Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kijəbə
Kijoba, Kijəbə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Lənkəran ovalığının Talış dağlarına qovuşduğu yerdədir. Əvvəllər burada eyniadlı kənd olmuş, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra kənd qəsəbəyə çevrilmışdır. Oykonimi Talış dilindəki kijə (cücə) və oba komponentlərindən düzəlmiş, "cücə obası" və ya kijə (quş) və bə (qapı) sözlərindən düzəlmiş "quş damı" mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi Şəxsiyyətin adı ilə də əlaqələndirirlər. == Adın mənşəyi və tarixi == Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə "toyuq", "quş" və oba "kənd" komponentlərindən ibarətdir. Qəsəbə sakinlərinin dediklərinə görə isə adın əsas mənası "Quş qapısı" deməkdir.[mənbə göstərin] == Mədəniyyəti == Orta, səkkizillik və ibtidai məktəblər, 4 klub, 3 kitabxana, 3 kinoqurğu, xəstəxana, uşaq bağçası və rabitə şöbəsi var. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 14 km şimal qərbdə, Ələt-Astara şosesindən 6 km qərbdə, Lənkəran ovalığındadır. == Əhalisi == Talışlar və azərbaycanlılardan ibarətdir.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Hicamə
Hicamə (ərəb. حجامة‎ Hijamah,"əmmə") — dəridə kiçik kəsiklər açaraq qan toplanması. İlk dəfə istifadəsi İslam peyğəmbəri olan Məhəmməd peyğəmbərin etdiyini təsvir edən məlumatlara tarixi mənbələrdə rast gəlinir. Qədim dövrlərdən bəri bu ənənəvi terapiya insan sağlamlığında mühüm rol oynamışdır. Ənənəvi müalicə üsullarından sayılan bu üsul yaş və ya quru fincan terapiyası adlanır. Finlandiyada 15-ci əsrdən bəri ənənəvi olaraq saunalarda bu prosedur aparılır. Hicamə qabları havanı udmaq və qismən vakuum yaratmaq üçün içərisində klapan mexanizmi olan iri buynuzlardan hazırlanırdı, Finlandiyada hələ də istirahət və/yaxud sağlamlıq məqsədi ilə hicamə tətbiq olunur. == Tarixi == Tibb tarixində ilk dəfə qan alma üsulu ilə müalicənin harada və nə vaxt başlandığı barədə dəqiq məlumat yoxdur. Ancaq bu gün bəzi ibtidai cəmiyyətlərdə də göründüyü kimi, qədim Mesopotamiya, Misir və digər Yaxın Asiya sivilizasiyalarında bir çox xəstəliyin cinlərin və pis ruhların bədənə daxil olması nəticəsində yarandığına inanılaraq, onların bədəndən çıxarılmasına çalışıldığı məlumdur. Bu xəstəlikdən sağalmaq üçün sehr-sehrdən əlavə qan aldıraraq bədəni təmizləməyə çalışırdılar.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən kiməm? (film, 1998)
Mən kiməm? (ing. Who Am I?) — 1998-ci ildə Honq Konq filmidir. 108 dəqiqədir. Film 17 yanvar 1998-ci ildə yayımlandı. Ceki Çan aparıcı rol oynayır. Eyni sənətçinin qardaşı Beni Çan ilə rejissorluq edir. Ekran əsərini Ceki Çan və Susan Çan yazdı. Çan filmdə gizli bir missiya üçün Afrikaya göndərilən bir agent kimi səhnəyə çıxır. == Məzmun == Çan, həmkarlarının hamısının öldüyü vertolyot qəzası tələsindən yaddaşını itirən bir agentdir.
Kiçilmə
Kiçilmə (fr. décroissance; ing. degrowth) — uzunmüddətli perspektivdə sosial rifahı təmin etmək üçün iqtisadiyyatın həcminin azaldılması zərurətini irəli sürən sosial-iqtisadi konsepsiya. Böyümə yönümlü bir iqtisadiyyatdakı tənəzzüldən fərqli olaraq, böyümə əleyhinə, vaxtın boşaldıldığı üçün xoşbəxtlik və rifah səviyyəsini maksimuma çatdırmaq məqsədi ilə hədəfli bir iqtisadi və sosial dönüşüm nəzərdə tutulur. Fərdi istehlakın azaldılması və ictimai əməyin səmərəli təşkili ilə sənət, musiqi, ailə, mədəniyyət və cəmiyyətə həsr olunur. == Tarixi == Kiçilmə konsepsiyası (fr. décroissance) ilk dəfə Fransız filosofu Andre Qorts tərəfindən 1972-ci ildə formalaşdırılmışdır; digər Fransız müəlliflər tərəfindən, Roma Klubunun "İnkişafın sərhədi" hesabatının eyni 1972-ci ildə yayımlanmasından sonra istifadə olunmağa başladı. Qortsun özü, 1971-ci ildə böyük bir işi olan Entropiya Qanunu və İqtisadi Prosesini nəşr etdirən Nikolas Corcesku-Reqenin əsərlərindən ilham almışdır. == Fiziki əsaslar == Mövcud emissiya səviyyəsini qoruyarkən CO2 emissiya büdcəsinin tükənmə vaxtı. Artım əleyhinə müdafiəçilər üçün əsas məqam iqtisadi fəaliyyət miqyasını məhdudlaşdıran ekoloji məhdudiyyətlərin mövcudluğunun tanınmasıdır.
