LƏNƏT

[ər.] лянет; lənət etmək (eləmək, oxumaq, yağdırmaq) лянет авун (кӀелун, къурун), лянетун, къаргъишун; ** lənət sənə, kor şeytan! лянет шейтӀандиз!
LƏNDƏHOR
LƏNƏTLƏMƏK
OBASTAN VİKİ
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Lənət mətnləri
Lənət mətnləri və ya qadağan siyahıları ironun düşmənlərini, əksər hallarda Misir dövlətinin düşmənlərini və ya narahat törədən xarici qonşuları sadalayan qədim Misir ieratik mətnlər. Bu mətnlər ən çox hədəfə alınmış əcnəbilərin heykəlciklərinə, kasalara və ya sonradan məhv edilmiş gil və ya daş bloklarına yazılmışdır. Adların qırılması və basdırılması mərasimi mətnlərdə adları çəkilən şəxslərə və ya qurumlara təsir edəcək bir növ simpatik sehr kimi nəzərdə tutulmuşdu. Parçalar adətən qəbirlərin və ya ritual yerlərin yaxınlığında yerləşdirilirdi. Bu təcrübə Misirin Asiya qonşuları ilə münaqişə zamanı ən çox yayılmışdır. == Lənət ritualı == Lənət ritualı düşmənlərin qarşısını almaq və ya onları məhv etmək prosesi idi. Adətən kiçik heykəlcik, lakin bəzi hallarda insan qurbanı kimi ritual obyekt(lər) bağlanar, sonra parçalanar, tapdalanar, bıçaqlanar, kəsilər, nizələnər, üzərinə tüpürülər, qutuya bağlanar, yandırılar, sidiklənər və nəhayət basdırılardı. Buna baxmayaraq, hər bir lənət əvvəlki komponentlərin hamısını əhatə etmirdi. Tam bir ayin bu hərəkətlərdən hər hansı birini dəfələrlə istifadə edə bilər. Yazılan ayinlərdən birində "ona dörd dəfə tüpürmək ...
Lənət (film, 2004)
Bu film Takaşi Şimuzunun eyni adlı əsəri əsasında çəkilmiş filmdir. == Məzmun == Karen Yaponiyada ictimai vəzifə təhsili alan, bir dəyişmə proqramı tələbəsidir. Hər şeydən xəbərsiz bir şəkildə o gün işə gəlməyən bir tibb bacısının yerinə işləyir. Evə daxil olanda, yaşlı bir qadın olan Emmanın qəribə vəziyyətdə evdə donmuş şəkildə oturduğunu görür. Yaralanmış və panikada olan qadının yanına doğru yaxınlaşarkən, üst mərtəbədən qəribə səslər eşidir. Nə olduğunu araşdırdığında, xəyal belə edəbilməyəcəyi qədər qorxuducu bir kabusla qarşılaşır. İllər öncə bu evdə yaşanan bir uğursuzluq, evin içindəki ölüm zəncirinin səbəbidir. Daha çox insan öldükcə, Karen bu dəhşətli intiqam lənətinin sirrini öyrənir.
Lənət 2 (film, 2006)
Lənət 2 (ing. The Grudge 2) Amerika və Yaponiya istehsalı olan 2006-cı ildə rejissor Takaşi Şimizu tərəfindən çəkilmiş qorxu/triller filmidir. Özünün eyni adlı əsəri əsasında 2004-cü ildə çəkmiş olduğu "Lənət" filminin davamıdır. == Məzmun == 3 gənc tələbə qız Elison, Vanessa və Miyoki Yaponiyada təhsil alırlar. Bir gün rəfiqələrinin təkidi ilə Elison bir evə gəlib çıxır. Hansıkı 2 il əvvəl Karen tərəfindən yandırılmış ev. Lakin rəfiqələrinin zarafatı ilə üzləşən Elison onlar tərəfindən bir otağa zəbt edilir. Daha sonra isə Kayakonun kabusunu görən Elison qışqıraraq oradan uzaqlaşır. Lakin qızlar qaçmaqla hər şeyin həll edildiyini düşünürlər. Onlar bilmirlər ki, lənətlənmiş evə giriblər və bu lənət onları öldürməyənə qədər əl çəkməyəcək.
