Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lovely
"Lovely" — amerikalı müğənni Billi Ayliş və Xalidin mahnısı. Darkroom və Interscope Records tərəfindən "13 səbəb" serialının ikinci mövsümünün soundtreki olaraq buraxılıb. Mahnı Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin delüks versiyasına da daxil edilib.
Lonely Planet
Lonely Planet — (Azərbaycanca: Kimsəsiz Planet) Ermənistannın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Lonely Tears In Chinatown (Modern Talking)
Lonely Tears In Chinatown (azərb. Kiçik Çin şəhərində göz yaşları‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Sgt. Pepper's Lonely Hearts Club Band
Sgt. Pepper's Lonely Hearts Club Band — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Epizod 1 === "Sgt. Pepper's Lonely Hearts Club Band" – 2:04 "With a Little Help from My Friends" – 2:46 "Lucy In the Sky with Diamonds" – 3:07 "Getting Better" – 2:49 "Fixing a Hole" – 2:38 "She's Leaving Home" – 3:37 "Being for the Benefit of Mr. Kite!" – 2:39 === Epizod 2 === "Within You Without You" – 5:07 "When I'm Sixty-Four" – 2:37 "Lovely Rita" – 2:44 "Good Morning Good Morning" – 2:43 "Sgt. Pepper's Lonely Hearts Club Band (Reprise)" – 1:20 "A Day in the Life" – 5:33 == İstinadlar == == Xarici keçidlər == Sgt.
Novell
Novell 1969-cu ildə Novell Data Systmes Inc. adı ilə Utah-da George Canova, Darin Field və Jack Davis tərəfindən quruldu. Novell adının mənası fransızcadan yeni / təzə olan "nouvelle"-dən əmələ gəlir. Novell mərkəzi Massaçusetts-də olan bir Software şirkətidir. Novell dünyanın 22-ci ən böyük kompüter şirkətidir və xüsusi ilə server sistemləri və Linuks Əməliyyat sistemi ilə fəaliyyət göstərir.
Povelya
Povelya — vəba adası kimi də tanınır. 1793–1814-cü illər arasında vəbaya yoluxan təxminən 160.000 insanın karantinə alındığı Şimali İtaliyanın Venesiya Laqonunda kiçik bir adadır. Adada hələ də karantində olan insanların kütləvi məzarları var. Bir dövrdə intihar etməmişdən əvvəl həkimlər tərəfindən qəribə təcrübələrə məruz qalan, ruhi xəstələrin saxlandığı Povelya haqqında insanlar arasında əfsanələri yaranıb.
Euseius lokele
Euseius lokele (lat. Euseius lokele) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Persival Louell
Persival Louell (ing. Percival Lowell; 13 mart 1855[…], Boston – 12 noyabr 1916[…]) – ABŞ astronomu, yazıçısı və biznesmeni. Şairə Emi Louellin qardaşıdır. == Həyatı == Persival Louell 1855-ci ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. 1876-cı ildə Harvard Kollecindən məzun olduqdan sonra biznes sahəsinə daxil olmuşdur.Louell 1883–93-cü illərdə Asiyaya səyahətlər etmiş və yaşadığı təcrübələri kitab seriyaları şəklində yayımlamışdır. Onun 1888-ci ildə yazdığı "Uzaq Şərqin ruhu" kitabı Lefkadio Hern tərəfindən bəyənilmişdir. 1895-ci ildə yazdığı "Okkult Yaponiya" əsərində isə Yaponiyada müqəddəs dağ olan Ontake dağına etdiyi səyahətdən sonra şintoizmlə maraqlanmasından və şintoizmdəki praktikalardan bəhs etmişdir.Louell daha sonra astronomiyaya maraq göstərmiş və 1894-cü ildə Arizona ştatının Flaqstaff şəhərində Louell rəsədxanasını qurmuşdur. O, Marsı tədqiq etməyə başlamış və Marsın şüurlu varlıqlar tərəfindən məskunlaşıldığı qənaətinə gəlmişdir. 1902-ci ildə Massaçusets Texnologiya İnstitutunun qeyri-daimi professoru olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Lobel asırqalı
Lobel asırqalı (lat. Veratrum lobelianum) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Yanq Livey
Yanq Livey - hərbi pilot və Çin Milli Kosmos Administriyasının astronavtıdır. O, 2003-cü ildə Çinin kosmik proqramı ilə kosmosa göndərilən ilk adam oldu. Şenzou 5 adlanan bu missiya Çini müstəqil şəkildə kosmosa insan göndərən üçüncü dövlət etdi.
