Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liberiya
Liberiya — Qərbi Afrikada dövlət. Liberiya, rəsmi olaraq Liberiya Respublikası; Qərbi Afrika sahillərində yerləşir, şimal-qərbdən Sierra Leone, şimaldan Qvineya, Şərqdən Kot-d’İvuarla həmsərhətdir. Mənası "azadların torpağı" deməkdir. Liberiya əvvəllər qul kimi Afrikadan aparılmış Amerikalıların nəsilləri tərəfindən qurulmuşdur.Ən böyük və paytaxt şəhəri Monroviyadır. Rəsmi dili ingilis dilidir. == Coğrafiya == Olduqca mürəkkəb səthi əraziyə malik olan Liberyanın təxminən 560 km olan qumlu və alçaq sahil xətti boyunca kiçik göllər, bataqlıqlar və bəzən qayalıqlar uzanır. Genişliyi 23–40 km arasında dəyişən sahil zolağında yüngül kələ-kötür təpələr birdən-birə yüksələrək yeri dar bir meşə qurşağına buraxır. Orta hündürlüyü 180–300 m olan bu qurşağı meşə örtüyünün seyrəkləşdiyi bir plato əvəz edir. Vadilərlə yarılmış bu platonun yüksəkliyi 450–650 m arasında dəyişir. Liberyanın şimal bölgəsi dağlıqdır.
Liberiya Respublikası

Liberiya bayrağı
Liberiya bayrağı — Liberiyanın dövlət bayrağı ABŞ bayrağını xatırladır, bayraqda 11 zolaq (6 qırmızı və 5 ağ) və göy fonda ağ ulduz vardır. Liberiyanın bayrağı rəsmi olaraq, 1847-ci ildə qəbul edilib. Bayrağın 11 zolağı Liberiyanın müstəqillik bəyannaməsindəki imzaların sayı ilə eynilik təşkil edir. Qırmızı rəng cəsurluğu, ağ rəng isə mənəvi əsasları təmsil edir. Ağ rəngli beşguşəli ulduz Afrika materikində ilk müstəqil dövləti və qulların azadlığını tərənnüm edir. Mavi rəngli kvadrat isə Afrika materikinin və qardaşlığın rəmzidir. Dünya ticarət donanmasında ən çox Liberiyanın bayrağından istifadə olunur. Səbəb isə bu bayrağın istifadəsinə görə ticarət gəmilərindən ucuz rüsum haqqının alınmasıdır.
Liberiya himni
All Hail, Liberia, Hail! (azərb. Bütün şöhrət Liberiyaya, şöhrət!‎) — Liberiya dövlət himni. Himnin sözləri Deniel Beşiel Uorner ilə yazılıb (sonradan Liberiyanın üçüncü prezidenti), musiqi Olmstid Luka ilə qoşulub. == İngilis dilində himnin sözləri (orijinal) == All hail, Liberia, hail! All hail, Liberia, hail! This glorious land of liberty, Shall long be ours. Though new her name, Green be her fame, And mighty be her powers, And mighty be her powers. In joy and gladness, With our hearts united, We'll shout the freedom, Of a race benighted. Long live Liberia, happy land!
Azərbaycan–Liberiya münasibətləri
Azərbaycan–Liberiya münasibətləri — Azərbaycan Respublikası ilə Liberiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin may ayının 22-də qurulmuşdur.
Liberiya prezidentlərinin siyahısı
Liberiya Respublikasının Prezidenti (ing. President of the Republic of Liberia) Liberiya dövlət və hökumət başçısıdır. 1986-cı ildə qüvvəyə minmiş mövcud konstitusiyanın 50-ci maddəsinə görə, respublikanın icra hakimiyyəti, dövlət və hökumət başçısı və Liberiya Silahlı Qüvvələrinin baş komandanı olan prezidentə verilir. Prezident xalq səsverməsi yolu ilə seçilir və vəzifəsini cari ilin yanvar ayının üçüncü iş bazar ertəsi günortadan başlayaraq, seçkidən dərhal sonra (heç kim iki dövrdən çox prezident ola bilməz) altı il müddətinə vəzifə yerinə yetirir.
Liberiya Xarici İşlər Nazirliyi
Liberiya Xarici İşlər Nazirliyi — digər ölkələrlə əlaqələri idarə etməkdən məsuldur. Xarici İşlər Nazirliyinin binası Monroviya şəhərində yerləşir.. Liberiyanın Xarici İşlər Nazirliyi ölkə 1847-ci ildə müstəqil elan edildikdən sonra, 1848-ci ildə hökumətin kabinet səviyyəsində bir şöbəsi yaradılıb. Əvvəlcə "Dövlət Departamenti" adlanan nazirlik 1972-ci ilə qədər onun adını daşıdı. 1848-1981-ci illərdə hər bir xarici işlər naziri (əvvəlki "dövlət katibi") nazirliyi Liberiyanın ən sıx əhalisi olan Montserrado əyalətinə köçürdü.
