Yaxşı bəslənmiş (at haqqında). (“Koroğlu” dastanının lüğəti)
İgidlər oylağı o Çənlibeldə,
Daşdan qala quran qoç Koroğludur.
Kinli paşalara meydan oxuyan,
Çox köhlənlər yoran qoç Koroğludur.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Nəfir carçı olur, çalar,
Şad açulur, aləm parlar,
Ər hayxırur, köhlən xorlar,
Bir əcayib rüzgar olur.
(M.Elyas. “Nəğmələr kitabı”)
*
Qarqudan çəkilən onun boyudu,
Müxənnət olanun gözün oyudu,
Əsli köhlən, yoxsa Düldül soyudu,
Qırat, məni Çəmlibelə yetir, hey!
(Paris nüsxəsi, 3-cü məclis)