Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • konstantlıq

    konstantlıq

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • КОНСТАНТНЫЙ

    sabit, dəyişməz, dəyişməyən

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • КОНСТАНТНЫЙ

    прил. xüs. sabit, dəyişməyən, dəyişməz

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • константный

    -ая, -ое.; спец. см. тж. константность Постоянный, неизменяемый, устойчивый. К-ые формы.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • константность

    см. константный; -и; ж. Константность среды. К-ые формы.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • SABİT

    ...постоянный). Sabit model константная модель, sabit formalar константные формы 4. неподвижный (не передвигающийся, остающийся в одном и том же положен

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Konstantin
Konstantin — rus adı. I Konstantin — Roma imperatoru. II Konstantin — Roma imperatoru, Böyük Konstantin, Flavi Valeri Avrelinin oğlu. III Konstantin — 11 fevral 641 – 24 fevral 641 illərdə Bizans imperatoru XI Konstantin Paleoloq — sonuncu Bizans imperatoru. 1449 - 1453-cü illərdə Bizans imperatoru olmuşdur. Konstantin Artyomov — Aktyor, Mətn oxuyan, Azərbaycan Respublikasının əməkdar artisti (1991) Konstantin Feoktistov — Konstantin Krasusski — Konstantin Moskoviç — Konstantin Slavin — Konstanten Qis — Konstantin Karatodori — Konstantin Mixaylov — Konstantin Tarxanov-Mouravov — Konstantin Şulqan —Yaşayış məntəqələri Konstantin (şəhər) — Əlcəzairin ən böyük 3-cü şəhəri.Digər mənalarda Konstantin sülaləsi — Roma imperatoru I Konstansi Xlordan başlamış (305) Mürtəd Yuliana qədərki (363) hökmdarlar ailəsinin qeyri-rəsmi adı.
Afrikalı Konstantin
Afrikalı Konstantin (lat. Constantinus Africanus; XI əsr – 1087[…], Montekassino[d], Kassino[d]) - 11. əsrdə yaşamış, tibb sahəsi üzrə ərəb və yunan dilində yazılan mətinləri tərcümə edən şəxs. == Həyatı == Konstantinin doğum tarixi bilinməsə də, tarixi sənədlərə görə Karfagendə dünyaya göz açdığı deyilir. O dövrdə müsəlman ərəblərin idarəsində olan Karfagenin yerli əhalisindən idi. Latın dilini çox yaxşı bilməsi ona tibb sahəsində ərsəyə gətirilmiş ərəb dilindəki əsərləri latın dilinə tərcümə etməyə imkan verdi. 1065-ci ildə Salerno baş yepiskopu I Alforno tərəfindən Salernitana tibb məktəbinə müxtəlif, ərəbcə əl yazmaları tərcümə etmək üçün dəvət edildi. Araşdırmaçılara görə onun tərcümələri yunan tibbinin Qərbi Avropaya tanıdılmasına kömək etdi. Konstantin, həmçinin, kitabı Viaticumda səyahət edənlər və səyyahlar üçün o dövrdəki məşhur ərəbcə bələdçiləri yerləşdirdi. Konstantin Suriya, Hindistan, Misir, Efiyopiya və İran səyahətləri müddətincə yunanca, ərəbcə, latınca və birçox Şərq dilini öyrənmişdi.
Böyük Konstantin
I Konstantin (Böyük Konstantin, Flavi Valeri Avreli; 27 fevral 274, Niş, Roma imperiyası – 22 may 337, Nikomediya, Roma imperiyası) — Roma imperatoru (306–337). 325 ildən təkbaşına hökmdarlıq etmişdi. Dövlət aparatını mərkəzləşdirmək siyasəti yeridir, vaxtı keçmiş quldarlıq münasibətlərini və xristian kilsəsini müdafiə edirdi. Konstantinin dövründə paytaxt Romadan Konstantinopola köçürülmüşdü (330 il). == Həyatı == Böyük Konstantin Roma imperiyasında ilk xristian imperator olmuşdur. Onun sayəsində xristianlıq leqallaşaraq təqiblərdən azad olunaraq, geniş yayılmağa başlamış və Avropada nüfuzlu hakim dinə çevrilmişdir. Konstantin 280-ci ildə keçmiş Yuqaslaviya ərazisində, Naissus (indiki Niş) şəhərində anadan olmuşdur. Onun atası Roma sərkərdələrindən biri olmuşdur. Konstantinin gəncliyi Nikomedidə imperator Diokletianın sarayında keçmişdir. 305 ci ildə Diokletian imperatorluqdan kənarlaşdırıldıqdan sonra Konstantinin atası I Konstansi Qərbi Roma imperatoru olur.
III Konstantin
III Konstantin, Flavi İrakli Konstantin,III Konstantin İrakli (3 may 612 – 24 may 641) 11 fevral 641 – 24 fevral 641 illərdə Bizans imperatoru, imperator I İraklinin birinci nigahdan olan oğlu və xələfi. III Konstantin dünyaya gəldikdən dərhal sonra anası Yevdokianı itirmiş olur. Atası I İrakli bundan sonra kilsə və dövlətin qan qanqohumluğu nigahına qoymuş olduğu qadağaya xəyanət edərək öz bacısı qızı Martinaya evlənir. Xalq Martina və oğlu İrakliyə qarşı narazılığı armaqda idi. Lakin atasının təkidi ilə III Konstantin hakimiyyəti 638 ildə atadan bir olan qardaşı II İrakli ilə bölüşməyə məcbur olur. 11 fevral 641 ildə I İrakli vəfat etdikdən sonra dul qalmış arvadı Martina ölkədən qaçır və Konstantin təkbaşına hıkmdar olur. Lakin ağır xəstəliyinin kəskinləşməsindən 15 may 641 ildə vəfat edir. Onun ılümündə Martinanın əli olduğu da güman edilir. Nəticədə hakimiyyət onun yeniyetmə oğlu II Konstanta keçmiş olur.
II Konstantin
II Konstantin, Flavi Klavdi Konstantin (fevral 316, Arl – aprel 340) — Roma imperatoru, Böyük Konstantin, Flavi Valeri Avrelinin oğlu. Roma imperatoru idi. Arlesdə Böyük Konstantin və Faustanın böyük oğlu olaraq anadan olub və xristian olaraq böyüyüb. 317-ci il martın 1-də Konstantin Sezar edildi və 323 yaşında atasının Sarmatiyaya qarşı yürüşündə iştirak etdi. Ögey qardaşı Crispus'un ölümündən sonra, Stepson 10 yaşında Galinin komandiri oldu. Alamnnicus ünvanına 330 - cu ilə aid bir kitabədə rast gəlinir. Buna görədə genaralların Almanlar qarşı bir zəfər qazanmaları normal idi. Atası Konstantin 332-ci ildə Qotlara qarşı çıxanda özünü səhra komandiri seçdi. 337-ci ildə atasının ölümündən sonra II. Konstantinaşları qardII. Constantius və Constans ilə imperator oldu. Həmin ilin sentyabr ayında üç qardaş bölgüsündən sonra Galiya, İngiltərə və İspaniyanın hakimi oldu.
I Konstantin
I Konstantin (Böyük Konstantin, Flavi Valeri Avreli; 27 fevral 274, Niş, Roma imperiyası – 22 may 337, Nikomediya, Roma imperiyası) — Roma imperatoru (306–337). 325 ildən təkbaşına hökmdarlıq etmişdi. Dövlət aparatını mərkəzləşdirmək siyasəti yeridir, vaxtı keçmiş quldarlıq münasibətlərini və xristian kilsəsini müdafiə edirdi. Konstantinin dövründə paytaxt Romadan Konstantinopola köçürülmüşdü (330 il). == Həyatı == Böyük Konstantin Roma imperiyasında ilk xristian imperator olmuşdur. Onun sayəsində xristianlıq leqallaşaraq təqiblərdən azad olunaraq, geniş yayılmağa başlamış və Avropada nüfuzlu hakim dinə çevrilmişdir. Konstantin 280-ci ildə keçmiş Yuqaslaviya ərazisində, Naissus (indiki Niş) şəhərində anadan olmuşdur. Onun atası Roma sərkərdələrindən biri olmuşdur. Konstantinin gəncliyi Nikomedidə imperator Diokletianın sarayında keçmişdir. 305 ci ildə Diokletian imperatorluqdan kənarlaşdırıldıqdan sonra Konstantinin atası I Konstansi Qərbi Roma imperatoru olur.