Köçmə
Köçmə və ya emiqrasiya (lat. emigro — "köçürəm") — iqtisadi, siyasi, şəxsi şərtlər səbəbindən bir ölkədən digərinə köçmə.
Katibə Kimə nə olub? (teleserial, 2018)
What's Wrong with Secretary Kim(kor. 김비서가 왜고가) — 2018-ci ildə yayımlanmış Pak So Cun və Pak Min-yonun baş rollarda oynadığı Cənubi Koreya televiziya serialıdır. O, Cung Kyon-yunun ilk dəfə 2013-cü ildə nəşr olunmuş, daha sonra 2015-ci ildə KakaoPage tərəfindən Webtoon komiksinə seriallaşdırılan eyni adlı romanına əsaslanır. Serial 2018-ci il iyunun 6-dan iyulun 26-dək tvN-də çərşənbə və cümə axşamı günləri 16 seriya ilə yayımlanıb. == Süjet == Li Yon-cun (Pak So Cun) böyük bir korporasiyanın sədr müavinidir. Bir gün onun yüksək bacarıqlı katibi Kim Mi-so (Pak Min-yon) doqquz il Li Yon-cuna işlədikdən sonra tutduğu vəzifədən istefa verəcəyini bildirdikdə onun dünyası sarsılır. Li Yon-cun daha sonra Mi-sonun yanında qaldığından əmin olmaq üçün şirkətində idarə heyətinin direktoru olan ən yaxşı dostu ilə danışdıqdan sonra əlindən gələni etmək qərarına gəldi. Li Yon-cun bir çox şeyi planlaşdırır, Kim Mi-so isə gənc uşaq olarkən yaşadığı keçmiş travmatik təcrübədə ona kömək edən adamı tapmaq qərarına gəlir.
Kinema Citrus
Kinema Citrus Co., Ltd. (株式会社キネマシトラス, Kabuşiki-qayşa Kinema Shitorasu) — 3 mart 2008-ci ildə təsis edilmiş Yaponiya animasiya studiyası. Studiya Suqinamidə, Tokioda yerləşir. Bisnes direktorları isə Muneki Oqasavara, Yuiçiro Matsuka və Masaki Taçibanadır. Əsas işləri 2009-cu ildə Bones ilə birgə yaratdıqları Tokyo Magnitude 8.0 və .hack//Quantum adlı 3 seriyalı OVA-dır. == İşləri == === Anime serialları === Tokyo Magnitude 8.0 (2009; BONES ilə birlikdə) Higepiyo (2009) Oshiri Kajiri Mushi (2012) Code:Breaker (2012) Yuyushiki (2013) Black Bullet (2014; Orange ilə birlikdə) Barakamon (2014) Is the Order a Rabbit??
Kirəbe (Uçalı)
Kirəbe (başq. Кирәбе, rus. Кирябинскоe) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kirəbe kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (75%) üstünlük təşkil edir.
Kumimanu biceae
Kumimanu biceae (lat.) —Pinqvinkimilər dəstəsinə aid olan nəsli kəsilmiş quş növü. Təqribi olaraq 59,5–55,5 mln il əvvəl yaşaması ehtimal edilir. Onların dinozavrların məhvindən sonra yayılması guman edilir. Bu canlının qalıqları Yeni Zelandiya ərazisində aşkar edilmişdir. Yeni növün açılışı 2017-ci ilin dekabrında elan edilmişdir. == Xüsusiyyətləri == Kumimanu biceae pinqvinlərinin hündürlüyü 170 sm, uzunluğu dimdikdən quyruğa qədər 140 sm, çəkisi isə 100 kq olmuşdur. Bu elmə məlum olan ən böyük pinqvindir. == İstinadlar == == Xarici keçidlər == Malcolm Ritter: Ancient penguin was as big as a (human) Pittsburgh Penguin on phys.org, retrieved 15 December 2017 (Note: The title refers to the Pittsburgh Penguins ice hockey team).
