Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurbağa
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Keks-qurbağa
Keks-qurbağa (ing. Frog cake) – qurbağı başı formasında Avstraliya deserti. Əsasən biskvit və kremdən ibarətdir. İlk dəfə Avstrayida keks-qurbağa «Balfours» şirniyyat bişirilən yerdə 1922-ci ildə bişirilmişdir. O dövrdən cənubi Avstriyanın əsas sevimli şirniyyatlarından olmuşdur. Əvvəllər keks-qurbağa yaşıl rəngdə olurdu sonradan isə qəhvəyi və çəhrayi rəngəd bişirilməyə başlanıldı. == Tarixi == 1920-ci ilin əvvəllərində Qordon Balfur (Con Balfurun bacısı oğlu, Balfours şirniyyat evinin rəhbəri) Fransaya köçür. Burada o avropalıların keks-qurbağasını görür. Balfours bundan sonra yəni 1922-ci ildən sonra öz menyularına bu şirniyyatı əlavə edir. Bu şirniyyat Balfourun əsas şirniyyatlarından birinə çevrilir və Avstraliyanın cənubuna qədər yayılır.
Qurbağa balıq
Qurbağa çoxağızlısı
Qurbağa çoxağızlısı (lat. Polystoma integerrimum)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Qurbağa çoxağızlısının uzunluğu 6-8mm, eni isə 2-4mm-dir. Bədəni uzunsov formada olub, orta hissədə bir qədər daralır və dal tərəfdən enliləşmişdir. Dal tərəfdə sahibin bədənindən yapışmağa xidmət edən və sormaclardan təşkil olunmuş disk vardır. Sormaclar 6 ədəddir və iki cərgədə simmetrik yerləşmişdir. Sormaclar disk şəkillidir və daxili orqanlarla əlaqəsi yoxdur. Hər iki dal sormacların arasında iki iri kutikulyar qarmaqcıq vardır. Bununla yanaşı, sormaclı diskdə 16 ədəd kiçik qarmaqcıqlar da vardır. == İnkişafı == Qurbağa çoxağızlısı yetkin mərhələdə qurbağanın sidik kisəsində parazitlik edir.
Qızıl qurbağa
Qızıl qurbağa (lat. Bufo periglenes), kiçik və parlaq sarıdırınçı rəngli, tropik meşələrdə olan və indiki vaxtda soyu tükəndiyi sanılan bir qurbağa növüdür. 1989 dan bəri dünyanın heç bir yerində görülməmiş və hesabat edilməmişdir və IUCN tərəfindən soyu tükənmiş olaraq təsnif etmişdir. Soyunun tükənməsinin qlobal istiləşmənin gətirdiyi iqlim dəyişməsinə və suda quruda yaşayanlar əhalisinin azalmasının dəlilidir.
Yaşıl qurbağa
Yaşıl qurbağa(lat. Hyla savignyi) — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdır Uzunluğu 47 mm təşkil edir. Aşağı hissəsi limon və ya qırmızı rəngdə olur. Onlara yarımsəhra və səhra ərazilərində belə rast gəlinir. Onlara insanların yaşayış məntəqələrinə yaxın ərazilərində belə rast gəlinir. Onlara 400–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Gizli həyat tərzi keçirir və uzun müddət tərpənməz qalır. Əsasən ikiqanadlılar və hörümçəklərlə qidalanır. Qışlama noyabr ayından başlayır.
Qurbağa küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. == Tarixi == Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
Qurbağa öpüşü (kitab)
Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı. 23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib. == Məzmun == "Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur. == Nəşr == Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == Aydınlanma səyahəti == Xarici keçidlər == Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19.
İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub. Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.
Kürbuğa
Kürbuğa (ərəb. كربغا‎, türk. Kürboğa; ? - 1102) — Mosul atabəyliyinin hökmdarı, türk sərkərdə. == Həyatı == Böyük Səlcuqlu dövləti sərkərdələrindən olan Kürbuğa, Sultan Məlikşahın ölümündən sonra Tərkən xatunun kiçik yaşdakı oğlu Mahmudu taxta çıxara bilmək üçün onunla iş birliyi qurdu. Bağdaddan İsfahana gedərək vəliəhd şahzadə Börkiyaruqu həbs etdirdi. Ancaq Nizamülmülkə bağlı əsgərlər vəzirə aid silah ambarlarını yağmalayaraq Börkyaruqu qurtarıb Rey şəhərində sultan elan etdilər. Buna görə Tərkən xatun ilə iş birliyi quran Azərbaycan məliki İsmayıl ibn Alpsunqur Yakuti Börkyaruqu bərtərəf etmək üzərə hərəkətə keçdi. Tərkən xatun, Kürbuğa və digər bazı əmirləri böyük bir orduyla ona yardıma göndərdi. Kürbuğa, Kərəcdə meydana gələn savaşda İsmayıll ibn Alpsunqurun bir qisim qüvvələrini sövq və idarə etdi.
Caryophyllata urbana
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.
Nurağa Tağıyev
Tağıyev Nurağa Davud oğlu (20 aprel 2001, Xaçmaz rayonu – 2020) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurağa Tağıyev 20 aprel 2001-ci ildə Xaçmaz rayonunda anadan olmusdur. 2018-ci ildə 3 nömrəli tam orta məktəbi bitirmiş və hərbi xidmətə yollanmışdır. Goranboy rayonun Ağcakənd qəsəbəsində hərbi xidmətnə davam etmişdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı həlak olmuşdur.
Oqonnyor-Kubata
Oqonnyor-Kubata — Laptevlər dənizinə daxil olan Olenok körfəzinə daxildir. Olenok çayının deltasında meydana gəlmişdir.
Yasuharu Kurata
Yasuharu Kurata (1 fevral 1963, Şizuoka) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Şu Kurata
Şu Kurata (d. 26 noyabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Urbana-Şampeyn İllinoys Universiteti
Urbana-Şampeyn İllinoys Universiteti (ing. University of Illinois at Urbana–Champaign) — ABŞ-nin İllinoys ştatının iki qardaşlaşmış şəhərində - Urbana və Şampeyn şəhərlərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı, ştatın ikinci ən böyük dövlət ali təhsil ocaqlarından biridir. == Tarixi == 1862-ci ildə ABŞ prezidenti Avraam Linkoln Morill Qanununu imzalayır. Qəbul edilmiş Morill Qanununa əsasən ABŞ-nin hər bir ştatında kənd təsərrüfatı, mexanika və hərbi hazırlıq ixtisasları verən dövlət universitetləri yaradılması üçün torpaq sahələri ayrılır. İllinoys ştatının bir sıra şəhərləri arasında sərt qiymət təklifi (auksion) müharibəsindən sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir. Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir. C.M.Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi. Lakin İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər ali məktəbin yalnız "sənaye yönümlü" olmasını istəyirdilər. Bu məsələ ilə bağlı C.M.Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır. Nəhayət, 1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır.
Les Kurbas adına Lvov Akademik Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Les Kurbas adına Lvov Gənclər Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Kürban
Kürban (fr. Curbans, oks. Curbans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 390 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 190 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.5%, 1999-cu ildə 66.8%). Aktiv olan 190 nəfərdən 176 nəfəri (97 kişi və 79 qadın), 14 nəfəri işsizdir (6 kişi və 8 qadın).
Tüklü külbaba
Tüklü külbaba - (lat. Leontodon hispidus) == Qısa morfoloji təsviri == Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5- 2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından alp qurşağına kimi yayılmışdır.
Surbaq (Miyanə)
Surbaq (fars. سورباق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 231 nəfər yaşayır (53 ailə).