rotator

rotator
rotasizm
rotatori
OBASTAN VİKİ
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10–15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Rotatorilər
Rotatorilər (lat. Rotifera və ya lat. Rotatoria) — 1500-ə qədər növü olub, əksəriyyəti şirin sularda, bir qismi isə dənizlərdə yaşayır. Bədən ölçüləri 0.04-2.5 mm-ə qədərdir. Rotatorilər qabarıq, yumurtaşəkilli və ya iyşəkilli bədən formasına malikdir. Plankton formaların bədən örtüyü üzərində müxtəlif çıxıntılar vardır.Bəzi rotatorilərin örtüyü həlməşikşəkilli maddədən ibarətdir. Bu canlıların əksəriyyəti sərbəst hərəkətlidir, bəziləri isə oturaq həyat tərzi keçirir. Rotatorilərin bədəni baş, gövdə, quyruq şöbə və ya ayaqdan ibarətdir. Ağız dəliyi baş şöbənin qarın hissəsində yerləşir. Ağızın önündə və arxa tərəfində iki kirpik həlqəsi yerləşir.
Tripanasoma rotatorium
Trypanosoma rotatorium (lat. Trypanosoma rotatorium -Mastigophora tipinə aid olan növ. Trypanosoma rotatorium Bədən uzunsov, ön hissə dairəvaridir. Nüvə uzunsovdur və ya dairəvaridir. Kinetoplast kiçik ölçülü, ellips formasındadır. Titrək memranı enlidir, 5-6 büküş əmələ qətirir. Qamçının sərbəst hissəsinin uzunluğu bədənin ½ hissəsinin uzunluğunu keçmir. Sitoplazma dənəvərdir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 35.0-46.5, eni – 8.8–13.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 3.5-6.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 0.7-2.2, nüvənin uzunluğu 11.0-18.0, nüvədən ön qutaracağadək 13.0- 16.0, qamçının uzunluğu 16.0-29.0 mkm-dir. Kür çayı, Araz çayı, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarlarında yayılmışdır.
Trypanosoma rotatorium

Digər lüğətlərdə