Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələriHələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Çələbi
Çələbi — Bir çox mənalarda işlədilən ifadə, təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əhməd Çələbi — siyasətçi Övliya Çələbi — səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair. Hacı Çələbi xan — görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Musa Çələbi — Osmanlı şahzadəsi Süleyman Çələbi — Osmanlı şahzadəsi İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. Katib Çələbi — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Çələbi Lütfi Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İsa Çələbi — Osmanlı sultanı İldırım Bəyazid ilə Dövlət Xatunun oğlu Hacı Qaraman çələbi Əhmədli — övliya, XVI yüzilin sonu, XVII yüzilin əvvəli. Hezarfən Əhməd Çələbi — IV Sultan Muradın hakimiyyəti dövründə özü düzəltdiyi qanadlarla havaya qalxmağa cəhd etmiş türk alimi.Digər Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Ay səhləbi
Phalaenopsis amabilis (lat. Phalaenopsis amabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin phalaenopsis cinsinə aid bitki növü. İndoneziyanın üç milli gülündən biridir ki orada anggrek bulan adlanır. == Sinonimləri == Epidendrum amabile L. (keçmiş elmi adı) Cymbidium amabile (L.) Roxb. Synadena amabilis (L.) Raf. Phalaenopsis grandiflora Lindl. Phalaenopsis grandiflora var. aurea auct. Phalaenopsis amabilis var. aurea (auct.) Rolfe Phalaenopsis gloriosa Rchb.f.
Bataqlıq səhləbi
Bağ səhləbi
Bağ səhləbi (lat. Anacamptis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Piramidvari bağ səhləbi (Anacamptis pyramidalis (L.) Rich.) Anacamptis pyramidalis sanguinea Anacamptis pyramidalis tanayensis Anacamptis pyramidalis urvilleana Anacamptis pyramidalis alba Anacamptis × albuferensis (Anacamptis fragrans × A. robusta) Anacamptis × bornemanniae (Anacamptis longicornu × A. papilionacea) Anacamptis boryi Anacamptis caspia Anacamptis champagneuxii Anacamptis collina Anacamptis coriophora Anacamptis coriophora ssp. coriophora Anacamptis coriophora ssp. fragrans Anacamptis × duquesnei (Anacamptis palustris × A. pyramidalis) Anacamptis × feinbruniae (Anacamptis caspia × A. israelitica) Anacamptis fragrans (Pollini) R.M.Bateman Anacamptis × gennarii (Anacamptis morio × A. papilinocea) Anacamptis israelitica Anacamptis × klingei (Anacamptis laxiflora × A. pyramidalis) Anacamptis × laniccae (Anacamptis morio × A. pyramidalis) Anacamptis laxiflora (Lam.) R.M. Bateman, Pridgeon & M.W.Chase Anacamptis × lesbiensis (Anacamptis pyramidalis × A. sancta) Anacamptis × simarrensis (Anacamptis fragrans × A. pyramidalis) Anacamptis longicornu Anacamptis morio Anacamptis palustris Anacamptis palustris ssp. elegans Anacamptis palustris ssp. palustris Anacamptis palustris ssp. robusta Anacamptis papilionacea Anacamptis papilionacea var. cyrenaica Anacamptis papilionacea var.
Fuks səhləbi
Meymun səhləbi
Meymun səhləbi (lat. Orchis simia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir. Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir. Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür. May ayında çiçəkləyir və meyvə verir.
Mürgü səhləbi
Neoseiulus lablabi
Neoseiulus lablabi (lat. Neoseiulus lablabi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Sanasunit səhləbi
Sinqapur səhləbi
Vanda miss Coakim (çin. 卓锦万黛兰;pinyin:zhuójǐn wàndàilán) — Sinqapur səhləbi, Sinqapur orxideyası və Şahzadə Aloha orxideyası kimi də tanınan bir hibrid orxideya növü və Sinqapurun milli gülüdür.
Xəzər səhləbi
Aşıq Çələbi
Aşıq Çələbi, əsl adı Pir Mehmed (1519, Prizren – 1571, Üskub) — Osmanlı bioqrafı, şairi və tərcüməçisi. O, Rumelinin bir çox şəhərlərində kadi vəzifəsini tutmuş, 1568-ci ildə yazdığı "Meşair əş-şüəra" əsəri ilə məşhurdur. Aşıq Çələbi Prizrendə bir seyid ailəsində anadan olmmuşdur. O, 1535-ci ildə vəfat edən atasının ölümündən sonra Filibeyə, oradan da İstanbula köçmüşdür. Orada dövrünün ən yaxşı müəllimlərindən oxuduğu mədrəsəni bitirmiş, mükəmməl təhsil almışdır. Daha sonra Bursada məhkəmə katibi vəzifəsində çalışmışdır. 1546-cı ildə İstanbula qayıtmışdır. Orada müəllimi Əmir Qisin sayəsində məhkəmədə vəzifə almışdır. Bundan sonra o, Rəcəb Çələbinin vəfatından sonra boş qalmış imperator divanında baş etirafçı vəzifəsini almaq istəsə də, fətva idarəsində işə düzəlmişdir.
