Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laləcin
Laləcin (yerli xalqın tələffüzü ilə Ləlin) — İranın Həmədan ostanının şimalındakı Bahar şəhristanının Laləcin bəxşində yerləşən şəhər, həmin bəxşin inzibati mərkəzi. Həmədandan 20 km., Bahardan 9 km. məsafədə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən nüfusu 14,724 nəfərdir. Əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir. Laləcin Yaxın Şərqdə keramika və dulusçuluğun mərkəzi kimi tanınır. Laləcin əhalisinin böyük əksəriyyəti bu sənətlə məşğuldur.
Laləcin bəxşi
Laləcin bəxşi (fars. بخش لالجین‎) — İranın Həmədan ostanının Bahar şəhristanında bəxş. Əhalisi 2006-cı il əhalinin sıyahıya alınmasına əsasən 10 635 ailədə 44 568 nəfərdir. Bəxşin iki şəhəri (Laləcin və Mühaciran), iki dehistanı (Mühaciran dehistanı və Sufalqaran dehistanı) var.
Maregun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Cek Laleyn
Francois Henri LaLanne (ing. Jack LaLanne; 26 sentyabr 1914 – 23 yanvar 2011) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Şalqun (Sərab)
Şalqun (fars. شالقون‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 909 nəfər yaşayır (239 ailə).
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Alequ (Çaroymaq)
Alequ (fars. القو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 240 nəfər yaşayır (45 ailə).
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. == Su reestrinin məlumatı == Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.