Lover (albom)
Lover — amerikalı müğənni Teylor Sviftin yeddinci studiya albomu. 23 avqust 2019-cu ildə Republic Records tərəfindən buraxılıb.
Oskar di Lovera
Oskar di Lovera (d. 12 oktyabr 1958) — Argentinalı biatlonçu. Oskar di Lovera Argentinanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oskar di Lovera birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Di Lovera 40:25.7 saniyəlik nəticəsi ilə 64 atlet arasında 59-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Anton Szandor Lavey
Anton Szandor LaVey (ing. Howard Stanton Levey; 11 aprel 1930[…], Çikaqo, İllinoys – 29 oktyabr 1997[…], San-Fransisko, Kaliforniya) — Satanizmə yeniliklər gətirmiş, Şeytan kilsəsinin və La-Veya satanizminin yaradıcısı olan amerikalı okkultist yazıçı.LaVey, əslən Macardır. 11 aprel 1930-cu ildə Çikaqoda dünyaya gəlmişdir. Kiçik yaşlarında musiqiyə qarşı olan heyranlığı nəticəsində 15 yaşında musiqi sahəsində istədiyi bir çox şeyi reallaşdırmağı bacarmışdı. Lakin 20 yaşına çatan LaVey, musiqidən imtina edərək, sirkə qoşulmuşdur. Qəfəsdə saxlanılan heyvanlara nəzarət edərək işə başlayan LaVey, bir müddət sonra pələnglərlə şoular göstərməyə başlamışdır. Lakin bir müddət sonra şou zamanı aldığı xəsarət səbəbindən peşəsini dəyişdirmək məcburiyyətində qaldı. Bir neçə il sonra isə morqlarda polis-fotoqraf olaraq işləməyə başladı. LaVey bir müsahibəsində fəlsəfi düşüncəsinin formalaşmasında morqda işlədiyi zamanın da təsirinin olduğunu vurğulamışdır. Nəhayət 1966-cı ildə hərəkətə keçən LaVey, şeytan kilsəsini yaratdı və həm bu kilsə, həm də yazdığı kitablar vasitəsi ilə satanizm fəlsəfəsini cəmiyyətdə yaymağa çalışdı.
I Loved Yesterday
I Loved Yesterday — Yui albomu.
Sky Living Loves
«Sky Living Loves» — «British Sky Broadcasting» şirkətinin sahibləndiyi Böyük Britaniya telekanalı. Telekanal yayımına 5 iyul 2010-cu ildə başlamış, 21 fevral 2012-ci ildə isə yayımını dayandırmışdır. Telekanal «Sky Living» və «Sky Livingit» telekanalları ilə əməkdaşlıq etmişdir. == Tarixi == 1 iyul 2010-cu ildə «Living +2» kanalının əvəzinə «Sky Living Loves» kanalının yaradılması barədə «Sky» və «Virgin Media» arasında razılıq əldə olunmuşdur. 5 iyul 2010-cu ildə saat 15:00-da telekanal yayımına start vermişdir. Telekanal «Sky Living»-də yaxın zamanlarda yayımlanan komediya və dram verilişlərini yenidən nümayiş etdirirdi. Tamaşaçılar yenidən seriallara baxmaq imkanını əldə edirdilər.25 oktyabr 2010-cu ildə telekanal 2011-ci ilin əvvəlinə kimi «Sky Living» telekanalı ilə rebrendinq edəcəyini açıqlamışdır. Telekanal Sky-da EPG mövqeyini «Sky1»-dən sonra və «Sky Atlantic»-dən əvvəl olmaqla, 112-dən 107-ə kimi dəyişməyi bacarmışdır. Bunun nəticəsi kimi «Living Loves» adını «Sky Living Loves» olaraq rebrendinq etmişdir.5 sentyabr 2011-ci ildə «Sky Living Loves» telekanalı 24 saatlıq efir rejiminə keçmişdir. Əvvəllər isə telekanal 15:00-dan 02:00-a kimi yayımlanırdı.
Top-level domain
İnternet (lat. internus — daxili və lat. inter — arasında; ing. Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi.
