Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kinovar
Kinovar — triqonal sinqoniya – kinovar; kubik sinqoniya – metasinnabarit. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Metasinnabaritin: qvadalkatsarit (Zn – 9,5%, Cd – 6 % olduqda), saukovit (Cd – 12%, Zn – 3,1% olduqda), onofrit (Se – 8,5%-dək). == Xassələri == Rəng – kinovarın parlaq-qırmızıdan (toz şəkilli növ müxtəlifliyi) tünd-qırmızıyadək, bəzən qurğuşunu - boz çalarlı oksidləşmə rəngləri alır; metasinnabaritin – qaradan poladı-bozadək; Mineralın cizgisinin rəngi – kinovarın parlaq-qırmızı, metasinnabaritin – qara; Parıltı – kinovarın parıltısı müxtəlifdir: kristallik əmələgəlmələrdə almaz, sıx xırdadənəlilərdə – metal, toz şəkillilərdə – tutqun; metasinnabaritin – metal; Şəffaflıq – kinovar yarımşəffaf, bəzən şəffaf, metasinnabarit qeyri-şəffaf; Sıxlıq – kinovarın – 8-8,2, metasinnabaritin – 7,7; Sərtlik – kinovarın – 2-2,5, metasinnabaritin – 3; Kövrəkdirlər; Ayrılma – kinovarda {1010} prizması üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, tikanlı; Başqa xassələr – metasinnabarit kinovardan fərqli olaraq elektrikkeçirmə ilə səciyyələnir. 344°C temperaturda metasinnabaritin kinovara dönər keçmə prosesi baş verir; Morfologiya – kristallar: qalınlövhəvarı, romboedrik (kinovar), tetraedrik, dodekaedrik (metasinnabarit); İkiləşmə: kinovarda tez-tez {0001} üzrə təmas ikiləşmələri, həmçinin qarşılıqlı nüfuzetmə ikiləşmələri qeyd olunur; Mineral aqreqatları: bütöv, torpaqvari, bəzən gizlikristallik kütlələr, püruzlar, qaysaqlar (kinovar), yaxmalar, xırdadənəli qabıqlar, tozvari qaysaqlar (metasinnabarit). == Mənşəyi və yayılması == Yer səthinə yaxın hidrotermal əmələgəlmələr olub, teletermal və vulkanogen yataqlar üçün səciyyəvidirlər. Civə, sürmə-civə yataqlarında, bəzən qızıllı kvars damarlarında rast gəlirlər. Termal bulaq çöküntülərində aşkar edilmişlər. Bəzən bilavasitə vulkanik qazlardan çökürlər. Nadir hallarda civəli tutqun filizlərin oksidləşmə məhsulu kimi hipergen kinovar müşahidə edilir; Kinovar bəzən səpintilərdə də toplanır. Birlikdə rast gəldiyi minerallar: sərbəst civə, xalsedon, kvars, barit, kalsit, flüorit, xalkopirit, pirit.
Kinqolar
Monovar
Monovar (isp. Monóvar) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 152 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 12928 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 7 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Vinalopo-Mica Aspe Elda == Xarici keçidlər == Rəsmi sayt [1] Web de opinión sobre Monóvar, con vídeos, fotos y entretenimiento en general. Web del Ayuntamiento de Monóvar Índice de Estadística Municipal de Monóvar.
Sinovac
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı.. Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.Türkiyə 7371 könüllü üzərində aparılan sınaqlarda 1322 iştirakçının məlumatlarına əsasən 29 mənfi nəticələr aşkar olduğundan sınaqların 91,25% effektiv olduğunu bildirmişdir.İndoneziya Bandunq şəhərində sınaq iştirakçılarından yalnız 1600 nəfərin məlumatlarına əsasən 65,3% effektivlik dərəcəsini elan etmişdir. == Texnologiyası == CoronaVac vaksini inaktiv peyvənddir.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == İqtisadiyyatı == 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Kinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Dinəvar (Xudafərin)
Dinəvar (fars. دينه ور‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (22 ailə).