Xarici İşlər Nazirliyi (Liberiya)

Liberiyada Birinci Vətəndaş müharibəsi
Liberiyada Birinci Vətəndaş müharibəsi — 1989-1996-cı illərdə Liberiyada 200 mindən çox insanın öldüyü daxili qarşıdurma. Münaqişə yalnız BMT və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin müdaxiləsindən sonra həll edildi. == Arxa fon == 1980-ci ildə Samuel Dou, Uilyam Riçard Tolbertə qarşı bir çevrilişlə hakimiyyətə gəldi və Liberiyanın ilk Amerikalı olmayan Liberiya prezidenti oldu. Doe bir hərbi rejim qurdu və əvvəlcə azad edilmiş Amerika kölələri tərəfindən 1847-ci ildə ölkənin qurulmasından bəri iqtidara çıxışı xaric edilən Liberiya yerli qəbilələrinin geniş dəstəyini aldı. Dounun ölkəni islah edəcəyinə dair ümidlər tez bir zamanda azaldı və Dow, paranoyaya qədər ona qarşı bir çevriliş qorxusu ilə müxalifəti yatırmağa başladı. Söz verdiyi kimi, Dou 1985-ci ildə seçkilər keçirdi və ikinci turdan qaçmaq üçün prezident seçkilərində bir fərqlə qalib gəldi. Lakin beynəlxalq müşahidəçilər bu seçkiləri saxtalaşdırılmış hesab etdilər. == Müharibədən sonra iqtisadiyyat == Liberiyada vətəndaş müharibəsi başa çatan kimi, yerli əhali israrla əmanət olaraq yığdıqları pulları milli valyutaya keçirməyə çalışırdılar. Burada Liberiyanın milli valyutası qismində isə Liberiya dolları və amerikan dolları çıxış edir. Ölkədə baş verənlər öz növbəsində küçələrdə dollar rəsmlərindən ibarət küçə incəsənətinin yaranmasına təkan verdi.
Tiberiya
Tiberya (İvrit: טבריה; Tverya; Ərəbcə: طبرية; Taberiyye) — İsrailin şimal-şərqində şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir. Adını imperator Tiberiusdan almışdır. Şəhər 20-ci ildə Herod Antipas tərəfindən inşa etdirilmişdir.
İberiya
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
İberiya dağları
İberiya dağları (ispan Sistema Ibérico) İspaniya dağ sistemidir. == Coğrafiyası == Hündürlüyü 2314 m-dir (San-Miqel). İberiya dağları şərqdən və şimal-şərqdən Mərkəzi Kordilyer cənubi Pireneyə qədər davam edir. Geoloji quruluşuna göreə burada kvars və qumla örtülmüşdür. Dağın orta uzunluğu 450–500 km-dir. Şimaldan qərbdə (Sierra de la Demanda, Sieera del Monkayo), cənub-şərqdə (Sierra de Qudar) doğru uzanır. Qərb hissədə Sierra -Ministra massivi yerləşir. Şərq yamacı Aralıq dənizi bitkiləri örtülmüşdür. 1000 m hündürlüyə qədər palıd və vələs ağacları yayılmışdır. Ondan hündürdə isə fıstıq meşəsi yayılmışdır (1800–1900 m).
İberiya knyazlığı
İberiya Knyazlığı (gürcü: ქართლის საერისმთავრო, romanlaşdırılmış: kartlis saerismtavro) erkən orta əsrlərdə Gürcüstan aristokrasi. O, VI-IX əsrlər arasındakı interregnum dövründə, aparıcı siyasi hakimiyyətin bir-birinin ardınca knyazlar tərəfindən həyata keçirildiyi dövrdə çiçəkləndi.Knyazlıq Sasanilərin yerli kral Xosroid sülaləsinin sıxışdırılmasından qısa müddət sonra, təxminən 580-ci ildə quruldu; 888-ci ilə qədər davam etdi, padşahlıq Baqrationi sülaləsinin bir üzvü tərəfindən bərpa edildi. İberiyanın başçı knyazları bu dövr ərzində farslar, bizanslılar, xəzərlər, ərəblər və qonşu Qafqaz hökmdarları ilə qarşı-qarşıya qaldıqları üçün onun sərhədləri çox dəyişdi.Knyazlığın vaxtı Gürcüstan tarixində ən kəskin dövr idi; Prinsip gürcü xristian kilsəsinin son formalaşmasını, ana dilində ədəbi ənənənin ilk dəfə çiçəklənməsini, gürcü Baqratidlər ailəsinin yüksəlişini və müxtəlif feodal anklavlarının mədəni və siyasi birləşməsinin başlanğıcını gördü.
