Mübariz keşikdə (qəzet)

Mübariz keşikdə — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet.[1]

Mübariz Keşikdə
Növ həftəlik qəzet
Format fayl kağızı
Dil Azərbaycanca
Şəhər Bakı
Ölkə Azərbaycan

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş "Mübariz keşikdə" qəzeti 9.847 nüsxə ilə həftədə bir dəfə (cümə axşamı günü) Azərbaycan dilində, rəngli nəşr edilir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İstiqaməti[redaktə | mənbəni redaktə et]

DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "«Mübariz keşikdə» qəzeti". 2021-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-05.