilməz; fabric ~ to moisture nəm buraxmayan / k

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • IMPRACTICABLE

    ...höcət, yolagetməz; ~ person inadlı / höcət adam; 3. keçilməz, keçilməsi mümkün olmayan; işlək olmayan, minik keçməz (yol); ~ road işlək olmayan / min

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ŞAHƏNŞAH

    ...titulu. Şücaiddövlə imperator hökuməti ilə şahənşah hökuməti arasında keçilməsi mümkün olmayan bir uçurum yaratmışdı. M.S.Ordubadi. 2. məc. Başçı, pa

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SİRAT

    ...Yol. 2. Dini etiqada görə cəhənnəm üzərində qurulmuş çox dar və keçilməsi çox çətin körpü; qıl körpü (guya məhşər günü adamlar bu körpünün üstündən k

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SARP

    sif. Keçilməsi, üstünə çıxılması çox çətin olan; çox dik, sıldırım, yalçın. Yolun sağ tərəfindəki sarp qayanın arxasından üfüq ağarmağa başladı. H.Nəz

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • WARREN

    ...beasts of ~ qoruq heyvanları; 3. məc. tünlük, basabas; qələbəlik, keçilməsi çətin olan dolanbac küçə; to lose oneself in a ~ of narrow streets dolanb

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • KEÇİLMƏZ

    ...keçilməz təbii səngər. H.K.Sanılı. // Hər hansı bir səbəbə görə keçilməsi, addanması çətinləşmiş. Çaylar daşmış, yollar keçilməz (z.) olmuşdu. – Biz

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • Danışıq dili

    ...deyimin qabaqcadan düşünülməsi və dil materialının qabaqcadan seçilməməsi, danışıq iştirakçılarının nitq ünsiyyətində bilavasitə nitq aktında onl

