Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Novator
Novator– [lat. novator – yeniləşdirən] 1) yenilikçi, yenilik gətirən, yenilik yaradan, yenilik tətbiq edən; 2) hər hansı bir fəaliyyət sahəsində yeni, qabaqcıl düşüncələri, prinsipləri, ideyaları, üsulları, yolları irəli sürən və həyata keçirən adam. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Liktor
Liktor (lat. ligare bağlamaq) — sözündən yaranan Liktor, əsas vəzifəsi Roma Respublikası və Roma İmperiyası dövründə imperator səlahiyyətlərinə sahib olan yüksək vəzifəli magistratların təhlükəsizliyini təmin etmək olan dövlət qulluqçularının Roma xüsusi sinfidir. Liktor ənənəsinin mənşəyi Romanın krallıq olduğu dövrə, bəlkə də hətta romalılarla qonşu olan etrusklara da gedib çıxır. == Seçilmə üsulları == Liktorlar əvvəlcə plebeylərdən seçilsələr də, Roma tarixinin uzun dövründə azad edilmiş qullar arasından seçiliblər. Onlar Roma vətəndaşları idilər, çünki onlara Roma daxilində toqa geyinmək hüququ verilmişdir. Liktorlar fiziki cəhətdən güclü insanlar arasından seçilirdi. Liktorlar hərbi xidmətdən azad edilirdilər və xidmətlərinə görə sabit aylıq əmək haqqı (imperiyanın ilk illərində 600 sesters) alırdılar və institusional struktur kimi təşkil edilirdilər. Daha çox hakimlərin özləri tərəfindən seçilsələr də, zaman-zaman püşkatma yolu ilə seçildikləri də görünürdü. == Liktorun vəzifəsi == Liktorların əsas vəzifəsi imperator gücü ilə magistratların şəxsi təhlükəsizliyini təmin etmək idi. Roma daxilində onlar fascalarla bəzədilmiş çubuqlar, Roma şəhər divarlarından kənarda isə icra hakimiyyətini təmsil edən baltalar gəzdirirdilər.
Doktor (Doktor Kim)
Doktor (ing. The Doctor) — Doktor Kim elmi fantastik serialının əsas personajı. Onun rolunda on ikidən çox aktyor oynayıb. Doktor Qalifrey planetindən, yadplanetli Zaman Hökmdarı irqinə aiddir. O, TARDİS adlı zaman maşınında zamanda və məkanda səyahət edir. TARDİS adı Time And Relative Dimension In Space (ing. Məkanda Zaman Və Nisbi Ölçmə) abbriveaturasından gəlir. The Daily Telegraph qəzeti Doktoru Britaniyada ən tanınmış yadplanetli kimi qeyd etmişdir.
Imre Lakatos
İmre Lakatos (9noyabr, 1922 - 2 fevral, 1974), elmi inkişafa bağlı araşdırma proqramlarıyla məşhurluq qazanmış olan müasir elm fəlsəfəçisi. Lakatos, eyni zamanda klassik elm anlayışına qarşı etirazları ilə tanınmışdır. == Düşüncələri == Pozitivist elm idealı və anlayışını tənqid edən Lakatosun fikrincə, elmdə yekun doğrulama və yekun rədd etmə yoxdur. Elm səhvə yol verə bilər, xətaya düşə bilər . Elmdə dəqiq səhvlərlə düzlərin ola bilməyəcəyini söyləyən Lakatosun sözlərinə görə, həqiqəti qarantiya altına almaq və həqiqəti təmin etmək üçün ümumi-keçərli, universal və rasyonal üsullar yoxdur. Buna görə elm müəyyən və dəyişilməz bir metod ola bilməz. Bu baxımdan Pol Feyerabendə təsir etdi; Bilinir ki, onun məşhur İdarə etmə kitabı Lakatos ilə yazışmalarının məhsuludur. Bu yolla, Lakatos elmin rasional irəliləməsini sübut etməyə çalışır.