Konstantin Pavloviç
Konstantin Pavloviç (Rusca: Константин Павлович) (d. 27 aprel 1779 — ö. 27 iyun 1831) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın ikinci oğludur.
Konstantin Plisovski
Konstantin Plisovski (8 iyun 1890, Podolsk quberniyası[d] – 1940[…], Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Konstantin Pobedonotsev
Konstantin Petroviç Pobedonotsev(rus. Константи́н Петро́вич Победоно́сцев; 21 may (2 iyun) 1827[…], Moskva – 10 (23) mart 1907, Sankt-Peterburq) — Rusiya hüquqşünası. == Həyatı == Konstantin Petroviç Pobedonotsev 21 may 1827-ci ildə Moskva şəhərində anadan olmuşdu. 1841-1846-cı illərdə hüquq təhsili almışdı. II Aleksandrın 1856-cı ildə tacqoyma mərasimində Moskvada kilsələrdən birində kilsə zəngi qırılıb yerə düşmüş iki adamın ölümünə səbəb olmuşdu. Beləcə, 1881-ci ildə II Aleksandr da öz həyatını faciə ilə başa vurur... Bu hadisədən sarsılan, böyük həyəcan keçirən dövlət xadimi, ober-prokuror K.P.Pobedonotsev 1881-ci il martın 6-da qanlı hadisə ilə bağlı yeni imperator III Aleksandra yazır: “...Ya bu gün özünüzü və Rusiyanı qorumalısınız, ya da heç vaxt. Əgər Sizi əvvəlki kimi inandırmağa çalışsalar ki, sakitləşmək lazımdır, liberal istiqaməti davam etmək, necə deyərlər, ictimai fikirlərə güzəştə getmək lazımdır, Ali həzrətləri, Tanrı xatirinə qulaq asmayın... Qraf Loris-Məlikovu saxlamayın. Mən ona inanmıram.
Konstantin Qamsaxurdiya
Konstantin Qamsaxurdiya (gürc.კონსტანტინე გამსახურდია; 3 (15) may 1891, Abaşa, Kutaisi quberniyası, Rusiya imperiyası – 17 iyul 1975, Tbilisi) — gürcü yazıçısı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki(1944), Şota Rustaveli Adına Dövlət Mükafatının laureatı(1965). == Həyatı == Konstantin Qamsaxurdiya 1893-cü ildə Köhnə Abaşa kəndində Simon Qamsaxurdiya və Elizabet Topuradzenin ailəsində doğuldu.Konstantine Simonun axrıncı, 9-cu oğlu idi. Əlifbanı kəndin klisə məktəbində öyrəndi. Sonra atası oğulları Konstantin və Venonu Senakinin kilisə məktəbinə qoydu. Konstantin 1904-cü ildə məktəbi bitirdi. Bundan sonra atası Konstantineyi qardaşı ilə birlikdə Ktuaisi Zadəgan Gimnazyasına yerləşdirdi, gimnaziyada oxuduğu illərdə o kəndi Abaşişiyə yanlız tətilllərdə gedirdi. Qamsaxurdiyanın Abaşadakı evi Konstantine 1911-ci ildə Ktuaisi Zadəgan gimnaziyasını bitirdi. O Peterburq,Köniqsberq, Leypsiq, Münhen, Berlin universitetlərində təhsil aldı. 1913-cü ilin yazında ölkəsinə müvəqqəti olaraq qayıtdı. Bu dəfə o, Kita Abaşidze tərəfindən qara daş sənayesi təqaüdünə təyin edildi və 1913-cü ilin oktyabrından 1914-cü ilin mart ayına qədər Moskva Universitetinin tarix və filologiya fakültəsində təhsil aldı.