    Tam oxu »
    İzahlı tərcüməşunaslıq terminləri lügəti
OBASTAN VİKİ
Keçməməsi (rəqs)
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Keçməməsi rəqsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. == İlk döyüşlər == Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.
Osmanlının Quriyanı ələ keçirməsi
Osmanlının Quriyanı ələ keçirməsi – Osmanlı imperiyasının Quriya çarlığının bir hissəsini ələ keçirməsi ilə nəticələnən hərbi kompaniyadır. Hərbi əməliyyatların sonunda Çaneti (Lazıstan sancaqlığı), Acara, Qonio və Batumun sahil qismi Osmanlı imperiyasına qatılmışdır. Hərbi əməliyyatlar 1547-ci ildə başlamışdır.Müharibənin gedişatında Quriya hökmdarı Rostom Qurieli digər gürcü hökmdarları ilə ittifaq qurmağa çalışsa da, buna müvəffəq ola bilməmişdir. Bir-birləri ilə fedodal ara müharibələri aparan müxtəlif gürcü knyazları və iri feodalları Osmanlı imperiyasına qarşı birləşə bilməmiş və nəticədə Rostom Qurieli hökmdarı olduğu torpaqların böyük bir hissəsini itirmişdir. Osmanlının isə Gürcüstandakı mövqeləri daha da güclənmişdir. == Tarixi == 1547-ci ildə Osmanlı ordusu Quriyanın sahil qisminə gələrək Qonio və Batumun dənizə yaxın olan məntəqələrini işğal etdi. Rostom Qurieli İmereti kralı III Baqrat və Meqreliya şahzadəsi I Levan Dadianiyə yardım çağırışı etdi. Bu çağırışa cavab olaraq I Levan abxaz və meqrellərdən ibarət ordu formalaşdıraraq Rioni çayının sahilində düşərgə saldı. Bununla bərabər, Rostoma onun əvvəllər Meqreliyaya etdiyi hücumlara görə qəzəbli olan İmereti kralı III Baqrat Levanla Rostomun arasının pozulmasına səbəb oldu və nəticədə, Levanın ordusu Meqreliyaya geri döndü. Təkcə öz ordusu ilə Osmanlı ordusu ilə döyüşməyə məcbur olan Rostom Osmanlı ordusuna hücum edərək onları Batumu boşaldaraq Çoruhun gerisinə getməyə məcbur etdi.
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628-1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.
Əmir Teymurun Gürcüstanı ələ keçirməsi
Gürcüstan krallığı 1386-1403-cü illər arasında imperiyası Orta Asiyadan Anadoluya qədər uzanan Teymurun orduları tərəfindən bir neçə dəfə hücuma məruz qaldı. Bu hücumlar Qızıl Ordanın xanı Toxtamışla Əmir Teymur arasındakı rəqabətlə sıx bağlı idi.Teymur səkkiz hücumundan ilkində Gürcüstanın paytaxtı Tiflisi yağmaladı və 1386-cı ildə Kral V Baqratı ələ keçirdi. Gürcülərin müqaviməti türk ordusunun yendən hücum etməsinə səbəb oldu. Baqratın oğlu və xələfi VII Georg sərt müqavimət göstərdi və hakimiyyətinin çoxunu (1395-1405) Teymurun işğalları ilə döyüşməyə məcbur oldu. Teymur ona qarşı olmuş hücumların bir çoxuna rəhbərlik etmişdir. Gürcüstan üzərində möhkəm hakimiyyət qura bilməsə də, ölkəyə heç bir zaman unudulmayacaq zərbələr vurmağı bacardı. == Tarixi == Teymurun Qafqazdakı ilk ortaya çıxışı Toxtamışın 1385-ci ildə Qafqazdan Şimali İrana girərkən etdiyi yağmaçılığa cavab idi. Bu iki hökmdar arasında düşmənlik var idi. Teymur inkişaf etməkdə olan imperiyanın qərb sərhədi ilə Toxtamışın xanlığı arasında qalan kiçik sərhəd ölkələrinə tam miqyaslı hücum başladaraq cavab verdi. Teymur Azəbaycan və Qarsı ələ keçirdikdən sonra Gürcüstana daxil oldu.
I Abbasın Qeşm adasını ələ keçirməsi
I Abbasın Qeşm adasını ələ keçirməsi — Səfəvi imperiyasının İran körfəzindəki portuqaliyalı qüvvələri məğlub etməsi nəzərdə tutulur. == Zəmin == I Abbas hakimiyyətə keçdiyi dövrdən İran körfəzində Portuqaliya-İspan hegomonluğuna son qoymaq barədə düşünürdü. Buna 1602-ci ildə başlanılsa da, sonradan Osmanlı ilə müharibələrə görə dayandırıldı. Abbas Osmanlıya qarşı Portuqaliya ilə ittifaq bağlamaq, ipək ticarətini onlar vasitəsiylə etmək barədə düşündüyü üçün onlarla uzun müddət elçilər vasitəsiylə danışıqlar apardı. İsfahana iki dəfə gələnkeşiş Fiqueroa bu danışıqlarda qarşı tərəfi təmsil edən şəxs idi. Lakin uzun danışıqlardan sonra heç bir nəticə əldə edilmədi. Abbasın körfəzi ələ keçirmək üçün ilk hücum etdiyi yerlərdən biri də Qeşm adası oldu. == Döyüş == Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi.
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi — ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin 735-737-ci illəri əhatə edən hərbi yürüşü nəzərdə tutulur. Əməvi xəlifəliyi tərəfindən hərbi əməliyyatlar başladılmışdır. İşğalın məqsədi və hədəfləri tarixçilər tərəfindən mübahisəlidir. Gürcü tarixşünaslığı əsl məqsədin sonda ərəb hakimiyyətinə qarşı sərt gürcü müqavimətini qırmaq olduğu məsələsində israr edərkən, Kril Tumanov və Ronald Sani kimi qərbli tarixçilər həm qərbi Gürcüstana hakim olan Bizans imperiyasına, həm də təkrarlanan hücumları yalnız İberiya və bütün Qafqazı deyil, 730-cu ildə ərəb torppaqlarına qədər çatan Xəzərlərə yönəlik ümumi müharibə olaraq görür. == İşğal == İşğal son Əməvi xəlifəsi olan Mərvan ibn Məhəmməd tərəfindən idarə edilmişdir. İlk olaraq Kartlidə əməliyyatlar başladı. daha sonra ordularını qərbə yönəltdi və Kaxetiyadan Arçil və Abxaziyadan I Leon tərəfindən dəstəklənən qardaşı Mihrin mövqe aldığı Anakopiya qalasını mühasirəyə aldı. Bir hücumdan qorxan çox sayda gürcü dağlıq bölgələrə qaçdı. Mərvan daha sonra Samtsheni işğal etdi. Odzrkhedə düşərgə saldı və güclərini gürcü şahzadələri olan Arqveti, Konstantin və Davuda qarşı göndərdi.
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi — Səfəvi sülaləsinin devirərək öz sülaləsini hakimiyyətə gətirən Nadir şah Əfşar bir neçə il sonra müasir Hindistan ərazisində yerləşən Böyük Moğol imperiyası üzərinə yürüşə çıxdı. Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu.Nadir şahın şərqdə bu parlaq qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi. == Başlanğıc == Səfəvi imperiyası şahının vəziri kimi fəaliyyət göstərən Nadir ölkədən əfqanları, rusları, osmanlıları qovmağı bacarmışdı. 1738-ci ildə Nadir şah bir zamanlar Səfəvi imperiyasının paytaxtı İsfahanı ələ keçirən Hotakilərin son istehkamı olan Qəndəharı da ələ keçirdi. Bu yürüş ardınca o, ordularını Hindiquş dağları vasitəsiylə Şimali Hindistana saldı. Bu torpaqlar o zaman moğollların hakimiyyəti altında idi.Moğol imperiyası I Övrəngzibin ölümündən sonra imperiyadakı daxili çəkişmələr nəticəsində zəifləmişdi. İmperiyanın torpaqlarının bir qismi Maratxa dövləti tərəfindən ələ keçirilmiş, yerdə qalan hissələrdə isə bir çox moğol feodalı müstəqillik iddia etməkdə idi. Moğol hökmdarı Məhəmməd şah dövlətin bütövlüyünü qoruya bilməməkdə idi.
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi — Nadir şahın Mərkəzi Asiya yürüşü zamanı bölgənin siyasi və iqtisadi mərkəzlərindən biri olan Səmərqəndi ələ keçirməsi nəzərdə tutulur. == Arxa plan == Səmərqəndin ələ keçirilməsinə səbəb olacaq yürüşün əsasları 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. === Mərkəzi Asiyaya yürüşün başlanması === Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı.