Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Longing for Dawn
Longing for Dawn — 2002-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == 2005-ci ildə qrupun ilk debüt "One Lonely Path" adlı albomu buraxıldı. Bu albomdan sonra Grau Records şirkəti ilə müqavilə imzalayaraq, daha sonra 2007-ci ildə "A Treacherous Ascension" və 2009-cu ildə "Between Elation and Despair" adlı üçüncü studio albomu buraxıldı. Bu albom qrupunun ən məşhur albomu olmuşdur.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Vadims Logins
Vadims Logins (d. 30.12.1981, Rezekne, Latviya SSR, SSRİ) – Latviya futbolçusu. Almaniyanın Lokomotiv Leypsiq klubunun üzvüdür. == Karyera == Karyerasına Rezekne şəhərinin eyniadlı komandasında başlayıb və 16 oyun keçirib. 2000-ci ildə Dinaburqa transfer olunub. 4 il ərzində 69 dəfə meydana çıxıb və üç dəfə rəqib qapıçıları məyus edib. 2005-ci ildə Ventspils klubuna keçib. Bu komandanda 7 oyun keçirəndən sonra 2006-cı ildə yenidən Dinaburqa qayıdıb. İndiyə qədər 46 dəfə forma geyinib. 2005-ci ildə bir dəfə Latviya millisinə dəvət olunub.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Hyu Loftinq
Hyu Loftinq(ing. Hugh John Lofting, 14 yanvar 1886[…], Meydenhed[d], Berkşir[d] – 26 sentyabr 1947[…]) — İngilis uşaq yazıçısı, doktor Aybolitin prototipi olan Doktor Dulittl haqqında əsərlər silsiləsinin müəllifi. == Həyatı == Hyu Con Loftinq 14 yanvar 1886-cı ildə Böyük Britaniyada, Meydenxeddə (Berkşir qraflığı) anadan olmuşdur. ABŞ-də Massaçusets texnoloji institutunu, 1907-ci ildə London Politexnik institutunu bitirmişdir. Mühəndis kimi Kanadada, Cənubi Afrikada, Kubada işləmişdir. 1912-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Onun yazıçılıq karyerası da burada başlayır. H.C.Loftinq Birinci Dünya müharibəsində iştirak edir, yaralanır və ordudan tərxis olunur. 1919-cu ildə ailəsi ilə birgə Nyu-Yorka qayıdır və yazıçılıq fəaliyyətini bərpa edir. Müntəzəm olaraq doktor Dulittlin macəraları haqqında kitablarını nəşr etdirir.
Pehr Löflinq
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Müqəddəs Lonqin (Bernini)
Müqəddəs Lonqin (it. San Longino) — İtaliya heykəltaraşı Covanni Lorenso Bernini tərəfindən yaradılmış heykəldir. 1638-ci ildə tamamlanmış mərmər heykəl Vatikandakı Müqəddəs Pyotr bazilikasının şimal-şərq nişində yerləşir. Heykəl təxminən dörd metr hündürlüyə malikdir. Heykəli ilk görənlərdən biri olmuş ingilis yazıçısı Con İvlin onu “Koloss nəhənglikdə” adlandırmışdı. == Sifariş == 1627-ci ildə Müqəddəs Pyotr bazilikasının inşaat meydanında rəhbər memar vəzifəsində Karlo Madernonu Covanni Lorenso Bernini əvəz edir və 1647-ci ildə Roma Papasının ölümünə kimi bazilikada həyata keçirilən bütün yeni layihələrə birbaşa nəzarət edir. Bernini yalnız interyer dekorunun hazırlanmasına nəzarət etməmiş, həmçinin bir neçə sənət əsərinin, o cümlədən Müqəddəs Lonqin heykəlinin hazırlanmasını həyata keçirmişdir.Müqəddəs Lonqin heykəli bazilikanın kəsişmə hissəsindəki nişlər üçün sifariş edilmiş dörd heykəldən biridir. Digər üç heykəllər isə Müqəddəs Andrey, Müqəddəs Yelena və Müqəddəs Veronikaya aiddir. Kilsədə dörd müqəddəsin hər biri ilə əlaqəli relikviyalar saxlanılır. Heykəllərin kiçik modelləri müxtəlif heykəltaraşlar tərəfindən hazırlanmış, Müqəddəs Andrey heykəlinin modelini isə Bernini özü işləmişdir.
Admira Vakker Mödlinq FK
Admira Vakker — Avstriyanın futbol klubu == Tarixi == 1905-ci ildə yaranmışdır.
Lorinq Hərbi Hava Qüvvələri Bazası
Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb. Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı (ing. Limestone Army Air Field) adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası (ing. Limestone Air Force Base) olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb.1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası (ing. Base Realignment and Closure Commission ) Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb. Qırx illik fəaliyyətdən sonra baza 1994-cü ilin sentyabrında bağlanıb.