Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuhkənar (Meşkinşəhr)
Kuhkənar (fars. كوه كنار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (38 ailə).
Köhlən
Köhlən (at)
Kədkən
Kədkən — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Kədkən bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,166 nəfər və 840 ailədən ibarət idi.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuhban (Miyanə)
Kuhban (fars. كهبان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 774 nəfər yaşayır (173 ailə).
Kuhrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Kuhrəng şəhristanı
Kuhrəng şəhristanı – İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çelgerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33,468 nəfər və 5,980 ailədən ibarət idi.
Kuhzin (Əbhər)
Kuhzin (fars. كوه زين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 402 nəfər yaşayır (99 ailə).
Kuşkək (Qəzvin)
Kuşkək (fars. كوشكك‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 417 nəfər yaşayır (89 ailə).
Köhlən (Marağa)
Köhlən (fars. كهلان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 423 nəfər yaşayır (99 ailə).
Köhlən (nəşriyyat)
Köhlən Nəşriyyatı — Azərbaycanda fəaliyyət göstərən nəşriyyat. Əsas fəaliyyəti elmi və bədii ədəbiyyatların buraxılışı ilə bağlıdır. == Haqqında == "Köhlən" Nəşriyyatı 14 iyul 2017-ci ildə Nizami Əlisoy tərəfindən yaradılmışdır.
Köhlən nəşriyyatı
Köhlən Nəşriyyatı — Azərbaycanda fəaliyyət göstərən nəşriyyat. Əsas fəaliyyəti elmi və bədii ədəbiyyatların buraxılışı ilə bağlıdır. == Haqqında == "Köhlən" Nəşriyyatı 14 iyul 2017-ci ildə Nizami Əlisoy tərəfindən yaradılmışdır.
Hüseynabad (Kuhin)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 944 nəfər yaşayır (241 ailə).
Kuhin bəxşi
Kuhin bəxşi (fars. بخش کوهین‎; az.-əbcəd کوهین بؤلومو‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Kukin adaları
Kukin adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 2 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Solsberi adasından 2 km şimal-şərqdə yerləşir. == Xüsusiyyətləri == Arxipelaqa daxil olan adaların ən böyüyünün diametri 500 m, kiçiyinin daxil uzunluğu 100 metrdir. Ən böyük adanın maksimal hündürlüyü 18 metrdir. Ada Cənub qütbünə təşkil edilən Roald Amundsen ekspedisiyası üzvü, rus qütb səyyahı Aleksadr Kukinin şərəfinə adlandırılmışdır.
Kusən (Askın)
Kusən (başq. Күсән, rus. Кучаново) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kulyuçi kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 22 km, kənd sovetliyindən (Kulyuçi): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 127 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (82%) üstünlük təşkil edir.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kürkənd
== Kəndlər == Kürkənd (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Kürkənd (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Kürkəndi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Bələdiyyələr == Kürkənd bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Kürəkən
Kürəkən — Bir insanın qızının, bacısının, ümumən bir qızın qohumları tərəfindən ərinə müraciəti. Məsələn:Mahmud kürəkən, Əhməd kürəkən və s. "Kürəkən" sözü bəzi yerlərdə "yeznə" kimi də deyilir.
Süskən
Süskənd — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Süskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Süskənd oyk, mür. Qax r-nunun Qum i.ə.v.-də kənd. Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Kukes
Kukes (alb. Kukësi) — Albaniyada şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 16,719 nəfər olmuşdur. == İdman == "Kukesi" futbol klubu bu şəhəri təmsil edir. Klub ev oyunlarını Kukesin 5000 tamaşaçı tutumuna malik "Zekir Emeri" stadionunda keçirir.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Kükəl
Kükəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Etimologiyası == Xalq etimologiyasına görə, oykonim Şəxs adı ilə bağlıdır. Türk dillərində kükəl "alaqoru, qaramuq otu", Azərbaycan dilinin dialektlərində kükəl "boş, mənasız, lazımsız" mənalarında işlənir, kükü isə "gicitkənə oxşar Xoş ətirli bitki" adıdır. Şərqi Sibir toponimiyasında kükü "göy, yaşıl rəng" mənalarında, Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında işlənir. Deməli, kükəl "yaşıllıq, otluq" mənasındadır.