Lənət 3 (film, 2009)
Lənət 3 — "Lənət" qorxu filminin üçüncü seriyası. ABŞ və Yaponiya istehsalı olan bu film 2009-cu ildə rejissor Tobi Uilkins tərəfindən hazırlanıb. Bu dəfə isə Takaşı Şımizu prodüser kürsüsündə əyləşib. == Məzmun == Hadisələr Çikakoda cərəyan edir. Liza balaca bacısı Rouz və böyük qardaşı Maks ilə birgə Çikakoda yaşayır. Lakin bir gün Kayakonun lənəti bura da gəlib çıxır. Çoxlu sirli ölümlərin, yoxolmaların və həyəcan dolu qorxulu anlardan sonra Liza lənətə qalib gəldiyini düşünərək sağ qalan bacısı Rouz ilə başqa şəhərə köçmək qərarına gəlir. Amma xəbəri yoxdur ki, lənət heç vaxt ölməyəcək.
Muro: Lənət olsun içimdəki insan sevgisinə
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Muro: Lənət olsun içimdəki insan sevgisinə (film, 2008)
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında (ing. Anacondas: The Hunt for the Blood Orchid) 2004-cü ildə Dwight H. Little tərəfindən çəkilmiş Amerika macəra qorxu filmidir. Bu, Anakonda (film,1997) filminin müstəqil davamı və Anakonda seriyasının ikinci hissəsidir. Film Cənub-Şərqi Asiyanın tropik adası Borneoya insanlara daha uzun və sağlam həyat gətirəcəyinə inandıqları müqəddəs çiçək üçün ekspedisiyaya gedən tədqiqatçılar qrupundan bəhs edir. Lakin tezliklə onları adada yaşayan anakondalar təqib edir və ovlayır. Sələfi kimi, bu film də mənfi rəylər aldı, lakin maliyyə sahəsində uğur qazandı. Filmin ardınca 2008-ci ildə Anakonda 3: Övlad adlı davam filmi çəkildi. == Məzmun == Dr. Cek Bayron, Qordon Mitçell, Sem Rocers, Qeyl Stern, Koul Börris ve Dr. Ben Duqlas da daxil olmaqla Nyu York dərman firması Wexel Hall tərəfindən maliyyələşdirilən bir tədqiqatçı qrupu Borneo'dakı bir meşəyə, perrinnia Immortalis adında bir çiçəyi tapmaq üçün yollanır.
Fironların lənəti
Fironların lənəti — iddiaya görə, Qədim Misirin kraliyyət şəxslərinin məzarlarına və mumiyalarına toxunan insanın başına gələn lənət. Lənət əsasən 1922-ci ildə Tutanxamon türbəsinin açılmasından sonrakı bir neçə il ərzində baş verən ölümlərlə əlaqələndirilir. Bəzən lənət Misirdən kənarda qədim məzarların açılmasına da aid edilir: Səmərqənddə Əmir Teymurun məzarı (1941), Krakovda Böyük Kazimirin məzarı (1973), Alp dağlarında Ötzinin mumiyası (1991), Altay Respublikasında Ukok şahzadəsinin məzarı (1993). Lənətin sehrli mahiyyəti elmdə inkar edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Day J. The Mummy's Curse: Mummymania in the English-speaking World. Routledge. 2006. ISBN 978-0415340229.
Harri Potter və Lənətlənmiş Uşaq
Harri Potter və Lənətlənmiş Uşaq (ing. Harry Potter and the Cursed Child) — Cek Torn tərəfindən Coan Roulinqin, Con Tifani birgə Harri Potter seriası əsasında yazılmış və serianın səkkizinci kitabı sayılan iki hissəlik pyesdir. Kitabın təqdimatının 30 iyul 2016-cı ildə İngiltərənin Palas Teatrında baş tutacağı gözlənilir. Kitabda hadisələr Harri Potter və Ölüm Hədiyyələrindən sonrakı Harri Potterin Maqiya Nazirliyindəki rolundan və kiçik oğlu Albus Severus Potterdən bəhs edir. == Qısa məzmun == Pyesin rəsmi qısa məzmunu 23 oktyabr 2015-ci ildə ictimayyətə açıqlandı. Harri Potter olmaq hər zaman çətin olmuşdur eləcə də Maqiya Nazirliyində işləmək, ər və üç uşaq atası üçün də heç də asan deyildir. Harri keçmişin izlərindən xilas olmaq üçün hara aid olduğunu inkar etdiyi bir vaxt, kiçik oğlu Albus istəmədiyi bu ailə mirası əfsanəsi ilə mübarizə aparmalıdır. Ata və oğul narahat edici həqiqətlər ilə qarşılaşırlar. Təbii olaraq qara qüvvələr gözlənilməyən yerdən qayıdırlar. == İnkişaf == 2013-cü ilin dekabr ayında Harri Potter haqqında tamaşaya qoyulacaq pyes üçün hazırlıq işlərinin getdiyi xəbəri verildi, və bunu 2016-cı ildə baş tutacağı bildirildi.