Lev Dovator
Lev Mixayloviç Dovator (rus. Лев Миха́йлович Дова́тор; 20 fevral 1903 – 19 dekabr 1941) — İkinci dünya müharibəsində həlak olan general-mayor. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Bioqrafiya == 1903-cü ilin 20 fevralında Xotinoda kəndli yəhudi ailəsində anadan olmuşdur. Almaniyanın SSRİ-yə hücumu zamanı Qırmızı ordunun 36-cı atlı dəstəsinin başçısı heyət başçısı vəzifəsinə gətirilmişdir. Tezliklə atlı dəstənin komandiri olmuşdur. 1941-ci ilin avqust-sentyabr aylarında dəstəsi Smolensk yaxınlığında alman qüvvələrini cəsarətlə məğlub etmişdir. Moskva uğrunda döyüşlərdə Lev Dovator 2-ci Gözətçi Atlı Dəstə Korpusunun komandiri olaraq Volokolamskdan almanların hücumunu dəf etmişdir. 1941-ci ilin 19 dekabrında Ruza yaxınlığında gedən döyüşdə həlak olmuşdur.Ölümündən iki gün sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. == Funksiyası == Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10-15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.
Demi Lovato
Demi Lovato (ing. Demetria Devonne Lovato; 20 avqust 1992, Albukerke, Nyu-Meksiko) — Amerikalı müğənni, aktrisa, bəstəkar və xeyriyyəçi. "Disney" Camp Rock "və" Camp Rock 2 filmlərində Michie Torres rolu ilə şöhrət qazanmışdır. 2008-ci ildə Hollywood Records ilə müqavilə imzalayaraq Don't Forget adlı ilk studiya albomunu çıxardı. O, həmçinin "Sanniyə imkan verin", "The Disney Kanal sıra mühüm rol oynayır. 2009-cu ildə Demi "Şahzadə mühafizə proqramı" filmində mühüm rol oynamışdır. Kiçik olanda "Barney və Dostları" serialində Angela adlı kiçik qız rolunda çıxış etmişdir.. == Həyatı və karyerası == 20 avqust 1992-ci ildə `Albuquerque`da dünyaya gələn Demi Lovato qısa bir müddət sonra Dallasa köçür. Elə 7 yaşında rol aldığı Barney & Friends serialıyla sənət həyatına addım atır və elə 7 yaşında da gözəllik müsabiqəsində 1. seçilir.
Doktor Dum
Doktor Dum (ing. Doctor Doom) və ya əsl adı ilə Viktor fon Dum (ing. Victor Von Doom) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma supercinayətkar. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 5-ci sayında (iyul 1962) peyda olmuşdur. Doktor Dum Fantastik dördlüyün əzəli düşməni və Latveriya adlı uydurma dövlətin lideridir. Fantastik dördlüklə yanaşı, Qisasçılar, Hörümçək-adam, Qara pantera və digər superqəhrəmanlarla da qarşı-qarşıya gəlmişdir."Wizard" jurnalı "Bütün dövrlərin ən böyük 101 supercinayətkarı" siyahısında Doktor Dumu 4-cü yerdə göstərmişdir. IGN-in "Bütün dövrlərin Top-100 komiks supercinayətkarı" siyahısında isə 3-cü yerdə peyda olmuşdur.Doktor Dum bir çox videooyun, televiziya verilişində və filmdə peyda olmuşdur. 1994-cü ildə istehsalı buraxılmamış "Fantastik dördlük" filmində Doktor Dumu Cozef Kalp canlandırmışdır. 2005-ci il istehsalı "Fantastik dördlük" və 2007-ci il istehsalı sikveli "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmlərində Doktor Dum rolunu Culian Makhemon oynamışdır. 2015-ci il rebootunda isə personajı Tobi Kebbell canlandırmışdır.
Doktor Eqqman
Doktor Eqqman (ドクター・エッグマン, Dokutā Egguman, ing. Doctor Eggman), və ya Doktor Ayvo Robotnik (ドクター・ロボトニック, Dokutā Robotonikku, ing. Doctor Ivo Robotnik) — "Sonic the Hedgehog" seriyasının baş antaqonisti. == Xarakteristika == Doktor Eqqman pisniyyətli, mükəmməl bir zəkaya (İƏ dərəcəsi 300 baldır) sahib bir həkimdir. O, dünyanı fəth etmək və «Eqqmanlend» adlı bir ölkə qurmaq istəyir. Doktor Eqqman Kirpi Sonikin baş düşmənidir. O, Doktor Eqqmanın planlarını uğursuz etməyə çalışır.Doktor Eqqman qırmızı rəngli bir jaket, qara rəngli şalvar, bənövşəyi rəngli bir eynək geyinir və keçəldir. Onun boyu – 185 santimetr (6.07 ft), çəkisi isə – 128 kiloqram (282 funt). Onun bədəni bir yumurtaya bənzəyir. Yaşı naməlumdur.
