KEYİMƏK

f.
1. Hərəkət qabiliyyətini itirmək, qurumaq, çəng olmaq, keyləşmək.
Hatəm xanın qolu keyiyib dondu, onun gözü pər-pər çaldı. S.Rəhimov.
[Səlbinin] ayağı elə keyimişdi ki, barmaqlarını kəssəydilər xəbəri olmazdı. Ə.Vəliyev.

2. məc. Hiss və dərk etmə qabiliyyətini itirmək, donub qalmaq, quruyub qalmaq; kütləşmək, süstləşmək.
Şeir adı eşidəndə cəmi vücudum keyidi, başım fırlanmağa başladı. Çəmənzəminli.
Yenə güllə atılırdı, lakin Tərlanın qulaği keyimişdi. M.Hüseyn.

// məc. Azalmaq, zəifləmək, keçmək. Ağrısı bir az keyimişdi.

Etimologiya

  • KEYİMƏK Key sözündən düzəlmiş feildir, key-i-mək. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KEYİMƏ
KEYİMİŞ

Digər lüğətlərdə