Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lümbal punksiya
Lümbal punksiya az invaziv diaqnostika növüdür. Müalicəvi və ya diaqnostik məqsədlə punksiya aparılan zaman az miqdarda onurğa beyin maddəsi xaric olunur və yaxud da praparatlar lümbal sahəyə yeridilir. Lümbal punksiya anesteziya məqsədilə də istifafə olunur. Onurğa beyni mayesi-likvor rəngsiz və şəffaf maye olub, onurğa beyni və baş beyin üçün lazımlı maddələrin transportunu həyata keçirir. == Punksiyanın aparılmasına göstərişlər: == diaqnostika məqsədilə: neyroinfeksiyaya şübhə olduqda( meningit, ensefalit,neyrosifilis və başqa etiologiyada olan mərkəzi sinir sisteminin xəstəlikləri) müalicə məqsədilə: antibiotiklərin və kimyaterapiya maddələrinin qabıqaltı yeridilməsi üçün; xoş xassəli kəllə-beyin hipertenziyası və ya hidrosefaliyada təzyiqi aşağı salmaq üçün istifadə olunur. == Punksiyanın aparılmasına əks göstərişlər: == Onurğa beyninin dislokasiyası zamanı punksiyanın aparılması qəti əks göstərişdir.Çünki bu zaman orada təzyiq aşağı enərsə onda intrakranial ödem əmələ gələ bilər və ölümlə nəticələnə bilər. == Ağırlaşmaları: == Punksiyanın aparılma texnikasında yanlışlıqlar olduqda onurğa beyninin postpunksionar xolestiatoması əmələ gələ bilər.Çünki onurğa beyninjğin epitelial hüceyrələri destruksiyaya uğrayır. Xolestiatoma tırkibində ölmüş epitelial hüceyrələrdən və başqa maddələrdən(xolesterin kridtalları,keratin toplusu) ibarət olan fibroz kapsuladır. == Metodikası: == Bu manipulyasiyanı xəstə oturmuş və ya uzanmış vəziyyətində aparılır. Uzanmış vəziyyətdəki punksiya bərk stol üzərində xəstə yana çevrilmiş formada aparılır.
Stefan Lambez
Stefan Lambese (fr. Stéphane Lambese; 10 noyabr 1995[…] və ya 10 may 1995, Nojan-sür-Marn) — Pari Sen-Jermen B klubunda müdafiəçi kimi çıxış edən Haiti futbolçusu. == Karyerası == Lambese öz karyerasına 2004-cü ildə Olimpik de Sevranda başlamışdır. 2009-ci ilin yay ayında isə Pari Sen-Jermen FK klubunun gənclərdən ibarət yığmasına qoşulmuşdur. 2012-ci ilin yayında PSJ-in ehtiyat komandasından gənclər yığmasına keçmişdir. Öz debütünü isə 20 aprel 2013-cü ildə Çampionat de Frans Amateur liqasında Nansi klubunun ikinci heyəti ilə qarşılaşmada etmişdir. == Milli karyerası == Lambese 2010-cu ildə Fransa U-16 yığmasında 4 oyunda iştirak etmiş və 1 qol vurmuşdur. 2014-cü ildən etibarən Haiti milli futbol komandasını təmsil edir və Haiti U-20 yığmasının bir üzvüdür. Lambese 7 mart 2014-cü ildə Kosovo milli futbol komandasına qarşı qeyri-rəsmi yoldaşlıq oyununda iştirak etmişdir.
Səlma Gürbüz
Selma Gürbüz (türk. Selma Gürbüz) — Türk rəssam və heykəltaraş. O, Türkiyənin çağdaş rəssamlıq sahəsində öndə gedən adlarından biri olmuşdur. Əsərləri Londondakı Britaniya Muzeyində, Parisdəki Galerie Maeght Kolleksiyasında, İstanbulda Santral İstanbulda, İstanbul Bilgi Universiteti, İstanbul Modern və Proje 4L və Ankaradakı Rəsm və Heykəl Muzeyindədir. Rəssamlıqdan başqa heykəltaraşlıq, toxuculuq, oyma kimi müxtəlif formalarda əsərlər də hazırlamış, Ömər Kavurun “Əqrəbin səyahəti” (1997) və “Qarşılaşma” (2002) filmlərinin bədii rejissorluğunu da üzərinə götürmüşdür. == Həyati == 1960-cı ildə İstanbulda anadan olmuşdur. Rəssamlıq təhsilinə 1978-ci ildə İngiltərədəki Ekseter Universitetində rəssamlıq, fotoqrafiya və teatr sahəsində başlamışdır. 1980-1982-ci illərdə Ekseter İncəsənət Dizayn Kollecində rəssamlıq və heykəltaraşlıq təhsili alıb. 1984-cü ildə Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsinin Rəssamlıq fakültəsini bitirib. İlk fərdi sərgisini 1986-cı ildə İstanbulda açıb.