Konstantin Qavriş
Konstantin Viktoroviç Qavriş — inzibatçı, kompüter xidməti üzrə mütəxəssis, "Tərəqqi" medalı laureatı (2016). == Həyatı == Konstantin Qavriş 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Filmoqrafiya == Cavanşir (film, 2002) Kitabi Dədə Qorqud.
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. == Elmi fəaliyyəti == Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. == Xarici keçidlər == Глинка Константин Дмитриевич.
Konstantin Rokossovski
Konstantin Konstantinoviç Rokossovski (pol. Канстанцін Ксавер'евіч Ракасоўскі; 9 (21) dekabr 1896, Velikiye Luki, Pskov quberniyası[d] – 3 avqust 1968[…], Moskva) - sovet və polyak hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1944), Polşa marşalı (1949). 1945-ci ildə Qələbə paradına komandanlıq etmişdir. İkinci dünya müharibəsinin dahi sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanıdır (1944, 1945). == Həyatı == Konstantin Rokossovski 21 dekabr 1896-cı ildə Varşavada doğulmuşdur. Milliyətcə polyakdır. İkiqat Sovet İttifaqı qəhrəmanı adı aldıqdan sonra doğum yeri kimi "Velikiy Luka"nı göstərməyə başlayır. Həmin yerdə Rokosovskinin büstü qoyulmuşdur. 27 dekabr 1945-ci ildə yazılmış qısa tərcümeyi-hala əsasən Rokosovski "Velikiy Luka"da anadan olmuşdur.
Konstantin Savitski
Konstantin Apollonoviç Savitski (1844–1905)—Rus rəssamı. == Həyatı == Konstantin Apollonoviç Savitsky (1844–1905) Frankovka kəndində və ya (Baronovkada) Sabiq Mer Baron Otto Franyın adını dayışan Taqanroq şəhərindən anadan olmuşdur. Hal-hazırda bu ərazidə Taqanroq Dəmir və Polad Fabriki (TAGMET) yerləşir. Savitskyin ailəsi onun atasının həkim kimi işlədiyi Taqanroq Oğlanları Gimnziyasının binasında yaşamışdılar. Savitski öz üşaqlığını və gəncliyini Taqanroqda keçirmişdir. O, hələ uşaqlıqında rəssamlığına böyük həvəs göstərmişdir. Gimnziyada oxuyarkən rəsım çəkməyə başlamışdır Konstantin Taqanroq Gimnziyasında beşinci sinif şagirdi olarkən həyatı gözlənilmədən dəyişdi. Onun valideynlərinin hər ikisi qəfildən vəfat etdi. Kostyada indiki Latviyada yaşamış dayısı tərəfindən Konstantin himayəyə köturulmuşdur. Latviyada Savitski internat məktəbinə getməyə başladı.
Konstantin Sençixin
Konstantin İvanoviç Sençixin (rus. Константин Иванович Сенчихин 1905, Bakı – 1985, Bakı) — Azərbaycan SSR əməkdar memarı, Bakı şəhərində bir çox binaların müəllifi, Bakımetrolayihənin direktoru, "Yalançı Bakı" layihəsinin memarı. Gənclik, Xətai və 20 yanvar metrostansiyalarının memarıdır. == Həyatı və fəaliyyəti == Sençixin Konstantin İvanoviç 1905-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Mikayıl Hüseynov və Sadıq Dadaşovla eyni qrupda təhsil alıb.Sençixinin ilk işi Sabunçuda tikilmiş fabrika mətbəxdir. Bu həm də onun diplom işi idi. Daha sonra onun layihəsi ilə Suraxanıda da fabrika-mətbəx tikilir. Tikilmiş fabrika-mətbəxin şəkilləri 1934-cü ildə "Arxitektura SSSR" jurnalının 6-cı sayında yayımlanır. Fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhərində onun layihələri əsasında Azərbaycan Tibb İnstitutunun binası, "Dinamo" İdman Kompleksi, Azərbaycan Müdafiə Nazirliyinin binası, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki yaşayış və inzibati binalar kompleksi, Lökbatan Mədəniyyət Sarayı, Monolit və Artistlər Evi tikilib.