Doktor Jivaqo
Doktor Jivaqo (rus. Доктор Живаго) — Boris Pasternakın müəllifi olduğu roman. "Doktor Jivaqo" 1945-ci ildən 1955-ci ilə qədər olan müddətdə yazılmışdır və yazıçının fikrinə görə onun yaradıcılığının ən yüksək nöqtəsi sayılır. Roman onun baş qəhrəmanı Yuri Andreyeviç Jivaqonun şeirləri ilə müşayiət olunur. Yüzilliyin başlanğıcında Böyük Vətən Müharibəsinə qədər olan faciəvi mərhələdə rus ziyalılarının həyatını təsvir etməklə, kitab həyatın sirri, ölüm, rus tarixinin problemləri, ziyalılar və inqilab, xristianlıq, yəhudilik kimi məsələləri işıqlandırır. Kitab sovet ədəbi dairəsində kəskin şəkildə pis qarşılanır və müəllifin 1917-ci il Oktyabr inqilabına və ölkənin sonrakı həyatına dair bir mənalı mövqe tutmadığına görə çapdan imtina edilir. == Məzmun == Romanın baş qəhrəmanı Yuri Jivaqo əsərin əvvəlində oxuculara, anasının dəfnində iştirak edən balaca oğlan kimi təqdim edilir. Yuri varlı aiələnin varisidir. Onların ailələri heç vaxt xoşbəxt olmayıb. Atası ailəsini hələ anasını vəfatından öncə atmışdır.
Doktor Kim
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Doktor Osminoq
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir. 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur.
Doktor Strenc
Doktor Strenc (ing. Doctor Strange) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Yaradıcıları Sten Li və Stiv Ditkodur. İlk dəfə 1963-cü ilin iyulundan çapdan çıxan "Qəribə hekayələr" komiksinin 110-cu sayında peyda olmuşdur. Keçmiş neyrocərrah olan Strenc Ali sehrbazdır və Yerin mistik təhlükələrdən qorunmasında vacib rol oynayır. İki mistik əşyadan istifadə edir: Levitasiya plaşı və Aqamotonun gözü. Nyu-York şəhərində yerləşən Sanctum Sanctorum binasından iqamətgahı kimi istifadə edir. Ən yaxın köməkçisi Vonqdur. 2008-ci ildə Doktor Strenc "Wizard" jurnalının "Bütün dövrlərin ən böyük 200 komiks personajı" siyahısında 83-cü yerdə, 2012-ci ildə isə IGN-in "Top 50 Qisasçı" siyahısında 33-cü yerdə göstərilmişdir. Personaj IGN-in "Top 100 komiks personajı" siyahısında 34-cü yerdə qərarlaşmışdır.
Doktor Uotson
Doktor Uotson
Doktor Ziya
Doktor Ziya (tam adı: Ziya Məcidli) — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu. == Həyatı == 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıb.İlk çalışdığı telekanal ANS TV olub. 1999-cu ildə ANS TV-də yayımlanan futbol üzrə "Çempionlar Liqası" verilişində idman şərhçisi olub.Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşayıb. Çexiyada yaşayarkən podkast şəklində "Overtime" layihəsini həyata keçirib. === Şəxsi həyatı === Ailəlidir, iki oğlu var.
Doktor Nazim
Doktor Nazim və ya Selanikli Məhməd Nazim Bəy (1870, Saloniki – 26 avqust 1926, Ankara) — türk siyasətçisi, həkimi, 22 iyul 1918-8 oktyabr 1918-ci il tarixləri arasında Maarif Naziri, 1915-16-cı illərdə isə Fənərbaxça İK prezidenti. İttihad və Tərəqqi Cəmiyyətinin qurucu liderlərindən və Gənc türklər inqilabının öndə gedən simalarından biridir. O, Hərbi Tibb Məktəbində oxuyarkən İttihad və Tərəqqi Partiyasının və sonradan Osmanlı imperyasiyasının bir dövrünə hakim olacaq Təşkilati Məxsusənin qurulmasında və təşkilatlanmasında və Osmanlı cəmiyyətində böyük bir çevrilmə gətirən məşrutiyyətin yenidən elan edilməsində çox mühüm rol oynayan azsaylı idarəçilər arasında idi.