Göy gümbəz türbəsi
Göy Günbəz Türbəsi və ya Göy Günbəd Türbəsi — Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən və Möminə Xatun Türbəsinin təsiri ilə inşa edilmiş Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. == Memarlıq xüsusiyyətləri == Göy Günbəz Səlcuq memarlığının səkkizbucaqlı qülləvari türbələrindən biridir. Göy Günbəzin qülləsinin plan-məkan quruluşu Xərrəqan türbələri ilə birtiplidir – səkkizüzlü prizmanın bucaqları bayırda silindrik dayaqlarla möhkəmləndirilmişdir. Ancaq dayaqlararası sivri tağçalarda və karnizdə stalaktitlərdən istifadə etmək baxımından Göy Günbəz Mömünə Xatun Türbəsinin aydın təsirinə məruz qalmışdır. Bununla belə marağalı memar öz böyük naxçıvanlı həmvətənini yamsılamaqdan uzaq olmuşdur. Mömünə Xatun türbəsində incəlik, təntənə klassik ciddiliyə tabe edildiyi halda, Göy Günbəz türbəsində dekorativlik, bədii şuxluğa üstünlük verilmişdir. Hətta Göy Günbəzin üst yazı qurşağı da kufi xəttinin daha dekorativ növü ilə yazılmışdır. Göy Günbəz türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan kərpic naxışlara tuş gəlinir. Onda daha qabarıq naxış quruluşu xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin altından keçən girihlər daha sıx quruluşlu olub, dayaz relyeflidir.
Qırmızı gümbəz türbəsi
Qırmızı Günbəz Türbəsi (az-əbcəd. قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir. == Türbənin tarixi == 12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır.
Üç gümbəz türbə kompleksi
Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi – Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir. == Tarixçəsi == Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir. El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. == Memarlıq xüsusiyyətləri == Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır.
Humbug
Humbug — ingilis rok qrupu Arctic Monkeys-in üçüncü studiya albomu. 19 avqust 2009-cu ildə Domino tərəfindən buraxılmışdır. Qrup 2008-ci ilin yayının sonunda albom üçün yeni materiallar yazmağa başladı və 2009-cu ilin yazında bitirdi. == Trek siyahısı == Bütün mahnılar Aleks Törner tərəfindən yazılmış və bəstələnmişdir.
Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Tumbul
Tumbul — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Toponimikası == Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür. == Əhalisi == Əhalisi 1622 nəfərdir.
Kuala-Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
Kuala Lumpur
Kuala Lumpur (malay Kuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib. == Tarixi == Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır. == Milli tərkibi == Şəhərdə malaylar, çinlilər, tamillər, malayalılar, teluqulular, benqallar və s. yaşayır.
Tumbul bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tumbul rayonu
Tumbul rayonu — 1920–1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri. 16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur. == Tərkibinə daxil olan inzibati vahidlər == 39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir. Tədiqatlar göstərir ki, ruslar tərəfindən "Baş-başı" kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır. 1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir.
Pua Kumbu
Pua Kumbu , Saravak (Malayziya) İban xalqı tərəfindən mərasimdə istifadə edilən ənənəvi naxışlı rəngli pambıq parça. == İban toxuculuğunun mənşəyi haqqında əfsanələr == Pua Kumbunun mənşəyi haqqında bir çox əfsanə var. Hər şey Menqin ve Dara Tinçin fiqurları ətrafında cərəyan edir. Hekayə, gözəl bir quşu üfləmə borusu ilə vuran İban ovçusu Menqin ilə başlayır. Ovuna tərəf qaçdığı zaman, quş yerinə toxunma bir ətək tapdı. O əvvəllər görmədiyi kimi toxunan ətəyi götürdü. Ancaq, ətəyin Petarın ən böyük qızı Sinqalanq Buronq olaraq bilinən Dara Tinçin Temaqa aid olduğunu bilmirdi. Dara Tinçin hər yerdə ətəyini axtarırdı. Menqin ilə qarşılaşdığı zaman ətəyi özünə qaytarıldı. Bunun əvəzində, Dara evli olmasına baxmayaraq Menqin ilə evləndi.
