Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deyişmə
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır.Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
Gecikmə
Gecikmə (en. lag) – iki hadisə arasındakı zaman fərqi. Elektronikada: gecikmə, giriş və çıxış siqnallarının dəyişmələri arasındakı yubanmadır. Displeydə: gecikmə, görüntüdəki dəyişmələrdən sonra ekranın fosfor örtüyünün tədricən sönən qalıq parlaqlığıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Fəxri Keşikdə (1938)
== Məzmun == Film Azərbaycanda yanğından mühafizə dəstələrinin yaradılmasının XX ildönümünə həsr edilmişdir.
Mübariz keşikdə (qəzet)
Mübariz keşikdə — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet. == Tarixi == Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş "Mübariz keşikdə" qəzeti 9.847 nüsxə ilə həftədə bir dəfə (cümə axşamı günü) Azərbaycan dilində, rəngli nəşr edilir. == Fəaliyyəti == === İstiqaməti === DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır.
Fəxri keşikdə (film, 1938)
== Məzmun == Film Azərbaycanda yanğından mühafizə dəstələrinin yaradılmasının XX ildönümünə həsr edilmişdir.
60 il keşikdə (film, 1977)
60 il keşikdə qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1977-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanda 1920-ci ildə inqilabi qayda-qanunun qorunması üçün yaradılmış milisin keçdiyi tarixi yoldan bəhs edir. == Məzmun == Kinolent Azərbaycanda 1920-ci ildə inqilabi qayda-qanunun qorunması üçün yaradılmış milisin keçdiyi tarixi yoldan bəhs edir.
60 il keşikdə (film, 1981)
60 il keşikdə qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1981-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan milisinin 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə respublikamızda sovet milisinin yaranma tarixindən və ictimai qayda-qanunun keşiyində duranların bugünkü işlərindən danışılır. == Məzmun == Film Azərbaycan milisinin 60 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə respublikamızda sovet milisinin yaranma tarixindən və ictimai qayda-qanunun keşiyində duranların bugünkü işlərindən danışılır.
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Kəsilmə emalçısı
Kəsilmə emalçısı ( ing. interrupt handler (IH) ~ ru. обработчик прерываний ~ tr. kesme işleyici) – müəyyən kəsilmələri emal etmək üçün yerinə yetirilən xüsusi prosedur. Hər bir kəsilmə növü müəyyən prosedurla bağlıdır. Kompüter yaddaşının aşağı ünvanlarında hər bir kəsilmə üçün uyğun prosedurların ünvanlar cədvəli saxlanılır. Bu ünvanlar göstəricilər (POINTERS) və ya vektorlar (VECTORS) adlandırılır, çünki onlar kəsilmə emalçılarının başlanğıcını göstərir. Proqramçılar sistemdə olan kəsilmə emalçıları toplusunu əvəzləmək və ya genişləndirmək üçün özlərinin kəsilmə emalçılarını yarada bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Yerdəyişmə, yerini dəyişmə (ing. move, ru. перемещение) - informasiyanın bir yerdən başqa bir yerə verilməsi. Əməliyyatdan asılı olaraq yerdəyişmə kompüterin yaddaşında yerləşmiş verilənlərə, yaxud verilənlər faylında olan mətnə və ya görüntüyə aid ola bilər. Məsələn, proqramlaşdırmada move deyimi tək qiyməti bir yaddaş sahəsindən başqasına verə bilər. Digər tərəfdən, tətbiqi proqramlarda yerdəyişmə komandası mətnin bir hissəsini sənədin bir yerindən başqa bir yerinə köçürə bilər. İnformasiyanı təkrarlayan köçürmə – kopiyalama (COPY) prosedurundan fərqli olaraq, yerdəyişmə zamanı informasiya ilkin yerindən uzaqlaşdırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.