Kincxar (göl)
Kincxar (Kincxardxand; urduca: کینجھر جھیل‎; ing. Keenjhar Lake), həm də — Каlri (urduca کلری جھیل‎; ing. Kalri Lake) — Pakistanın ən iri gölü. == Haqqında == Kincxar gölü Hind çayının aşağı axarının sağ sahilində, Sind əyalətinin cənubunda Tatta dairəsində, Tatta şəhərindən şimal-şərqdə yerləşir. Su hövzəsinin sahəsi — 134,7 km²-dir. Uzunluğu 24 km, eni isə 6 km-dir. Hind çayı hövzəsinin funksionallaşmasında mühüm ekoloji rola malikdir. Tatta dairəsini və Kəraçi şəhərini təmiz su ilə təmin edir. Kincxar gölü 1930-cu ildə Kincxar və Kalri göllərinin Çilyada damba tikiləndən sonra birləşməsi ilə yaranıb. Göl Tatta şəhərindən 18 km və Kəraçi şəhərindən 122 km aralıda yerləşir.
Manovar Musso
Manovar Musso (ind. Manowar Musso; 12 avqust 1898 – 31 oktyabr 1948) — İndoneziya siyasi xadimi. == Həyatı == Paqu–Şərqi Yavada çox olan kiçik kəndlərdən biridir. Burada 1898-ci il avqustun 12-də Datarla Kasanaxın bir oğlu oldu və uşağın adını Manovar qoydular. Ailədə 7 uşaq var idi və valideynlər səhərdən axşama qədər işləməli olurdular. Datar da Paqunun əksər kəndliləri kimi saatlarla çəltik tarlasında dizə qədər su içində işləyirdi. Kasanaxın bütün gün boyu batikadan tikdiyi paltarı isə bə'zən satmaq və ya bir şeylə dəyişmək mümkün olurdu. Paquda demək olar ki, hamı bu vəziyyətdə yaşayırdı. Manovar Musso kənd məktəbinə getməyə başlayır, bu isə kasıb İndoneziyalı ailəsindən çıxmış uşaq üçün heç də asan deyildi, lakin nüfuzedici nəzərlərə malik olan uşaq son dərəcə iste'dadlı idi və məktəbi qurtardıqdan sonra o şəhər müəllimlər seminariyasına girməyə müvəffəq olur. İndoneziyada dərslər holland dilində keçirilirdi; şagirdlərə bir təsir vasitəsi kimi əsasən xətkeşdən və karserdən istifadə olunurdu.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat).10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Antonio Kanova
Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[…] – 13 oktyabr 1822[…], Venesiya[…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard Vestmakott və Con Qibson Kanovanın ingilis şagirləri arasındadır. == Həyatı == Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı.
Yoşinobu Minova
Yoşinobu Minova (d. 2 iyun 1976) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Angry Birds kinoda
Angry Birds kinoda (ing. Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli, prodüserləri Con Koen və Katrin Uinder, ssenaristi Con Vittidir. Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir. == Məzmun == Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar. == Rollarda == == İstehsal == Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.
AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısı
AFI’s 100 Years… 100 Stars (azərb. AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısı‎) — Amerika Film İnstitutunun (AFI) 1999-cu il 16 iyun tarixində CBS kanalında təqdim etdiyi və XX əsr tarixində ABŞ kino sənətində xüsusi xidmətləri olmuş 50 kino xadiminin (25 kişi və 25 qadın) adını birləşdirən siyahı. == 50 "əfsanə" siyahısı == Siyahıdakılar arasında hazırda həyatda olan aktyorlar — Kirk Duqlas, Sidni Puatye və Sofi Lorendir.
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə (film, 2012)
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin 100 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Doğma xalqıma", "O olmasın, bu olsun", "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qayınana" filmlərinin kadrlarından həsr olunur.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
== Məzmun == Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.