Konstantin Simonov
Konstantin (Kirill) Mixayloviç Simonov (15 (28) noyabr 1915, Petroqrad – 28 avqust 1979[…], Moskva) — rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1974), Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Pyeslərin, ssenarilərin, publisistik oçerk və yol qeydlərinin, ədəbi-tənqidi məqalələrin müəllifidir. Simonova müharibə (1941-1945) dövrü lirikası daha çox şöhrət qazandırmışdır. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatıdır. Konstantin Simonov, İosif Stalinin göstərişi ilə Fransa, Yaponiya, hətta ABŞ-yə yollanıb, bu ölkələrdə siyasi təbliğatla məşğul olurdu. 1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sovet İttifaqı Kommunist Partiyası MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə böyük bir müzakirə keçirilir. Qırmızı imperiyanın hakim elitası: akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu "Az-Ya" kitabına görə mühakimə edirlər. Akademik B.A.Rıbakov özü ilə birlikdə 45 şovinisti ayağa qaldırır. Hamıdan çox qəzəblənən, Oljas Süleymanovu məşum "37-ci il" terminləri ilə hədələyənlərdən biri B.Y.Abayev olur. Yalnız bir nəfər - Konstantin Simonov qazax xalqının böyük oğlunun müdafiəsinə qalxır.
Konstantin Siolkovski
Konstantin Eduardoviç Siolkovski (rus. Константи́н Эдуа́рдович Циолко́вский; 5 (17) sentyabr 1857, İjevsk[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 19 sentyabr 1935[…], Kaluqa, RSFSR, SSRİ[…]) — müasir kosmonavtikanın əsasını qoyan rus alimi, yazıçı, kosmosu Rusiya tərəfindən fəth edilməsini propaqanda edən tədqiqatçısı. == Həyatı == Siolkovski 10 yaşında olarkən qızıl xəstəliyinə tutulr və eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk etməli olur. Bundan sonra o, sərbəst təhsil alır və ailəsi tərəfindən Moskavaya oxumağa göndərilir. Moskvada Siolkovski fizika, astronomiya, mexanika və həndəsəni oyrənir. Üç il təhsil alan Konstantin atası tərəfindən geri evə qaytarılır. Bundan sonra uzun müddət doğma kəndlərində fizika dərsi deyir. 1882-ci ildə Siolkovski Kaluqa vilayətinin Borovski dairəsində riyaziyyat müəllimi kimi işə düzəlir. O artıq evlənmiş və övladı var idi. Rus inqilabı ərəfəsində Çialkovcki özünə qapılmış şəkildə yaşayır.
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Konstantin Tix
Konstantin Tix — Çar, II Teodor Laskarisin kürəkəni. Mitso Asenin devrilməsindən sonra əyanlar tərəfindən taxta çıxarılmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin nəvəsi İrene Dukayana Laskarina ilə evli olduğu üçün bu soyadını götürmüşdür. == Hakimiyyəti == 1257-ci ildə taxta çıxmışdı. 2 il sonra Macarıstanla müharibəyə tutuşmuş, 1261-ci ildə rusların köməyi ilə müharibədən qalib olaraq çıxmışdı. 1264-cü ildə Bizansa monqolların köməyi ilə hücum etsə də bundan bir gəlir əldə edə bilməmişdi. 1269-cu ildə bu dəfə Mariya Kantakuzene ilə evlənərək Bizansla ittifaq siyasətini güdməyə başlamışdı, lakin Mariyanın cehizi olaraq Nisebar bölgəsinin verilməməsi bu əlaqənin gələcəyi olmadığını göstərmişdi. Siciliya kralı Anjulu I Karl ilə ittifaq bağlamağa cəhd etmiş, imperator da bu cəhdə öz qızı Yefrosinanı Noğay xanla evləndirərək cavab vermişdi. II Lyon məclisində ölkəni katolikləşdirməyə cəhd etmiş, bu Bizans tərəfindən etirazla qarşılanmışdı. == Son illəri == Hakimiyyətinin son illərində atdan yıxılıb qismi iflic olan Konstantinin yanında hakimiyyəti əslində Mariya Kantakuzene əlində toplamağa başlamışdı.
