LALƏRUX
LALƏZƏR
OBASTAN VİKİ
Laləzar
Laləzar (Şamaxı)
Laləzar (Marağa)
Laləzar (fars. ‎‎‎‎لاله زار‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə əhali yaşamır.
Laləzar (Şamaxı)
Laləzar — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Kənd əhalisi 474 nəfərdir ki, onunda 241 nəfəri kişi, 233 nəfəri isə qadınlar təşkil edir., 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Kərimbəyli Kiçik Quşçusu olmuşdur. Yaşayış məntəqəsi qədim türk tayfalarından olan quşçuların kərimbəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. 1960 illərdə adı dəyişdirilərək Laləzar adlandırılmışdır. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Laləzar Hüseynova
Laləzar Ramil qızı Hűseynova — "Dağıstan Respublikasinin əməkdar artisti", "Azərbaycan Respublikasının əməkdar mədəniyyət ișçisi", Qusar Ləzgi Dövlət Dram teatrının baş rejissoru, aktrisa. == Həyatı == Laləzar Ramil qızı Hűseynova 1964-cü ildə anadan olmușdur. Bakı şəhəri mədəni maarif texnikomunu" bədii yaradıcılıq kollektivinin rəhbəri" fakultesini ferqlenme diplomu ilə bitirib. Azərbaycan Mədəniyyət və Incəsənət Univerisitetinin "Musiqi teatr rejissoru" ixtisasını fərqlenmə diplomu ilə bitirib. 1995-ci ildən Dərbənd teatrında aktrisa vəzifəsində fəaliyyətə başlamişdır. 2004-cü ildə rejissor köməkçisi 2007-ci ildə qurulușçu rejissor 2011-ci ildən bu gunə qədər teatrda baş rejissor vazifəsinde çalışır. 2008-ci ildə Dagıstan Respublikasının əməkdar artisti fexri adina layiq görŭlmŭşdŭr. 2013-cŭ ildə Azerbaycan Respublikasinin əməkdar mədeniyyət ișçisi fexri adina layiq görŭlmŭșdŭr. Heydər Əliyevin 80 illik yubileyi műnasibəti ilə ədəbi-musiqili kompozisiya Novruz bayrami və s. 2007–2013-cü illərdə teatr hər il L. Hüseynovanin tamașaları ilə Azerbaycan Respublikasında (Bakıda, Sumqayıtda, Gəncədə, Ağsu,Șamaxı, Qəbələ, Oguz,Șəki, Quba, Qusar, Xaçmaz, Xızı)qastrol səfərində olmușdur.
Laləzar Mustafayeva
Laləzar Mustafayeva (30 sentyabr 1962, Qullar, Balakən rayonu) — Azərbaycan aktrisası, qiraət ustası, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun ("Özümüzü kəsən qılınc"), Məlahət ("Rəqabət", B.Vahabzadə), Ameliya ("Dişi canavar", F.Q.Lorka), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə), Qumru müəllimə ("Ana intiqamı", V. Babanlı), Abbi Patnem ("Qarağaclar altında ehtiraslar", Y.O Nil), Məhin banu ("Fərhad və Şirin", S.Vurğun), Ziba xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Hüquqə xanım ("Bu dünyanın adamları", Hidayət), Kərbəlayi Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır. Aktrisa "Güllələnmə təxirə salınır" (Laləzar), "Gənc qadının əri" (Xalidə), "Uzun gecə" (Qadın), "Qəzəlxan" (Birinci arvad), "Qara volqa" (Pəncəli), "Divar" (Nazlı), "Ağ atlı oğlan" (Şəhla) bədii filmlərinə çəkilib. "Pəncərə" filmində Qumral roluna çəkilən Vüsalə Nəbiyevanın anasıdır. == Mükafatları == Cəfər Cabbarlı mükafatı (2010)Laləzar Mustafayeva teatr sənətindəki fəaliyyətinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.29 oktyabr 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib == Filmoqrafiya == Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: Şəhla Balaş və Mədinə (film, 2003) Biz qayıdacağıq (film, 2007) Boradigah (film, 2002) Dan ulduzu, tale ulduzu (film, 2001) Divar (film, 1991) Əhməd Bakıxanov (film, 2003) Gənc qadının kişisi (film, 1988) Girdiman (film, 2003) Güllələnmə təxirə salınır!... (film, 2002) Qara "Volqa" (film, 1994) Qəzəlxan (film, 1991) Lahıc (film, 2004) Ləyaqət hücrəsi (film, 2011) Mariya (film, 2004) Naftalan (film, 2003) Naxçıvan muzeyləri (film, 2003) Pəncərə (film, 1991) Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film) Səni axtarırıq... (film, 2013) Uzaq yaşıl ada (film, 2004) Yeraltı şəhərin izi ilə (film, 2004) == İstinadlar == == Mənbə == Rafiq Hacıyev. "O bahardan gələn...
Laləzar körpüsü
Laləzar körpüsü – Qubadlı rayonunun Əliquluuşağı kəndində yerləşən tarixi memarlıq abidəsi. == Abidə haqqında == Laləzar körpüsünün tikilmə tarixi 1867-ci il götürülür. Lakin bəzi mənbələr körpünün daha əvvəl, XVIII əsrdə tikildiyini bildirirlər. Bərgüşad çayı üzərində salınmış abidə bir tağlı olub alt hissəsi oval, yuxarı hissəsi düz formalıdır. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilmişdir. Laləzar körpüsünün eni 2,8 metr, su səthindən hündürlüyü 4,5 metrdir. XX əsrin birinci yarısında yaşayan yaşlı ağsaqqalların körpünün tikilməsi barədə danışdıqlarına görə, Laləzar adlı şəxsin atası Xoca Simon əsrin əvvəllərində Əliquluuşağı kəndindən olan bəydən baha qiymətə bağ sahəsi alır. Kəndin 2000 m-liyində olan bağ sahəsi satılandan sonra həmin bağla birlikdə 1000 ha-dan artıq böyük ərazi ermənilərin əlinə keçir.Xoca Simonun (Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin "Yazı düzü"ndə Xocanın varidatını alıb yoxsullara paylaması səhnəsinə rast gəlinir) oğlu Laləzar XIX əsrdə körpünü tikdirir. Məqsəd aclıq və səfalət içərisində yaşayan Zəngəzurun erməni kəndlərini Azərbaycan meşələrinə qovuşdurmaq olmuşdur. Keçən əsrin ortalarında Xınzırək (Xındzoresk), Dığ (Tex) və başqa erməni kəndlərinin qənşərindəki dağ yamacından camaat arasında "Erməni yolu" adlanan yol ilə ermənilər dəstə-dəstə odun, kömür və meşə materialları daşıyardılar.

Digər lüğətlərdə

возвеще́ние вса́сываться глазуро́вщик коробе́йничество приоде́ть рыгну́ть фагоцита́рный долгово́й концентрацио́нный опле́чный тле́нный цейтно́т bariatrics cherish harvest fish haul around oxter puzzle box squeamish unenthusiastic вытравить машинописный огорчиться рассчитаться спасание