Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kotanlı
Kotanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimi, Qafqazın 5 verstlik xəritəsində Kotanlı, erməni dilində Kyotanlu formasında qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış kəndin yaxınlığında salınmışdır. == Toponimi == Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır: Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasının adını əks etdirir.
Kotanbağ
Kotanbağ — Ağdam rayonunda yer adı. 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponomik izahı == Türk dillərində kutan - “Heyvan üçün dəyərli formalı tövlə“ “dağ örüş yerində çobanların köçü“ və qar "sıldırım qaya“ yaxud ərəbcə qar-“mağara“ sözlərindən ibarətdir. Azərbaycanda Laçın rayonunda Kotanqaya dağı, Dəvəçi ilə Quba r-nları sərhəddində Kotandağ Dəvəçi r-nunda Kotandağ (570 m), Naxçıvanda Kotandağ (1267), Keş-Qutan kənd adı (Zaqatala r-nu), Qax rayonunda Qutan düzü (Cudulu k.), Kotan düzü (Qımırlı k.), Kotanlı (Zaqatala r-nu Mıxlıqovaq k.), Qərbi Azərbaycanda Kotanlı kəndi; Dağıstanda Qurqur-Kutan və s. toponimlərlə mənaca eynidir. Şamxorçaydan çəkilmiş bir arx Kotançı arxı adlanırdı. Oğuz rayonunun Qışlaq kəndi ərazisində Kotantala, Qəbələ r-nun Mıxlıqovaq kəndi ərazisində Kotantala, Kotanbağ, Ağdaş r-nunda Kotanarx toponimləri də bu sıradandır.
Kotandağ
Kotandağ – Babək rayonu ərazisində dağ (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 1,6 km-dək cənub-cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit tərkibli, cənub-qərb yamacı sıldırımlı eyniadlı ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Komançi
Komançi — Amerika Birləşmiş Ştatlarında yaşayan yerli xalqlardan biri. Komançi qəbiləsinin Meksika və Texas arasında yerləşən ərazilərdə, daha güclü olmuşdular. XIX əsrin əvvələrində Komançilərin sayı 25 minə yaxın idi. ABŞ silahlı birliklərinə qarşı aparılan döyüşlərdə, Komançilərdən minlərlə insan həlak olmuşdur. Hal-hazırda ABŞ-də 10 minə yaxın, Komançi yaşayır. Bunlardan 5 mini Oklahoma ştatında yaşayan Komançilər təşkil edir. Komançi adının yaranması haqqında, müxtəlif fikirlər vardır. Bu fikirlərdən birinə əsasən digər bir hindu qəbiləsi olan Utelərin dilində arxaik formada işlənən Komance sözü olmuşdur. İspanlar Şimali Amerikaya gəldikdə, qəbilənin Kohmahts olaraq adlandırmışdılar. Bu söz, sonralar Komançi sözünə uyğunlaşdırılmışdır.
Kotandağ kaolinləşmiş tuf yatağı
Kotandağ kaolinləşmiş tuf yatağı — Kiçik Qafqazın şimal-şərq yamacında, Həsənsuçay və Tovuzçay çayları arasında, Kotandağ yüksəkliyindən təxmin ən 1,2 km. şimal-qərbdə yerləşən yataq. Yatağın geoloji quruluşunda əsasən santon yaşlı vulkanogen-piroklastik süxurlar iştirak edir. Bu süxurlar içərisində dasit, andezit-dasit tərkibli litoklastik tuf horizontu qeyd olunur. Bu süxurlar mərk zi hissədə şimal-q ərb istiqamətli qırılma zonası ilə kəsilir.