Konstantin Triandafelidze
Triandafelidze Konstantin Xristoforoviç;(14 noyabr 1927, Azərbaycan SSR – 3 aprel 2016) — Azərbaycanın tanınmış butaforçu rəssamı. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. == Həyatı == K.Triandafelidze 1927-ci ildə Bakıda doğulub. Uşaqlıqdan incəsənətə maraq göstərib, rəsm çəkməyə meyilliyi onu rəsm dərnəyinə yazılmağa sövq edib. 1941-ci ildə "Nizami" kinoteatrında rəssam şagirdi kimi işə qəbul olunmuş, 1942-ci ildə "Vano Sturua" zavoduna istehsalat ustasının köməkçisi vəzifəsinə göndərilib. Əmək fəaliyyəti ilə yanaşı, rəssamlıq məktəbində də təhsilini davam etdirən K.Triandafelidze 1951-ci ildə məktəbi bitirib. Rus Dram Teatrında rəssam kimi fəaliyyət göstərən müəllimləri gənc Konstantinin istedadını nəzərə alıb onu teatrda butafor sənətinə gətirirlər. 1951-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Adil İsgəndərov onun əl işlərini bəyənərək teatra dəvət edib. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb. 1982-ci ildə Xalq təsərrüfatı Nailiyyətləri Sərgisində təbiət qoynunda guşənin tərtibinə görə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin təşəkkürnaməsi ilə təltif edilib.
Konstantin Uşinski
Konstantin Dmitriyeviç Uşinski (rus. Константи́н Дми́триевич Уши́нский, d.2 mart, 1824, Tula — ö.3 yanvar, 1871, Odessa) — Ukrayna və rus pedaqoqu. == Həyatı == === Uşaqlıq və tələbəlik illəri === Konstantin Uşinski 1824-cü il martın 2-də çar Rusiyasının Çerniqov quberniyasında Novqorod-Seversk yaxınlığında 30-a yaxın kəndlisi və kiçik təsərrüfata malik olan Dmitri Uşinskinin ailəsində doğulub. Oğlunun doğum günü münasibətilə atası təhkimli kəndliləri azadlığa buraxıb və orduya xidmətə yollanıb. Bir neçə ildən sonra ordudan tərxis olunan atası öz kəndli təsərrüfatına qayıdıb. Konstantin Uşinskinin tələbəsi olmuş L. Mozdalevski müəlliminin həyatı və pedaqoji irsinə həsr olunmuş kitabında yazır ki, 11 yaşı tamam olanda Konstantinin anası Lyubov Stepanovna vəfat edib və o, bu gözəl və qayğıkeş insan barədə ən kövrək xatirələrini bütün sonrakı həyatı boyu qoruyub saxlayıb. Konstantin ilk təhsilini Novqorod-Seversk gimnaziyasında alıb. O, gəncliyindən dərin zəkası və iradəsi, ən müxtəlif maneələri dəf etmək qabiliyyəti ilə digər həmyaşıdlarından seçilib. İlk təhsilini başa vuran Konstantin XIX (19-cu) əsrin 40-cı illərinin əvvəllərində Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Moskva Universiteti həmin illərdə özünün çiçəklənmə dövrünü yaşayırdı.
Konstantin Vasilioğlu
Konstantin Konstantin oğlu Vasilioğlu (27.02.1938, indi­ki Ukrayna Respublikası, Odessa vilayəti, Bolqrad rayonunun Aleksandrovka (Satılık Hacı) kəndi) — Qaqauz şairi. == Həyatı == Şair ilk təhsilini doğul­duğu kənddə almışdır. Sonra Ali Pedaqoji Məktəbdə oxumuş­dur. Öyrətmənliyi özünə ixtisas seçən şair 1990-cı ildən bu yana Pedaqoji və Psixoloji Elmlər İnstitutunda işləməkdədir. Bədii irsi poeziya və nəsrdən ibarət olan şairin “Sevgilim” adlı şeir kitabı vardır. Bununla yanaşı, Vasilioğlu qaqauz dərs kitablarının hazır­lan­masında da iştirak etmişdir. T.Arnaut yazır:“Gagauz ədə­biy­yatına bir yetenekli şair sıfatı ile giren Vasilioğlu eserle­rin­de sevgi konusunun yanısıra, Bucağın ecelini, halkın çektiği sıkıntıları vb. konuları büyük bir ustalıkla ve incelikle işler. Gagauz şiirine bir de tıpkı D.Karaçoban gibi cümbüşlü tarzı ile okurların dikkatini çekmiştir. Onun duyguları yalın ve herbir insana yakın.