Top level domain
Yüksək səviyyəli domenlər (ing. Top-level domain (TLD) — DNS iearxiyasında ən yuxarı səviyyədə olan domenlərdir. Top - level domenlər aşağı səviyyədəki domenlərin tərkib hissəsidir. Məsələn, www.example.com domenində .com top level domendir. İlk dəfə olaraq ICANN təşkilatı tərəfindən yüksək səviyyəli 250 domen yaradılmışdır. Bunlardan 243-ü ölkələrə məxsus yüksək səviyyəli milli domenlər və 7-si yüksək səviyyəli ümumi istifadəli domenlərdir. Domenlər ingilis hərflərindən, rəqəm və defisdən ibarət ola bilər. Defis adın əvvəlində və axırında gələ bilməz, domen adın minimum uzunluğu zonadan asılı olaraq 2-3-simvol, maksimal uzunluğu isə 63 olmalıdır . Hazırda milli domenlərin ümumi sayı 250-dir. Onların sayı ISO 3166-1 beynəlxalq standartı kimi qəbul edilən dövlətlərin iki hərfli koduna uyğun gəlir.
Erkin Love
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. == Akademiya Realiti Şousu və İlk Məşhurluq == 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. == Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları == Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur.2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. == Digər fəaliyyətləri == Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.2014-cü ildə o, Dilarə Kazımova və onun həyat yoldaşının çəkildiyi və Erkinin eyni adlı şerinin əsasında çəkilən I Found You adlı qısa filmini təqdim etmişdir.
Love Berry
Love Berry (ラブベリー, Rabu Berii) – Tokuma Shoten nəşriyyatı tərəfindən Tokioda nəşr olunan Yaponiya dəb jurnalı. Jurnal yeniyetməliyə yenicə daxil olmuş və ya yeniyetməliyin orta yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Jurnal üçün işləyən modellər "LoveBerrina" adlandırılır. Jurnal çox vaxt qısaca LB kimi tanınır. == Tarixi == "Love Berry" jurnalının ilk buraxılışı 1 dekabr 2001-ci ildə işıq üzü görmüşdür və aylıq olaraq Tokioda yayımlanırdı. 5 dekabr 2011-ci ildə rəsmi saytda jurnalın artıq nəşr olunmayacağı açıqlanmışdır. Jurnalın son buraxılışı 1 fevral 2012-ci ildə nəşr olunmuşdur. 25 dekabr 2015-ci ildə yenidən yayımlanmağa başlamışdır.
Love Kills
Love Kills — (Azərbaycanca: Sevgi Öldürür) Belçikanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Love Live!
Love Live! (ラブライブ! Rabu Raibu!) School Idol Project — ASCII Media Works, Dengeki G's Magazine, musiqi yazı lenti Lantis və Sunrise animasiya studiyası tərəfindən birgə istehsal olunan bir multimediya layihəsi. Layihə, məktəblərini bağlamaqdan qurtarmaq üçün bir məktəb aydol qrupu yaradan bir qrup xəyali tələbə ətrafında gedir. Layihə, əvvəlcə Dengeki G's Magazine-in 2010-cu ilin avqust sayında yayımlandı və musiqi CD-lərində, anime musiqi videolarında, iki manqa adaptasiyası və videooyunlarında istehsalına davam edildi. Daha sonra Sunrise tərəfindən istehsal olunan və rejissoru Takahiko Kyogoku olan 13 seriyalı anime televiziya serialının ilk mövsümü 2013-cü ilin yanvarından martına, ikinci mövsümüde 2014-cü ilin aprelinden iyuna qədər yayımlandı. Love Live! School Idol Movie adlı bir anime filmi də 2015-ci ilin iyun ayında nümayiş olundu. Yeni bir aydol qrupuna odaklanan bir serial olan Love Live! Sunshine!!, 2015-ci ildə elan edildi və manga seriyası May 2016-da, anime televiziya seriyası 2016-cı ildə başladı.
Löven
Löven — Belçikanın şimalında, Brüsseldən 25 km şərqdə yerləşən şəhərdir. Benilüks ölkələrinin ən böyük universiteti Löven universiteti bu şəhərdə yerləşir.
Unborn Love
Unborn Love (azərb. Gələcək sevgi‎) – C. C. Catch və İspan ifaçısı Xuan Martinez tərəfindən 2010-cu ildə ifa edilmiş mahnıdır. Mahnı sözlərini C. C. Catch və Xuan Martinez yazmışdır. Mahnının ilk çıxış tarixi 1 sentyabr 2010 tarixində rəqəmsal paylaşdırma sayəsində baş tutmuşdur.
