Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cek Laleyn
Francois Henri LaLanne (ing. Jack LaLanne; 26 sentyabr 1914 – 23 yanvar 2011) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Xəzər lələyi
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü.Elmi adı — Astragalus zangelanus Grossh. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir. Toxumları yastı, ellipsşəkilli, tünd-qəhvəyidir, 10–12 mm uzunluğunda, 5–7 mm diametrindədir.
Kristofer Lloyd
Kristofer Lloyd (ing. Christopher Allen Lloyd ) — ABŞ aktyorudur. 3 dəfə Emmi mükafatına layiq görülmüşdür. İlx vaxtlar teleseriallara çəkilmiş, ardınca psixoloji dramatik janrda olan "Qu quşunun yuvası üzərindən uçarkən" filminə çəkilərək populyarlıq əldə etmişdir. Sonralar komediya janrlı filmlərə çəkilərək böyük uğur qazanmışdır.
Lloyd Sherr
Lloyd Sherr (ing. Lloyd Sherr; 28 fevral 1956, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Lloyd Şepli
Lloyd Şepli (ing. Lloyd Shapley; d. 2 iyun 1923 ö. 12 mart 2016) — amerikalı riyaziyyatçı və iqtisadçı. Tanınmış nəzəri fəaliyyətləri riyazi iqtisad sahəsində, xüsusilə də Oyunlar nəzəriyyəsi haqqındadır. 2012-ci ildə Elvin Rotla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Lloyd Şepli 2 iyun 1923-cü ildə ABŞ-nin Massaçutest ştatında anadan olub. Atası tanınmış astroloq Herlou Şepli idi. İlk və ikinci dərəcəli təhsilindən sonra Harvard Universitetində təhsilə başlamışdır. Lakin II Dünya müharibəsi zamanı, 1943-cü ildə əsgərliyə aparılmışdır.
Devid Lloyd Cons
Devid Lloyd Cons (ing. David Lloyd Jones; 1944, Viktoriya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Devid Lloyd Cons qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Native Orchids of Australia. 1988.
Devid Lloyd Corc
Devid Lloyd Corc (ing. David Lloyd George; 17 yanvar 1863[…], Mançester, Lankaşir – 26 mart 1945[…]) – britaniyalı siyasətçi, 1916-1922 illərdə baş nazir. 1945-ci ildə ölümündən qısa bir müddət əvvət Dvifor qrafı rütbəsi verildi. Liberal Partiyasından seçilən sonuncu baş nazirdir. Birinci dünya müharibəsi ərzində ölkəsini idarə etdi, müharibədən sonra Avropanın yenidən dirçəlməsində baş rol oynadı. Osmanlı İmperiyasını parçalama siyasətini dəstəklədi, İstiqlaliyyət Müharibəsi boyunca İngilis hökumətini idarə etdi. Türkiyə Cümhuriyyətinin qurulmasına səbəb olan türklərə qarşı açılmış müharibənin baş memarı oldu. == Gənclik illəri == 1863-cü ildə Mançesterə bağlı Korlton-on-Medlokda doğulan Lloyd Corc, fəhlə ailəsindən olan ilk ve əslən Uelsdən olan yeganə Böyük Britaniya baş naziridir. Hüququ bitirdi. 1885-ci il seçkilərində Austen Çamberlainın islahat programından təsirlənərək Liberal Partiyaya qatıldı.
Endryu Lloyd Vebber
Endryu Lloyd Vebber Andrew Lloyd Webber, Baron Lloyd Webber (d. 22 Mart 1948) — İngiltərə müzikl bəstəkarı və musiqili teatr impresariosu. Yaradıcılığı boyunca 17 müzikla imza atmışdır. Kommersiya baxımından tarixin ən uğurlu bəstəkarı olaraq göstərilir. Müzikllarından bəziləri West End'də ve Broadway'də 10 ildən artıq müddətdə səhnələşdirilmişdir. Eyni zamanda 7 Tony mükafatı, bir Oscar mükafatı, bir Emmy, 6 Olivier mükafatı və bir Qızıl Qlobus mükafatı sahibidir. 1992-ci ildə fəxri kavaler ünvanını almışdır. == Həyatı == 24 yaşında ikən ilk həyat yoldaşı Sarah Hugill ilə 24 iyul 1972-ci ildə evlənmişdi. Imogen Lloyd Webber (d. 31 Mart 1978) və Nicholas Lloyd Webber (d.
