Tripanasoma rotatorium
Trypanosoma rotatorium (lat. Trypanosoma rotatorium -Mastigophora tipinə aid olan növ.
Trypanosoma rotatorium Bədən uzunsov, ön hissə dairəvaridir. Nüvə uzunsovdur və ya dairəvaridir. Kinetoplast kiçik ölçülü, ellips formasındadır. Titrək memranı enlidir, 5-6 büküş əmələ qətirir. Qamçının sərbəst hissəsinin uzunluğu bədənin ½ hissəsinin uzunluğunu keçmir. Sitoplazma dənəvərdir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 35.0-46.5, eni – 8.8–13.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 3.5-6.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 0.7-2.2, nüvənin uzunluğu 11.0-18.0, nüvədən ön qutaracağadək 13.0- 16.0, qamçının uzunluğu 16.0-29.0 mkm-dir.
Kür çayı, Araz çayı, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarlarında yayılmışdır.