Hellouin 6: Maykl Mayersin lənəti (film, 1995)
Hellovin 6: Maykl Mayersin lənəti (ing. Halloween: The Curse of Michael Myers) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Hellovin 6: Maykl Mayersin lənəti (film, 1995)
Hellovin 6: Maykl Mayersin lənəti (ing. Halloween: The Curse of Michael Myers) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Karib dənizinin quldurları: Qara mirvarinin lənəti (film, 2003)
Lənətə gələnlər
"Lənətə gələnlər" — yazıçı Rövşən Yerfinin ən çox oxunan əsərlərindən biridir. 2008-ci ildə yazılmış, 2014-cü ildə çap olunmuşdur. == Əsər haqqında == Əsərdə bir ailənin timsalında cəmiyyətimizdəki acı reallıqların, mənəviyyatımızdakı aşınmaların təsviri verilir. Kitab oxucunu bəhs edilən məsələlərlə bağlı düşünməyə vadar edir. == Qısa məzmunu == Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması. Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi. == Çapı == Kitab 2014-cü ildə çap olunub. Kitabxana.net Milli Virtual kitabxanasında, Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında, Android əməliyyat sistemində və digər internet saytlarında yayımlanır. == Xarici keçidlər == Siz də “lənətə gələnlər”dənsiniz!
Tekumse lənəti
Tekumse lənəti (ing. Tecumseh′s curse), həmçinin ABŞ prezidentlərinin lənəti, prezident lənəti kimi də tanınır - vaxtilə ölmüş şauni tayfasının hindu döyüşçüsü olan Tekumse tərəfindən ağların danışıqları pozmasına görə, lənət haqqında əfsanə. Lənət hər 20 ildən bir seçilən ABŞ prezidentinin öldürülməsi və yaxud prezidentlik səlahiyyətləri vaxtı ölməsini özündə əks etdirmişdir. Birinci nəsildən başlayaraq seçildiyi illərin sonu sıfırla bitən 3 prezidentdən başqa qalanlarının hamısı vəzifəsini icra edərkən ölmüşdür. Bir neçə mənbəyə əsasən bu lənət yeddinci nəsilə qədər öz təsirini göstərir. Birinci nəsil - Uilyam Harrison - 1840-cı ildə prezident seçilmişdir. 4 aprel 1841-ci ildə sətəlcəm xəstəliyindən ölmüşdür İkinci nəsil - Avraam Linkoln - 1860-cı ildə preziden seçilmişdir. 14 aprel 1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür Üçüncü nəsil - Ceyms Qarfild - 1880-ci ildə seçilmişdir. 19 sentyabr 1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən öldürülmüşdür Dördüncü nəsil - Uilyam Mak-Kinli - 1900-cu ildə yenidən prezident seçilmişdir. 14 sentyabr 1901-ci ildə sərgidə anarxist tərəfindən öldürülmüşdür Beşinci nəsil - Uorren Hardinq - 1920-ci ildə seçilmişdir.
Xatirənin lənətlənməsi
Xatirənin lənətlənməsi və ya Xatirədən silinmə (latınca abolitio memoriae, memoria damnata, Damnatio memoriae) Roma imperiyasında ölüm cəzasının bir forması olub xüsusən dövlət cinayətkarlarına, uzurpatlara (qanunsuz hakimiyyəti ələ keçirənlər), sui-qəsd iştirakçılarına, öz imperator adına ləkə gətirənlərə (ölümündən sonra) tətbiq edilirdi. Cinayətkarı xatırladan və mövcudluğunu sübut edən hər bir material: büst, heykəl, qəbirüstü yazı, qanun və əlyazmalar məhv edilirdi. Bəzən bu sözü gedən şəxsin ailə üzvülərinə və ya bütünlüklə ailəsinə də şamil edilirdi. Bəzən bu damğa siyasi iradədən və maraqlardan asılı olaraq heç də mütləq xarakter daşımırdı, belə ki, Neronun xatirəsi ölümündən sonra lənətlənsə də, hakimiyyəti ələ keçirən Vitelliy onu ləğv etdirir və adını dövlətin şanına layiq görür. Domisian yeganə imperatordır kı, xatirənin lənətlənməsi damğası rəsmi olaraq ləğv edilməmişdir. Xatirənin lənətlənməsina layiqlərdən bir olan Kommodun adı Roma şəhərinin monumentləri üzərindən (Mark Avrelinin barelyefindən Kommodun təsviri silinmişdir ) silinsə də şəxsi evlərdə və əyalətlərdə saxlanılmaqda idi və hətta Septimiy Sever onu ilahiləşdirərək Allahlara aid etmişdir. Bu kodeks müasir dövrümüzdə də (SSRİ və Latın Amerika ölkələrində) tətbiq edilmişdir.