Frank Lloyd Rayt
Frank Lloyd Rayt (ing. Frank Lloyd Wrigt, 8 iyun 1867[…] – 9 aprel 1959[…], Finiks)—XX əsrdə yaşamış amerikalı memar, yazıçı, müəllim. Onun hazırladığı 1141 layihədən 532-si inşa edilmişdir. == Həyatı == Reallaşdırdığı 300ü aşan quruluşla 20. əsrin başında memarlığın yeni bir görünüşə qovuşmasında təsirli olan Frenk Lloyd Rayt, "Orqanik Memarlıq" adı verilən, təbii formalardan yola çıxaraq iç və xarici məkanın inteqrasiya olunmasını təməl alan bir memarlığın qanunlarını ortaya qoymuş, dəmir-betonun istifadə sahələrini inkişaf etdirərək Müasir Memarlıq tarixininin ən əhəmiyyətli şəxsiyyətlərindən biri olaraq tarixə keçmişdir. Nyu Yorkda hazırladığı "Guggenheim Müasir Sənət Muzeyi" arxitektura gücünü bütün dünyaya sübut etmişdir. 20. əsrin ən əhəmiyyətli memarlarından olan Frank Lloyd Rayt, 8 İyun 1867də Visconsində dünyaya gəldi. Mühəndislik təhsili görən Rayt, gənclik illərində Conover və Silsbee kimi dizaynçıların yanında peşəkar təcrübə qazanmağa başladı. 1888-ci ildə, Luis Sullivan və Dankmar Adların yanında işə başlayaraq əhəmiyyətli proyektlərə daxil edilməyə başlandı.
Frenk Lloyd Rayt
Frank Lloyd Rayt (ing. Frank Lloyd Wrigt, 8 iyun 1867[…] – 9 aprel 1959[…], Finiks)—XX əsrdə yaşamış amerikalı memar, yazıçı, müəllim. Onun hazırladığı 1141 layihədən 532-si inşa edilmişdir. == Həyatı == Reallaşdırdığı 300ü aşan quruluşla 20. əsrin başında memarlığın yeni bir görünüşə qovuşmasında təsirli olan Frenk Lloyd Rayt, "Orqanik Memarlıq" adı verilən, təbii formalardan yola çıxaraq iç və xarici məkanın inteqrasiya olunmasını təməl alan bir memarlığın qanunlarını ortaya qoymuş, dəmir-betonun istifadə sahələrini inkişaf etdirərək Müasir Memarlıq tarixininin ən əhəmiyyətli şəxsiyyətlərindən biri olaraq tarixə keçmişdir. Nyu Yorkda hazırladığı "Guggenheim Müasir Sənət Muzeyi" arxitektura gücünü bütün dünyaya sübut etmişdir. 20. əsrin ən əhəmiyyətli memarlarından olan Frank Lloyd Rayt, 8 İyun 1867də Visconsində dünyaya gəldi. Mühəndislik təhsili görən Rayt, gənclik illərində Conover və Silsbee kimi dizaynçıların yanında peşəkar təcrübə qazanmağa başladı. 1888-ci ildə, Luis Sullivan və Dankmar Adların yanında işə başlayaraq əhəmiyyətli proyektlərə daxil edilməyə başlandı.
Frənk Lloyd Rayt
Frank Lloyd Rayt (ing. Frank Lloyd Wrigt, 8 iyun 1867[…] – 9 aprel 1959[…], Finiks)—XX əsrdə yaşamış amerikalı memar, yazıçı, müəllim. Onun hazırladığı 1141 layihədən 532-si inşa edilmişdir. == Həyatı == Reallaşdırdığı 300ü aşan quruluşla 20. əsrin başında memarlığın yeni bir görünüşə qovuşmasında təsirli olan Frenk Lloyd Rayt, "Orqanik Memarlıq" adı verilən, təbii formalardan yola çıxaraq iç və xarici məkanın inteqrasiya olunmasını təməl alan bir memarlığın qanunlarını ortaya qoymuş, dəmir-betonun istifadə sahələrini inkişaf etdirərək Müasir Memarlıq tarixininin ən əhəmiyyətli şəxsiyyətlərindən biri olaraq tarixə keçmişdir. Nyu Yorkda hazırladığı "Guggenheim Müasir Sənət Muzeyi" arxitektura gücünü bütün dünyaya sübut etmişdir. 20. əsrin ən əhəmiyyətli memarlarından olan Frank Lloyd Rayt, 8 İyun 1867də Visconsində dünyaya gəldi. Mühəndislik təhsili görən Rayt, gənclik illərində Conover və Silsbee kimi dizaynçıların yanında peşəkar təcrübə qazanmağa başladı. 1888-ci ildə, Luis Sullivan və Dankmar Adların yanında işə başlayaraq əhəmiyyətli proyektlərə daxil edilməyə başlandı.