İberiya krallığı
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
İberiya kərtənkələsi
İberiya kərtənkələsi (lat. Lacerta schreiberi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Növün latın adı Avtriya zooloqu Eqida Şrayberin şərəfinə (1836–1913) adlandırılıb. İri kərtənkələdir, quyruqsuz uzunluğu 13,5 sm, quyruğunun uzunluğu isə 38 sm təşkil edir. Bu növ parlaq rəngi ilə seçilir. Beli yaşıl olur və üzəri qara noqtələrlə örtülür. Başı və boynu parlaq göy rəngdədir. Dişilər qəhvəyi-yaşıl olur. Qidasının əsasını cücülər, sürünənlər, bala quşlar və meyvələr təşkil edir. Bu növ qida axtararkən aktiv olur.
İberiya süsəni
Gürcü süsəni (lat. Iris iberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6-7 sm uzunluğunda, ağımtıl-sarı və tünd-qara ləkə və orta hissədə dırnaqcıqda tünd-qara tükcüklər var.
İberiya yarımadası
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
İberiya çarlığı
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
Adam (İberiya çarı)
Adam (gürc. ადამი) — İberiya çarı. Onun üç illik hökmranlığı orta əsr gürcü salnamələrində az xatırlanmışdır. Adam haqqında başqa yerdə məlumat verilməmişdir. Professor Kirill Tumanov Adamın 132–135-ci illərdə hakimiyyətdə olduğunu təklif edir. Müasir alimlər padşahın adının qədim Qafqaz hakim və zadəgan ailələrində qeyri-adi bir ad olmayan Radamistin təhrif olunmuş forması olduğunu güman edirlər.
II Arşak (İberiya çarı)
II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur. == Mənşəyi == Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur.
I Arşak (İberiya çarı)
I Artaksias yaxud Arşak — erməni əsilli İberiya çarı. Parnajoma üsyan edən əyanlar tərəfindən İberiya taxtına oturdulmuşdu. Hakimiyyət dövrü sakit keçmiş, Cavaxeti bölgəsindəki Tsunda qalasını möhkəmlətmişdi. Yerinə oğlu Artuş keçdi.
Liquriya
Liquriya — İtaliyanın 1948-cil il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Genuya şəhəridir. == Əhalisi == 1.614.924 milyon nəfərdir. == Sahəsi == 5.420 km²-dir.
Nigeriya
Nigeriya (ing. Nigeria) və ya rəsmi adı ilə Nigeriya Federativ Respublikası (ing. Federal Republic of Nigeria) – Qərbi Afrikada dövlət. Nigeriya Atlantik okeanın Qvineya körfəzi sahilində yerləşir. Qərbdən Benin, şimaldan Niger, şimal-şərqdən Çad və şərqdən isə Kamerunla həmsərhəddir. Paytaxtı Abuca, ən böyük şəhəri Laqos, ümumi sahəsi 923,769 kvadrat kilometr, əhalisinin sayı 206 milyon nəfərdən çoxdur. Nigeriya əhalisinin sayına görə Afrikada birinci, dünya ölkələri arasında isə yeddinci yerdədir. == Coğrafiyası == Ölkənin ərazisi 923.768 km²-dir . Nigeriya, cənub-qərbi Afrika sahilində, 3°57’ və 13°54’ şimal paralelləri 2°39’ ve 14°38’ şərq meridianları arasında yerləşir. Şərqində Kamerun , Şimal qərbində Çad, şimalında Niger və qərbində Benin dövlətləri ilə sərhədlənir.
Tiberia
Tiberya (İvrit: טבריה; Tverya; Ərəbcə: طبرية; Taberiyye) — İsrailin şimal-şərqində şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir. Adını imperator Tiberiusdan almışdır. Şəhər 20-ci ildə Herod Antipas tərəfindən inşa etdirilmişdir.
Centaurea iberica subsp. iberica
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == Calcitrapa iberica (Trevir. ex Spreng.) Schur Calcitrapa iberica Spreng. Centaurea aegyptiaca Sm. Centaurea iberica var. iberica Centaurea iberica subsp. iberica Centaurea macracantha Heldr. ex Boiss. Centaurea noeana Boiss.