Thomas Kuhn
Tomas Samuel Kun (18 İyul 1922 - 17 İyun 1996), Amerikalı, fizik, tarixçi və elm fəlsəfəçisi. Kunun ən əhəmiyyətli əsəri 1962-ci ildə yayımlanan Elmi İnqilabların Stukturu (The Structure of Scientific Revolutions) adlı kitabıdır. Bu kitab həm akademik ictimaiyyət həm də populyar elm dairələrdə böyük təsir buraxmış və "paradiqma dəyişimi" (paradigm shift) konseptini tanıtmışdır ki, o gündən bu yana tez-tez istifadə olunan bir ifadə halına gəlmişdir. Tomas Kun elmi bilginin inkişafı haqqında əhəmiyyətli töhfələr vermişdir. Kuna görə, elmi sahələr bir istiqamətdə və davamlı bir şəkildə inkişafdan çox mütəmadi olaraq paradiqma sürüşmələrindən təsirlənir və bu paradiqma sürüşmələri elm adamlarının daha öncə keçərli qəbul etmədikləri tezislərə qarşı yeni bir anlayışın ortaya çıxmasına səbəb olur. Bu səbəblə "elmi doğru" anlayışı hər hansı bir zamanda sadəcə tərəfsizlik meyyarı ilə təyin oluna bilməz; elm dairələrində fikir birliyi də elmi cəhətdən doğru fikrin yaranmasında eyni dərəcədə dəyərlidir. Rəqabət edən paradiqmalar çox zaman müqayisə edilməz, çünki paradiqmalar gerçəkliyin rəqabət edən və uzaqlaşdırıla bilməyən şərhləridir. Bu səbəblə elm anlayışımız əsla tamami ilə obyektivliyə dayana bilməz. Bütün obyektiv nəticə çıxarmalar, bu cür nəticə çıxarmaları ortaya qoyan araşdırmacıların və qatılımcıların şəxsi dünya görüşlərindən və istiqamətlərinin nəticəsində təsirləndiyi üçün elm şəxsi baxışları nəzərə almalıdır. == Bibliyoqrafiya == Bird, Alexander.
Kefken adası
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır. Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir.
Kuaren deyro
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.
Kürkənd (Neftçala)
Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir.17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir. == Təhsil == Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3. Geniş profilli traktorçu – maşınist, təmirçi – çilingər 4.
Kürkənd (Şərur)
Kürkənd (əvvəlki adı: Kürdkənd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürdkənd kəndi Kürkənd adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Kürkənd bələdiyyəsi
== Kəndlər == Kürkənd (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Kürkənd (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Kürkəndi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Bələdiyyələr == Kürkənd bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Peter Kürten
Peter Kürten (26 may 1883 – 2 iyul 1931, Köln, Prussiya[d]) — alman seriyalı qatil. Onun cinayətləri arasında — 9 halda adam öldürmə, 32 halda adam öldürməyə cəhd, 3 halda basqın, bir işdə zorlamaya cəhd, o cümlədən 27 yanğın törətmə. 1931-ci ildə 9 qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. === Bioqrafiya === O, 1883-cü il mayın 26-da Mülheymdə böyük bir qəlibçi ailəsində anadan olmuşdur. Ata tez-tez içki içirdi, iş materiallarında o, həyat yoldaşını və uşaqlarını mütəmadi olaraq döyən "irsi alkoqolik" kimi qeyd olunur. 1889-cu ildə Peter məktəbə getdi. 1891-ci ildə evdən ilk qaçışını etdi, lakin üç həftə sonra polis tərəfindən tutuldu. 1895-ci ildə ailə Düsseldorfa köçdü, burada Peter orta məktəbi bitirdi. 1897-ci ildə atasının işlədiyi fabrikdə qəlibçi şagirdi olur. Elə həmin il Kürten Sr öz qızına təcavüz etməyə cəhd etdiyi üçün bir il yarım həbs cəzasına məhkum edildi.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.