Konstantin divarları
İmparator Böyük Konstantin, Licinius üzərində qazandığı böyük qələbədən sonra, indi Roma İmperatorluğunun yeni paytaxtı olacaq “Yeni Roma”nın inşasına başlamalı olduğunu düşünürdü. Bu mövzuda müxtəlif şayiələr və əfsanələr olmasına baxmayaraq, sadə bir hekayə ilə bunu izah etsək; 8 Noyabr 324-də əlinə nizə götürərək, qədim Bizantion şəhərinin şərq ucundan 4,5 km uzaqlaşdığı nöqtədən Mərmərə dənizi ilə Qızıl buynuz arasındakı 7 təpəni əhatə edərək geriyə qayıtmışdır. “Yeni Roma”nın, yəni daha geniş yayılmış adı ilə “Konstantinopol”un sərhədlərini, əlindəki nizə ilə keçdiyi yerləri işarələyərək müəyyənləşdirdi. Bu sərhədlərə əsaslanaraq burada yeni şəhərin sütunları tikildi və kiçik bir hissəsi bu gün də qalmış divarlara “Konstantin Divarları” deyilir.
Konstantin obeliski
Konstantin obeliski (türk. Örme Dikilitaş) — 32 metr hündürlüyə malik olan bizans obeliski. İlk əvvəllər Konstantinopol ippodromunun qarşısında yerləşirdi. Hazırda isə ərazi Sultanəhməd meydanı adlanır. Abidə İstanbul şəhəri, Sultanəhməd meydanı, İlanlı sütunun yaxınlığında yerləşir. X əsrdə VII Konstantinin dönəmində inşa edilməsi ehtimal edilir. İlk inşa zamanı onun hündürlüyü 32 metr olmuşdur. O dövrdə Vasili Makedonyaninin hərbi qələbələri təsvir edən qızıl örtüklü tunc plitələr ilə bəzədilmişdir. Hazırda sütunun hündürlüyü 21 metrdir. Sütunun üzərində olan qızıl lövhələr 1204-cü ildə təkil olunan Dördüncü Xaç yürüşü zamanı xaçlılar tərəfindən oğurlandıqları və əridildiyi bilinir.
Konstantin sarayı
Konstantin sarayı (rus. Константиновский дворец) və ya Böyük Strelna sarayı (rus. Большой Стрельнинский дворец) - Strelna şəhərində saray və park ansamblı təşkil edən və XVIII əsrə aid memarlıq abidəsi; 2003-cü ildən - "Konqresslər sarayı" Dövlət kompleksi. Kompleks Fin körfəzinin cənub sahilində, Strelka və Kikenka çaylarının yaxınlığında, Peterhof yolu boyunca və Sankt-Peterburqun mərkəzindən 19 km. məsafədə yerləşir. == Tarix == Saray-park ansamblı XVIII - XIX əsrin birinci yarısında formalaşmışdı. 1917-ci ilə qədər əmlak Rusiyanın imperator ailəsinə məxsus idi. Onun ilk sahibi Böyük Pyotr idi, XVIII əsrin sonunda Strelna böyük özəl mülkiyyətə çevrildi - 1797-ci ildə, imperator I Pavel sarayı hədiyyə olaraq ikinci oğlu - Böyük knyaz Konstantin Pavloviçə bağışlayır. Bunun sayəsində, saray və park ansamblı onun şərəfinə adlandırılmışdı və bu ad günümüzə kimi qorunub saxlanılmışdı. === "Rus Versalı" Strelna şəhərində === Hələ 1709-cu ildə imperator I Pyotr məşhur Versaldan daha böyük və möhtəşəm böyük iqamətgahın tikintisi üçün yerin axtarışına başlayır.