Letoon
Letoon (q.yun. Λητῶον) ― Likiyada, qədim şəhər Ksantos yaxınlığında Letoya həsr olunmuş ziyarətgah. Bura bölgədəki ən əhəmiyyətli dini mərkəzlərdən biri olmuşdur. Ziyarətgah Türkiyənin Muğla ilinin Fethiye rayonunda, Kumluova kəndinin cənubunda yerləşir. Letoon Ksantos çayı boyunca yerləşən eyniadlı şəhərin təxminən dörd kilometr cənubundadır.Abidə 1988-ci ildə Ksnatos ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Heç vaxt tam məskunlaşılmış yaşayış yeri olmayan, sadəcə dini bir mərkəz olaraq qalan ərazidəki arxeoloji tapıntılar eramızdan əvvəl VI əsrin sonlarına aiddir. Bu, Likiyada dördüncü əsrin əvvəllərində başlayan Yunan mədəni hegemonluğundan əvvəl idi.Ksantus vadisində Apolloya erkən pərəştişin olması tarix və ya arxeologiya baxımından təsdiqlənilməsə də, iddia hər ikisi "Likus" adlı şəxslə bağlı iki mifdən qaynaqlanmışdır. Ərazinin müqəddəsliyi Appianın VI Mitridatla əlaqəli yazdığı lətifə ilə əlaqəlidir. Belə ki, o, Likiya sahil şəhəri Pataranı mühasirəyə alaraq müqəddəs meşədəki ağacları öz məqsədləri üçün kəsməyi planlaşdırsa da, gördüyü kabusda bu hərəkətinə qarşı ona xəbərdarlıq edilibmiş.Xiyarətgah Roma dövründə də aktiv qalmışdır. Obyekt eramızın yeddinci əsrində tərk edilmiş və ərazidə erkən xristian kilsəsinin inşası ilə bölgə xristianlaşdırılmışdır.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu.Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. == Coğrafiyası == Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir.Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. == İqlimi == İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir. == Əhalisi == Kəndin əhalisi 5.834 nəfərdir (2019). Etnik tərkibi: taciklər - 5831 nəfər, özbəklər - 3 nəfər.
Melön
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
Mişel Leblon
Mişel Leblon (fr. Michel Leblond; 10 may 1932, Reyms – 17 dekabr 2009, Reyms) — Fransa futbolçusu və məşqçi. O, 1956-cı ildə keçirilən Çempionlar Kubokunun ilk finalında ilk qolu vurmağı ilə tanınır. İsveçrədə baş tutan 1954 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur. Millinin heyətinə 2 dəfə salınsa da, ehtiyat oyunçular skamyasını tərk etməmişdir. "Reyms" klubunun əfsanə oyunçusu sayılır. == Mükafatları == Fransa çempionu: 1953, 1955, 1958, 1960 Fransa kuboku mükafatçısı: 1958 1956 və 1959-cu illərdə FİFA Dünya Kuboku finalçısı.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. == Adı == Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Leon
Leon — ad. Leon Rassell — Məşhur ABŞ musiqiçi. Leon Festinger — ABŞ sosial psixoloqu. Leon Musayev — futbolçu. Xuan Ponse de Leon — ispan səyyah və konkistadoru.Yaşayış məntəqələri Leon (İspaniya) — İspaniyada şəhər, Omonimik vilayətinin inzibati mərkəzi. Kastiliya və Leon - İspaniyanın şimal-qərbində yerləşən muxtar region.Digər Leon dili - İspaniyanın tarixi Leon regionunun şimal və qərbində (müasir Leon, Zamora, və Salamanka bölgələrində) və Portuqaliyada bir neçə qonşu ərazilərdə danışılan dildir. Leon (film, 1994) — 1994-cü ildə Lük Besson tərəfindən çəkilmiş fransız filmi.
Alen Delon
Alen Delon (fr. Alain Delon, 8 noyabr 1935[…], So[d], Sena[d], Fransa) — fransız aktyoru. == Həyatı == Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına rəğmən ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi.