Çakinin lənəti (film, 2013)
Çakinin lənəti (ing. Curse of Chucky) — 2013-cü ildə istehsal olunmuş ABŞ filmidir. Filmin distribütori "Universal Studios Home Entertainment" kinokompaniyasıdır. == Məzmun == Cavan qız Nikanın anası ölür. Hamı onun özünü öldürdüyünü güman edir. Lakin Nika bu hadisəyə şübhə ilə yanaşmağa başlayır. Onu dəstəkləmək məqsədilə Nikanın evinə, böyük bacısı Barbara, qızı Elis, həyat yoldaşı Yan, keşiş olan Ata Frenk və dayə Cill köçür. Bu müddətdə Nikanın evinə kuryerlərdən biri gəlir və ona naməlum ünvandan qutu gətirir. Bu qutunun içində Çaki adlı oyuncaq olur. Oyuncaq Barbaranın qızı Elisin xoşuna gəlir və onu özünə götürür.
Karib dənizinin quldurları: Qara mirvarinin lənəti
Karib dənizinin quldurları: Qara mirvarinin lənəti (ing. Pirates of the Caribbean: The Curse of The Black Pearl) — Conni Depp, Kira Naytli və Orlando Blumun baş rolları paylaşdığı macəra filmi. 2004-cü ilin yanvar ayından etibarən, ABŞ-də 305,413,918 $, ümumidünyadan 348,850,097 $ qazanc əldə edərək, tam olaraq gəlirini $654,264,015 çatdırdı. Film ABŞ premyerasının ilk həftəsində 46,630,690 $ gəlir əldə etmişdi.
Resurs lənəti
Resurs lənəti (ing. resource curse), xammal lənəti, bolluq paradoksu (paradox of plenty) — İqtisadiyyat nəzəriyyəsində əhəmiyyətli təbii ehtiyat ehtiyatlarına malik olan bəzi ölkələrin çox vaxt ehtiyatları az olan və ya heç olmayan ölkələrlə müqayisədə iqtisadi cəhətdən daha az inkişaf etmiş hesab edilməsi ilə əlaqələndirilir. == Konsepsiya tarixi == "Resurs lənəti" termini ilk dəfə 1993-cü ildə Riçard Auti tərəfindən təbii sərvətlərlə zəngin ölkələrin bu sərvətdən öz iqtisadiyyatlarını inkişaf etdirmək üçün istifadə edə bilmədiyi və əksinə , iqtisadi artımı olan ölkələrdən daha az təbii ehtiyatlar, daha aşağı olduğu bir vəziyyəti təsvir etmək üçün istifadə edilmişdir. Bununla belə, təbii sərvətlərin üstünlük deyil, ölkənin lənəti ola biləcəyi fikri hələ XX əsrin 80-ci illərində ortaya çıxmağa başladı. Müxtəlif tədqiqatlar, o cümlədən J. Saks və A. Varnerin məşhur əsəri, təbii ehtiyatların bolluğu ilə ölkənin zəif iqtisadi inkişafı arasında əlaqəni izləmişdir. Resurs bolluğunun iqtisadi artımla əlaqəsinin kəsilməsinin ən parlaq nümunələrindən biri neft hasil edən ölkələrdir. Beləliklə, 1965–1998-ci illərdə. OPEC ölkələrində adambaşına düşən ÜMM artımı orta hesabla 1,3%-ə düşüb, digər inkişaf etməkdə olan ölkələrdə isə orta hesabla 2,2%-ə düşüb. Bəzi müəlliflər iddia edirlər ki, xarici yardımla bağlı maliyyə axınları resurs lənəti kimi iqtisadiyyata təsir göstərə bilər. == Tənqidi == Eyni zamanda qeyd etmək lazımdır ki, əhəmiyyətli təbii sərvət ehtiyatlarına malik olan bir çox dövlətlər yüksək rifah və sənaye tərəqqisinə nail ola bilərlər.
Hellouin: Maykl Mayersin lənəti
Hellovin 6: Maykl Mayersin lənəti (ing. Halloween: The Curse of Michael Myers) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir.

Digər lüğətlərdə