Centaurea iberica var. iberica

Ciyərəoxşar lobariya
Ciyərəoxşar lobariya (lat. Lobaria pulmonaria) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu iri, yarpaq formalıdır, bəzən diametri 30 sm-ə çatır, dilimli-lövhəciklidir, substrata homfla yapışır. Tallomun üst səthi boz –ayşıl, yaşıl-zeytuni yaxud qəhvəyidir, az-çox xüsusən də uclarda parıltılıdır, nahamar torlu, batıq çökəkciklidir. Tallomun üst səthində qonur-ağ yaxud boz soralilər, çubuqşəkilli soredil zizdiyalar səpələnmişdir. Alt səthi açıq, sarımtıl–qəhvəyi, bəzən qaramtıl rəngli, sıx ridzinlərlə örtülüdür. Apotesilərə çox rast gəlinmir, lövhəciklərin qırağında yerləşirlər, diametri 2–5 mm, oturaqdır, kasaşəkillidirlər, diski qırmızı-qəhvəyi rənglidir, əvvəl batıq, sonra yastılaşır. Tallomun rəngi KOH-ın təsirində dəyişmir. Özəyi KOH əvvəl saralır, sonra isə qızarır.
Liberian Girl
Liberian Girl (azərb. Liberiyalı qız‎) — Maykl Ceksonun mahnısı.
Liquriya Respublikası
Liquriya Respublikası (it. Repubblica Ligure, liq. Repùbrica Lìgure) — İtaliyanın Liquriya regionunda mövcud olmuş kukla dövlət. 1797-ci ildə Genuya Respublikası Napoleon tərəfindən işğal edildikdə, bu dövləti ləğv etdi və yerində Liquriya Respublikasını yaratdı. 1805-ci ildə Napoleon bu dövləti ləğv etdi və Fransa İmperiyasına bağladı. 1814-cü ildə Napoleon müharibələrdə qəti şəkildə məğlub olduqda, bu dövlət yenidən quruldu, lakin 1815-ci ildə Vyana konqresində Sardiniya Krallığına verildi və ilhaq edildi.
Liquriya bayrağı
Liquriya bayrağı (liq. Bandêa da Ligûria) – İtaliyanın Liquriya regionunun rəsmi simvollarından biridir. 7 iyul 1997-ci ildə qəbul edilib. == Simvolizm == Hər bir rəngin öz mənası var: Yaşıl rəng Liquriya Alplarını və Apennini simvolizə edir. Qırmızı rəng İtaliyanın birləşdirilməsi üçün tökülən qanları simvolizə edir. Göy rəng Liquriya dənizini simvolizə edir.Bayrağın ortasında Liquriyanın gerbi yerləşir. Karavella regionun ticarət və dənizçilik keçmişini təmsil edir. Onun üstündə Genuya Respublikasının və Genuya şəhərinin bayrağı yerləşir. Dörd ədəd altıguşəli ulduz isə Liquriyanın 4 əyalətini təmsil edir: Genuya, Spetsiya, İmperiya və Savona.
Liquriya dili
Liquriya dili (lìgure) – keçmiş Genuya Respublikasının ərazisində, Şimali İtaliyanın Liquriya regionunda, Fransanın Aralıq dənizi sahillərində, Monakada, Korsikada yerləşən Bonifaço qəsəbəsində və Sardiniyanın bəzi bölgələrində danışılan qallo-italyan dil. Qallo-italyan dili olsa da, mərkəzi və cənubi İtaliyanın italo-romans qrupuna aid xüsusiyyətlərə malikdir. Liquriyanın paytaxtı Genuyada danışılan Genuya dili bu dilin ləhcəsi hesab olunur. Ənənəvi olaraq "İtalyan ləhcələrinə" aid edilir. Bu dilin 500 mindən artıq daşıyıcısı var. Liquriya dilində ədəbiyyatın tarixi XIII əsrə qədər uzanır. Luçetto, Martin Piacco və Ciakomo Kavalli kimi şəxslər liquriyaca ədəbiyyatın mənsubları olmuşdurlar. == Status == Liquriya dilinin İtaliyada heç bir statusu yoxdur və qanunla qorunmur. İtaliyadakı digər dillər və dialektlər kimi Liquriya dilinin danışanlarının sayı getdikcə azalmaqdadır. 2012-ci ilin statistikasına görə əhalinin ancaq 9%-i dostlar və ailələrlə bu dildə danışır.