Bəhram Çələbi
Bəhram Çələbi — Azərbaycan yazıçısı. == Həyatı == Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləmişdir. == Yaradıcılığı == İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır. 1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib. Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb.
Hacı Çələbi
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. == Hacı Çələbinin xalqın vəkili təyin olunması == Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Hələbi (Sulduz)
Hələbi (fars. حلبي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (81 ailə).
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası.Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir. "Cahannüma": Ən qədim Osmanlı coğrafiya kitabıdır.
Lələli (Marneuli)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Lələli (Sarvan)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Lələli bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Musa Çələbi
Musa Çələbi (1388, Osmanlı imperiyası, Bursa – 5 iyul 1413, Osmanlı imperiyası) — Osmanlı şahzadəsi olaraq Fetrət dövründə Ədirnədə Sultan elan edilərək Osmanlıların Rumelidəki torpaqlarında hökmranlıq etmişdir. Musa Çələbi İldırım Bəyazidin doqquzuncu oğlu olaraq dünyaya gəlmişdir. Sultan İldırım Bəyazidin Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Şah Xatundan olan dördüncü oğlu Şahzadə Böyük Musa Çələbi ilə qarışdırılmaması üçün Fetrət Dövründə Kiçik Musa Çələbi olaraq da xatırlanmaqdadır. (Kiçik) "Musa Çələbi" qardaşları İsa Çələbi, Süleyman Çələbi və Mehmed Çələbi ilə taxt mübarizələrinə girmişdir. Musa Çələbi 1403–1404-cü illərdə Bursa da Teymurdan fərman alaraq hökm sürmüş, amma daha sonra qardaşı İsa Çələbi tərəfindən buradan uzaqlaşdırılmışdır. 1409-cu ildə qardaşı Mehmed Çələbi ilə görüşərək Ədirnədə Rumeli və Anadoluda hökm sürən qardaşı Süleyman Çələbi əleyhinə bir müqavilə bağlamışdır. Musa Çələbi Rumeliyə keçərək Osmanlı Rumeli torpaqlarında Süleyman Çələbi ilə hərbi mübarizəyə girmişdir. Nəhayət 1410-cu ildə əvvəl Ədirnədə Osmanlı Rumeli torpaqları və sonra Anadolu əraziləri üzərində Sultan olaraq hökm sürən qardaşı Süleyman Çələbini bir basqın ilə Ədirnədən qaçırtmış və onun öldürülməsinə səbəb olmuşdur. Musa Çələbi 1410-cu ildə Osmanlı idarəsindəki Rumeli bölgələrində Osmanlı hökmdarı olaraq Ədirnədə taxta oturaraq 1410–1413-cü illər arasında səltənət sürmüşdür, lakin bu dəfə də 1413-cü ildə qardaşı Mehmed Çələbi ilə girdiyi hərbi mübarizələr sonunda məğlub olaraq1413-cü ildə öldürülmüşdür. == Əvvəlki yaşamı == Musa Çələbinin Ankara müharibəsindən əvvəlki həyatı haqqında əlimizdə çox az qaynaq var.
Mustafa Çələbi
Mustafa Çələbi (I Bəyazidin oğlu) — 4-cü Osmanlı sultanı I Bəyazid ilə xanımı Dövlət Xatunun oğlu. Mustafa Çələbi (I Mehmedin oğlu) — 5-ci Osmanlı sultanı I Mehmedin oğlu. Mustafa Çələbi(tr) (d. 1917 – ö. 2012) — Türkiyə siyasətçisi.
Orxan Çələbi
Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur. Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir. == Həyatı == Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir. === Ölümü === İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir. == Qeyd == Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə qarışdırılmamalıdır.
Geranium lebelii
Robert ətirşahı (lat. Geranium robertianum) - ətirşah cinsinə aid bitki növü. == Sinonim == Geranium eriophorum H.Lév. Geranium foetidum Gilib. [Invalid] Geranium graveolens Stokes [Illegitimate] Geranium inodorum G.Don [Illegitimate] Geranium lebelii Boreau Geranium lindleyanum Royle Geranium mosquense Goldb. Geranium neapolitanum A.Terracc. [Illegitimate] Geranium palmatisectum Dulac Geranium pedunculatum Royle [Invalid] Geranium purpureum var. littorale Rouy Geranium robertianum f. albiflorum House Geranium robertianum var. albiflorum G. Don Geranium robertianum var.
Mett LeBlenk
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. == Həyatı == Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı.Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi. 2004-cü ildə onların bir qızı dünyaya gəldi.
Baccharis deblei
Baccharis deblei (lat. Baccharis deblei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.