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. == Həyatı == Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.
Procyon lotor
Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər.
Doktor (elmi dərəcə)
Doktor (lat. doctor, "müəllim") — elmi dərəcə. == İstinadlar == == Xarici keçidlər == The Use of Dr. in British Columbia law for Optometrists Indiana usage of Dr. title Arxivləşdirilib 2015-10-26 at the Wayback Machine SECTION 1. IC 24-5-0.5–12 IS use of Dr.
Doktor Moronun adası
Doktor Moronun adası (ing. The Island of Doctor Moreau) — ingilis yazıçı Herbert Uells tərəfindən 1896-cı ildə nəşr etdirilmiş elmi-fantastika romanıdır. Romanda hadisələr gəmi qəzasına düşərək yaxından keçən gəmi tərəfindən xilas edilmiş və viviseksiya yolu ilə heyvan-insanlar yaradan çılğın-alim Doktor Moronun adasına düşmüş Edvard Prendikin dilindən nəql edilir. Romanda ağrı və qəddarlıq, mənəvi məsuliyyət, insan identikliyi və insanın təbiətə müdaxiləsi kimi bir sıra fəlsəfi məsələlər qaldırılır. Uells özü əsəri “gənclik küfrü üzərində məşq” adlandırır.Doktor Moronun adası erkən elmi-fantastika janrının klassik nümunələrindən biri hesab edilir və Uellsin ən məşhur əsərlərindən biri olaraq qalmaqdadır. Roman, daha inkişaf etmiş irqin heyvan və ya başqa canlıların həyat tərzinə müdaxilə edərək, onların cəmiyyətində təkamülə təkan verməsinə əsaslanan “dirçəliş” adlı elmi-fantastika mövzusunun ən erkən nümunələrindən biridir. Roman bir neçə dəfə kino və digər media nümunələrinə uyğunlaşdırılmışdır. Üç kino adaptasiyasında Doktor Moro obrazı Çarlz Louton (1933), Bert Lankaster (1977) və Marlon Brando (1996) tərəfindən canlandırılmışdır. == Məzmunu == Elmi təhsili olan Edvard Prendik adlı ingilis Sakit okeanın cənubunda gəmi qəzasına düşür. Yaxınlıqdan keçən “İpekakuana” adlı gəmi onu xilas, Montqomeri adlı şəxs isə onu sağaldır.
Doktor No (film)
Həkim Nou (ing. Dr. No) — 1962-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. "Doktor No" filmi 1962-ci ildə "EON productions" studiyasinası tərəfindən çəkilmişdir. Bu film Ceyms Bond qəhrəman tipinin çəkildiyi ilk filmdir. Film Böyük Britaniyada çəkilmişdir. Filmin büdcəsi 1 milyon dollar olmuşdur. Filmin gəliri isə 59.6 milyon dollar təşkil etmişdir. Filmin rejissoru Terens Yanq, Ceyms Bond rolunun ifaçısı Şon Konneri olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Doktor No — Internet Movie Database saytında.
Doktor Əsəd bəy
Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev (1885, Zinzal[d], Qafqaz diyarı – 25 iyun 1972) — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri. == Həyatı == Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır. Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir. Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir. === Avtobioqrafiyası === Əsəd bəy özü haqqında belə yazmışdır: === Ailəsi === Evli olmuşdur, 7 uşağı var idi. == İctimai-siyasi fəaliyyəti == === Cənub-Qərbi Qafqaz === 5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı.
Doktor Kaliqarinin kabineti
Doktor Kaliqarinin kabineti (alm. Das Cabinet des Dr. Caligari‎) — 1920-ci ildə istehsal olunmuş Almaniya filmi. == Rollarda == Verner Kraus — Doktor Kaiqari Konrad Feydt — Çezare Fridrix Fayer — Frants Lil Daqover — Ceyn Olsen (Frantsın nişanlısı) Hans Henrix Fon Tverdovski — Alan Rudolf Lettinqer — Doktor Opsen == Filmin heyəti == Filmi alman kino rejissoru Robert Vine çəkmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517. (az.) == Xarici keçidlər == The Cabinet of Dr.
Doktor Haus (teleserial, 2004)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 — 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).