Belöy qəsri
Belöy qəsri (au de Belœil və ya Château of Belœil) — Belçikanın Haintaunt əyalətinin Belöy bələdiyyəsi ərazisində yerləşən qəsr. XIV əsrdən bəri Ligne şahzadəsi burada yaşayır. Qəsr 1664-cü ildə salınmış valehedici Baroqve bağının ortasında yerləşir. Qəsrə və bağa yaz və yay fəslində səfər etmək mümkündür. == Tarixi == Belöy 1394-cü ildə Ligne ailəsinin mülkünə çevrilir. XV əsrin əvvəllərində yerli qəsr ailənin əsas iqamətgahı olaraq seçilir. Köhnə qəsr xəndəklərlə əhatə olunmuş dörtkünc formada idi və dörd bürcdən ibarət idi ki, hər bir bürc bir küncdə yerləşmişdir. Keçən əsrlər müddətində fasad və daxili interyerdə dəyişikliklər olsa da, bu ilkin struktur qorunub saxlanılmışdır. XVII və XVIII əsrdə bu istehkam qalası fransız üslubunda lüks evə (qəsrə) çevrilmişdir.
Frederike Lehon
Frederiq Lehon (29 oktyabr 1980) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Frederiq Lehon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Frederiq Lehon
Frederiq Lehon (29 oktyabr 1980) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Frederiq Lehon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
II Levon
II Levon (24 yanvar 1236 – 6 fevral 1289, Kozan) — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon, 1236-cı ildə, Çar I Hetum ilə kraliça I İzabella cütünün oğlu olaraq doğuldu. Levonun bacılarından Sibilla, VI Bohemund ilə evlənərək Ermənistan ilə Antakya arasında sülhü təmin etmişdir. == Gəncliyi == 1266-cı ildə, atası I Hetum, Monqol sarayını ziyarət etmək üçün gedəndə, Levon və qardaşı Toros Məmlüklərlə döyüşürdülər. Bunun nəticəsində Toros öldürüldü, Levon digər 40.000 erməni əsgərlə tutulub, əsir edildilər. I Hetum geri qayıdanda, oğlunu geri götürmək üçün yüklü miqdar pul və bir çox qalanı verdi. == Hakimiyyəti == I Hetum, taxtdan oğulu lehinə 1269-cu ildə çəkildi və Fransiskan təriqətinə girdi. Bir il sonra da öldü. Yeni çar II Levon dindar olaraq tanınır və özünü xristianlığa həsr etmişdi. İtalyanlar ilə var olanları yeniliyerek, katalanlar ilə yeni ticarət razılaşmaları edərək Qərb ilə aktiv ticarəti davam etdirdi.
I Levon
I Levon (erm. Լևոն Բ; 1150, Kilikiya Erməni Çarlığı – 2 may 1219, Kozan, Kilikiya Erməni Çarlığı) — Kilikiya Erməni Çarlığının ilk kralı. 1198–1219-cu illərdə hakimiyyətdə olmuşdur. I Levon Kilikiya Erməni Çarlığının qurucusu hesab edilir. Siyasi baxımdan böyük uğurlar əldə etməsədə, daxil dövlətçilik məsələlərində uğur qazanmışdır. Levonun hakmiyyəti dövründə çarlığ xeyli güclənmişdir. Xaç yürüşlərinə qatılan ordulara xüsusi dəstək göstərmişdir. Xristian mənbələrində səlibçilərin ərzaq, silah və minik vasitələrinə olan ehtiyaclarının böyük bir qismi I Levon tərəfindən ödənilməsi göstərilmişdir. Xaç yürüşünün iştirakçılarına lazım olan dəstək verməsi, Levonun Vatikan ilə münasibətlərini yaxşılaşdırmışdır. I Levon 1198-ci ilin 6 yanvar tarixində Vatikanın dəstəyi ilə Tarsus şəhərində yerləşən Müqqədəs Söz Kilsəsində Kilikiya Erməni Çarlığının kralı olaraq taxta çıxmışdır.
Lebon-Reqis
Lebon-Reqis (port. Lebon Régis) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 12331 nəfərdir. Ərazisi 990,74 km²-dir. Əhalinin sıxlığı 13,1 nəfər/km²-dir. Bələdiyyə 26 iyun 1934-cü ildə yaradılmışdır. Bələdiyyənin bayramı 19 dekabrdır.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. == Karyerası == Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Levon Aronyan
Levon Aronyan (erm. Լևոն Գրիգորի Արոնյան; 6 oktyabr 1982, İrəvan) — şahmat üzrə erməni əsilli ABŞ qrosmeysteri. Aronyan 2003-cü ildə Ermənistanı təmsil edirdi, sonralar təxminən bir il müddətində 2004-cü ilə qədər Almaniyanı, 2004-cü ildən 2021-ci ilin sonlarına kimi yenidən Ermənistanı təmsil edib. Aronyan 2021-ci ilin fevral ayının sonlarında Ermənistan şahmat federasiyasından ABŞ federasiyasına keçmək qərarını açıqladı və idmana dövlət dəstəyinin azalması ilə əlaqələndirdi. 2021-ci ilin dekabrından etibarən ABŞ-ni təmsil edir.1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir, ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub. == Uğurları == Dünya Kuboku, Linares, Veyk-an Zee (iki dəfə) kimi turnirlərin qalibidir.