Xumbu Buzlağı
Xumbu Buzlağı Nepalın Xumbu regionunda, Nuptse silsiləsində Everest və Lhotze zirvələri arasında yerləşir. 7,600 metr (24,900 ft) hündürlükdə yeləşən mənbəyi və 4,900 metr (16,100 ft) yüksəkliyi ilə dünyanın ən hündür buzlağıdır. Xumbu Buzlağının sonu Everest Baza düşərgələrindən birində bitir. Buzlağın başlanğıcı isə Everest yaxınlığındakı Sükut dərəsindədir. Sükut dərəsinin qərbində Xumbu Buzlağı nəhəng buz divarı- Xumbu buz divarını əmələ gətirir. Bu buz divarı Everestə gedən Cənubi Kol marşrutunda ən böyük maneə və təhlükədir. Buzlaq həmçinin Nepalın ən böyük buzlağıdır.
Kuala Lumpur qülləsi
Kuala Lumpur qülləsi ( KL Tower, malay Menara Kuala Lumpur ; çin. 吉隆坡塔 ), Malayziyanın Kuala Lumpur şəhərində yerləşən kommunikasiya qülləsi. Tikinti 1 mart 1995-ci ildə başa çatdırılmışdır. Yüksəkliyini 421 metr (1,381 fut) hündürlüyə çatır və dünyada 7-ci ən yüksək qüllədir . Qüllənin damı 335 metrdədir (1,099 fut). Qüllənin qalan hissəsi, şəhərin panoramalı görünüşünə açılan mənzərinin görünməsini təmin edən dönən restoranı var və bura liftə qalxmaq mümkündür. Burada iştirakçılar pilləkənləri yuxarıya doğru irəliləyirlər yarışlar keçirilir,bu yarışlar hər il keçirilir,. Qüllədə İslam fələk rəsədxanası yerləşir.Qüllə, Kuala Lumpurda ictimaiyyətə açıq olan ən yüksək nöqtədir == Tarix == Kuala Lumpur qülləsi üçün rəsmi təməlqoyma 1 oktyabr 1991-ci ildə Malayziyanın 4-cü baş naziri Dato Seri Dr Mahathir bin Mohamad tərəfindən həyata keçirilib.Qüllənin tikintisi üç mərhələli bir proseslə həyata keçirilib. Birinci mərhələ Jalan Bukit Nanasın genişləndirilməsi və torpağın tikinti yerindən çıxarılması idi. Bu mərhələ 1 avqust 1992-ci ildə başa çatdırılmışdır.
Xumbu buz divarı
Xumbu buz divarı — Xumbu Buzlağının başında və Sükut dərəsinin ətəyində yerləşən buz divarı. Xumbu buz divarı Everest dağının Nepal yamaclarında 5,486 metr (17,999 ft) hündürlükdə yerləşir və Baza düşərgəsindən o qədər də uzaq deyil. Buz divarı Everest zirvəsinə gedən Cənubi Kol marşrutunun ən təhlükəli mərhələlərindən biri hesap olunur. == Müşahidələr == Xumbu buz divarı Xumbu buzlağının elə sürətlə hərəkət edən bir bölməsidir ki, burada daim birdən-birə açılmış böyük çatlaqlara və buz qüllələrinə rast gəlmək mümükündür. Buzlaqdan daim ölçüsü avtomobildən tutmuş böyük evlərə qədər olan nəhəng buz parçaları düşür. Buzlağın dağdan hər gün 0.9 to 1.2 metr (3 to 4 ft) uzaqlaşdığı təxmin edilir. Əksər alpinistlər səhər tezdən, günəş doğmadan əvvəl, gecə qismən donub qaldıqda və daimi hərəkətlər az olduqda buz divarını keçməyə çalışırlar. Güclü günəş işığı ərazini isitdikcə buz quruluşu arasındakı sürtünmə azalır və yarıqların açılması və ya qar və buz bloklarının düşmə şansını artırır. Xumbu buz divarını keçmək üçün ən təhlükəli vaxt ümumiyyətlə günortadan axşama qədər yəni günəşin daha isti və buzlaqdakı hərəkətlərin daha intensiv olduğu vaxta qədərdir. Təcrübəli, uyğunlaşmış alpinistlər buz divarını bir neçə saat ərzində keçə bilər, ilk dəfə bu ərazidən keçən və yaiqlimə hələ də uyğunlaşa bilməyən alpinistlər təxminən 10-12 saatda buzlağı keçirlər.