Tomas Biçem
Tomas Biçem (29.4.1879, Liverpul yaxınlığında Sent-Helens – 8.3.1961, London) — ingilis dirijoru, impresario. == Həyatı == İri əczaçılıq fabrikinin sahibi və musiqi həvəskarı C. Biçemin oğludur. Sistemli musiqi təhsili almamış, kompozisiyanı Ç. Vud və M. Moşkovskidən öyrənmişdir. Dirijor kimi debütü Şekspir memorial teatrında (Klapem, 1905) olmuşdur. 1909-cu ildə öz simfonik orkestrini yaratmışdır. Londondakı “Kovent-Qarden” teatrının dirijoru (1910-cu ildən, 1932– 39-cu illərdə baş dirijor və bədii rəhbər; sonuncu çıxışı 1951-ci ildə olmuşdur). Böyük Britaniyada Dyagilevin rus baletinin (1911, 1913), çıxışlarını, M.P. Musorqski, N.A. Rimski-Korsakov və A.P. Borodinin operalarının London premyeralarını təşkil etmişdir. == Fəaliyyəti == London filarmonik (1932-ci ildən) və Kralfilarmonik (1946–60) orkestrlərinin yaradıcısı, rəhbəri və dirijoru olmuşdur. Ən böyük xarici orkestrlərlə qastrolda olmuşdur (o cümlədən Nyu-York, Boston, Berlin filarmonik orkestrləri ilə), məşhur opera teatrlarında (o cümlədən “Metropoliten-opera”, 1942–44) işləmişdir.Biçemin son çıxışı 1960-cı ildə olmuşdur. Repertuarı klassik və romantik operalardan ibarət idi (V.A. Mot sartın “Hamı belə edir” operasını səhnə üçün bərpa etmişdir), Barokko bəstəkarlarından G.F. Hendelə üstünlük verirdi, 20-ci əsr musiqisini özünün seçimi ilə ifa edirdi: R. Ştrausun “Salomeya” və “Elektra” (1910), “Qızıl gül kavaleri” və “Ariadna Naksosda” operalarının London premyeralarına (1913) dirijorluq etmiş, ömrüboyu dostu F. Diliusun musiqisini (onun ən gözəl ifaçısı sayılır) təbliğ etmişdir.
Kiyevə hücum (2022)
Kiyevə hücum - Rusiyanın Ukraynanı istila etməsi kampaniyası çərcivəsində Rusiya Silahlı Qüvvələrinin Belarus üzərindən Kiyev vilayətinin və Ukraynanın paytaxt şəhəri Kiyevə doğru irəliləməsi əməliyyatı. Rusiyanın əsas məqsədi Kiyev şəhərinə tam nəzarəti ələ keçirməkdir. == Xronologiya == === 24 fevral === Fevralın 24-də səhər tezdən Rusiya Silahlı Qüvvələri Kiyev vilayətindəki hədəflərə, o cümlədən Kiyevin əsas hava limanı olan Borispol Beynəlxalq Hava Limanına artilleriya və raket zərbələri endirməyə başlayıb. Ümumi hücum əməliyyatından bir necə saat əvvəl ölkənin şimalında, Belarusla sərhəddə cəmlənmiş rus qoşunları qəfildən sərhəddi keçərək Kiyev vilayətinə daxil olublar. Tərəflər arasındakı ilk böyük toqquşma Çernobıl Atom Elektrik Stansiyasının inzibati ərazisində baş verib və bir necə saatlıq döyüşdən sonra AES, rus tərəfinin nəzarətinə keçib.Axşama yaxın rus paraşütçüləri Qostomel hava limanına eniş edərək hava limanını ələ keçirməyə cəhd ediblər. İlk başlarda hava limanı ələ keçirilsə də, sonradan tərəflər arasında gərgin döyüşlər baş verib. Ukrayna rəsmilərinin bildirdiyinə görə, rus paraşütçülərin növbəti hücumu dəf edilib. Hava limanı üzərində döyüşlərin getdiyi bir vaxtda, bir digər paraşütçü dəstə Kiyev su anbarı və ətrafına eniş edərək su anbarı uğrunda gərgin döyüş əməliyyatlarına başlayıblar.24 fevralın gecəsi Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, təxribatçı qruplar Kiyevə doğru irəliləyir. Həmin gecə Amerika Birləşmiş Ştatların Müdafiə Naziri Lloyd Ostin konqresmenlərlə söhbəti zamanı bildirib ki, bəzi rus mexanikləşdirilmiş piyada birlikləri Kiyevdən 20 mil (32 km) məsafədədirlər. === 25 fevral === Fevralın 25-də səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə aid qırıcılar Kiyevin mərkəzini bombardman etməyə başlayıblar.
Çəmə (Zəncan)
Çəmə — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 29 km qərbdədir.
Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. == Məzmun == İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.