Levon Larents
Levon Larents (Kirişçiyan) (erm. Լևոն Լարենց (Քիրիշճյան), d. 1875 – ö. 24 aprel 1915) — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru, şairi və müəllimi. == Bioqrafiya == Levon Larents 1875-ci ildə İstanbulun Samatiya səmtində erməni əsilli bir ailədə anadan olmuşdur. Təhsilini 1902-ci ildə məzun olduğu yerli Robert Kollecində tamamlamışdır. Larents Robert Kollecində təhsil alan zamanlarda dostları ilə birlikdə "Zepur" adlı ermənidilli bir jurnalı nəşr edirdi. Məzuniyyətindən qısa bir müddət sonra Larents "Puzantion" qəzetinə yardım etməyə başlamışdır. Daha sonra Adabazarına köçərək oradakı "Qetronaqan Məktəbi"ndə Sivilizasiya tarixi dərsi keçirdi.Larents 1905-ci ildə Hnçak siyasi partiyasının islahat hərəkatının bir parçası halına gələn Osmanlı İmperiyasındakı ictimai təzyiqdən qaçaraq ABŞ-yə qaçmışdır. Larents Masseçusets ştatının Boston şəhərində ikən, iki il "Tsayn Hayreneats" (azərb.
Levon Mirzoyan
Levon İsaeviç Mirzoyan (14 noyabr 1897, Heşan, DQMV – 26 fevral 1939, Moskva) sovet — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). == Həyatı == Levon Mirzoyan 1920–1925-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı, Azərbaycan KP Bakı komitəsinin katibi olub. 1925–1929-cu illərdə Azərbaycan KP MK-nin sədri vəzifəsində çalışıb. 1929–1933-cü illərdə dairə komitəsinin katibi, sonra KP Ural vilayət komitəsinin 2-ci katibi işləyib. 1933-cü ildən partiyanın Qazaxıstan vilayəti 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. SSRİ MSK üzvü olub. Lenin ordeni alıb. 1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefortovo həbsxanasında güllələnib. 1958-ci ildə bəraət alıb.
Levon Çorbacıyan
Levon Çorbacyan (ing. Levon Chorbajian) — erməniəsilli ABŞ sosioloqu. O, Massaçusets Lovell Universitetinin professoru və Zoryan Müasir Ermənişünaslıq və Sənədləşdirmə İnstitutunun ABŞ bölməsinin direktorudur. Çorbacyan sosialist və proqressiv siyasətlə məşğuldur, neoliberalizmin tənqidçisidir. == Əsərləri == MüəllifEgan, Daniel; Chorbajian, Levon. Power: A Critical Reader. Pearson. 2004. ISBN 978-0131834385. Chorbajian, Levon; Mutafian, Claude; Donabedian, Patrick.
Levon Çukasyan
Levon Babkeni Çukasyan (erm. Լևոն Բաբկենի Չուգասզյան; 9 aprel 1952, İrəvan) — Ermənistan sənətşünası. O həmçinin, YUNESKO-nun erməni incəsənəti tarixi üzrə sədridir. Hazırda Çukasyan həm də İrəvan Dövlət Universitetinin erməni incəsənətinin tarixi və nəzəriyyəsi kafedrasının rəhbəridir. Professor Çukazyan postsovet ölkələri, Avropa və ABŞ universitetlərində, xüsusən də orta əsr erməni incəsənətinə dair çoxsaylı mühazirələr oxumuş, Los-Ancelesdəki Kaliforniya Universitetində erməni incəsənəti üzrə kurslar tədris etmişdir. == Seçilmiş əsərləri == "Կիրակոս Ծաղկող (The Painter Kirakos)." Usanoghakan Gitakan Asxatank'ner. vol. 17, 1975. "Մատենադարանի № 5576 ձեռագրի դրվագված կազմի մասին" ("On the Chased Binding of Manuscript № 5576 at the Matenadaran"). Patma-Banasirakan Handes.