Löven universiteti
Löven Katolik Universiteti (nid. Katholieke Universiteit Leuven və ya nid. K.U.Leuven) — Belçikanın Flandriya siyasi-coğrafi regionunda, Löven şəhərində yerləşir. Universitet ölkənin ən böyük və qədim ali məktəbidir. Kortreyk şəhərində də ali məktəbin kampusu mövcuddur. == Reytinq == Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Löven Katolik Universiteti 100 ən yaxşı ali məktəb arasında 65-ci yerdə olub. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.
Nikolas Löbel
Nikolas Löbel (17 may 1986, Manhaym, Baden-Vürtemberq) — Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr, eləcə də mədəniyyət və mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı. == Həyatı == Nikolas Löbel 17 may 1986-cı ildə Almaniyanın Mannheimdə şəhərində anadan olub. 2006-cı ildə Mannheim Lessing-Gimnaziya Məktəbini bitirib. 2013-cü ilin mart ayına qədər Mannheim Universitetində hüquq təhsili alıb. 2013-cü ildən 2014-cü ilə qədər Berlindəki Steinbeis Universitetində biznes idarəçiliyi üzrə təhsil alıb. Həmin ali məktəbdə İncəsənət bakalavrını (B. A.) bitirib. 2012-ci ildən 2019-cu ilədək Hagen İdarəetmə İnstitutunda Hagen idarəetmə təhsillərini yarımçıq başa vurub. FernUniversität Hagen-in İqtisadiyyat fakültəsinin magistr təhsilini uğurla başa vurub. == Fəaliyyəti == === Siyasi fəaliyyəti === Nikolas Löbel gənc yaşda siyasətə qoşulub.2012-ci ildə Almaniya Federativ Respublikasının 15-ci Federal Məclisinin üzvü seçilib. 2017-ci ildə federal seçkilərində rəqibini məğlub edərək, Bundestaqa millət vəkili seçilib.
Boys (Summertime Love)
Boys (Summertime Love) (azərb. Oğlanlar (yay sevgisi)‎) — 1987-ci ildə İtaliya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir. == Klipi == Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida hotelində olan hovuzun ətrafında çəkilmişdir. 1988-ci ildə Sabrina Salerno "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur. == İstehsalı == Bu mahnı Sabrina Salernonun ifa etdiyi üçüncü mahnıdır.
Everything Is Love
Everything Is Love – ABŞ müğənnisi Beyonse və ABŞ repçisi Jay-Z-nin 16 iyun 2018-ci ildə birgə hazırladığı albomdur.
Tək-lövhəli kompüter
Tək-lövhəli kompüter(single-board computer,“одноплатная” вычислительная машина,)-yalnız bir lövhədən ibarət olan və, adətən, əlavə lövhələrin quraşdırılması üçün imkanı olmayan kompüter. Sənayedə birbaşa avadanlığa bərkidilmiş tək-lövhəli kompüterlərdən tez-tez istifadə olunur.Masaüstü personal kompüterindən fərqli olaraq, tək board lövhəli kompüterlər tez-tez periferik funksiyaları və genişləndirilməsi üçün genişləndirilməsi yuvalarına etibar etmirlər. Tək lövhəli kompüterlər geniş diapazonlu mikroprosessorlar istifadə edərək tikilmişdir. Kompüter hobbiçiləri tərəfindən hazırlanmış sadə dizaynlar tez-tez statik RAM və aşağı qiymətli 8 və ya 16 bit prosessorları istifadə edir.Kompüter-on-modul sistemin genişləndirilməsi üçün daşıyıcı qurğunun, ştampın və ya arxa plana yerləşdirilən bir-tək lövhəli kompüterin növüdür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Löven Katolik Universiteti
Löven Katolik Universiteti (nid. Katholieke Universiteit Leuven və ya nid. K.U.Leuven) — Belçikanın Flandriya siyasi-coğrafi regionunda, Löven şəhərində yerləşir. Universitet ölkənin ən böyük və qədim ali məktəbidir. Kortreyk şəhərində də ali məktəbin kampusu mövcuddur. == Reytinq == Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Löven Katolik Universiteti 100 ən yaxşı ali məktəb arasında 65-ci yerdə olub. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.