Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lapiş meşəsi
Lapiş meşəsi (rum. Pădurea Lapiș) — Rumıniyanın şimal-qərbində yerləşən, BTMİ-də IV kateqoriya təbiət qoruğu. Sahəsi 430,40 hektar olan meşə Rumıniya Hökumətinin 2004-cü il 2115 saylı qərarı ilə təbii qorunan ərazi elan edilmişdir. Lapiş meşəsi daha böyük meşə qrupu olan qədim Codrii Silvaniei meşələrinin qalığıdır. == Biomüxtəliflik == === Flora === ==== Ağaclar ==== Yay palıdı (lat. Quercus robur), qayalıq palıdı (lat. Quercus petraea), ürəkvari cökə (lat. Tilia cordata), Quercus frainetto, adi göyrüş (lat. Fraxinus excelsior), Avstriya palıdı (lat. Quercus cerris), Avstriya şamı (lat.
Hyalis
Hyalis (lat. Hyalis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hyalis argentea D.Don ex Hook. & Arn.
Liasis
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Lapsi
Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir. == Tarixi == 250-ci ildə Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir. Fərman on səkkiz ay qüvvədə qalmışdır. Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür.Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi. Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır.Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər. Əksinə, bəzi Afrika yeparxiyaları onları yenidən qəbul etməkdən imtina etmişdilər. Desinin hakimiyyəti dövründə baş tutan təqiblər birbaşa şizmatik novasianizm hərəkatına gətirib çıxarmışdır.
Huqo Lyoris
Uqo Lyoris (fr. Hugo Lloris; 26 dekabr 1986, Nitsa) — fransız qapıçı, Fransa millisinin oyunçusu, Tottenhem Hotspur klubunun kapitanı və qapıçısı.
Natalya Lyapina
Natalya Lyapina (d. 14 may 1976) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Natalya Lyapina Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Uqo Lyoris
Uqo Lyoris (fr. Hugo Lloris; 26 dekabr 1986, Nitsa) — fransız qapıçı, Fransa millisinin oyunçusu, Tottenhem Hotspur klubunun kapitanı və qapıçısı.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Adem Lyaiç
Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli komandasında çıxış edir. Lyaiç karyerasına "Yoşanitsa" klubunda başlamışdır. Daha sonra "Partizan"a transfer olmuşdur və klubla həm Serbiya Superliqasında, həm də Çempionlar Liqasında debüt etmişdir. 2010-cu ilin yanvar ayında onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi barədə xəbərlər yayılsa da, klub 2009-cu ilin dekabr ayında ondan imtina etdi. 2010-cu ilin yanvar ayında "Fiorentina" 8 milyon avro transfer məbləği ödəyərək oyunçunu heyyətinə qatdı. Florensiyada keçirdiyi üç ildən sonra Lyaiç 4 illik müqavilə imzalayaraq 11 milyon avro qarşılığında "Roma" ya keçid etdi. 2016-cı ilin iyul ayında o, "Torino"ya transfer olundu. Lyaiç milli komanda forması ilə ilk oyununa 2010-cu ildə çıxmışdır.
Artur Lyuis
Vilyam Artur Lüis (ing. William Arthur Lewis; 23 yanvar 1915[…], Kastris, Britaniyanın Küləkli adaları[d] – 15 iyun 1991[…], Brictaun) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır. == Həyatı == Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür.
Kroders Yanis
Kroders Yanis (latış dilində: Jānis Kroders; 2 fevral 1935 — 6 sentyabr 2016, Latviya) — Latviya və sovet basketbolçusu, basketbol hakimi. Latviya basketbol ittifaqının fəxri üzvü . 1950-ci illərin sonlarında Latviyanın "Dauqava" basketbol komandasında oynamış, sonralar hakimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1992-1996-cı illərdə Latviya qadın basketbol liqasının baş hakimi olmuşdur. O, 1967-ci ildə basketbol üzrə dünya çempionu olmuş Silviya Kroder ilə ailə həyatı qurmuşdur.
Leona Lyuis
Leona Louise Lewis (3 aprel 1985) — İngilis pop müğənnisi, söz yazıçısı ve The X Factor musiqi yarışmasının (2006) birincisi.
Lyuis Hemilton
Lyuis Karl Devidson Hemilton (7 yanvar 1985[…]) — Britaniyalı idmançı, Formula-1 pilotu, 7 qat dünya çempionu (2008, 2014, 2015, 2017, 2018, 2019 , 2020). == Bioqrafiya == Lyuis Hemilton 1985-ci il yanvarın 7-də İngiltərənin Stiveneyc şəhərində anadan olub.Adının doqquzqat olimpiya çempionu olan amerikalı atlet Karl Lyuisdən götürüldüyü deyilir, lakin sürücünün özü bunu təkzib edib. Atası Əntoni Qrenada əsilli britaniyalı zənci, anası Karmen isə ağdərilidir.Lyuis Hemiltonun iki yaşı olanda valideynləri ayrılıb.Lyuis Hemilton anası və iki ögey bacısı – Nikola və Samanta ilə yaşayıb.Onun 12 yaşı tamam olduqda isə atasının yanına köçür, ögey anası Linda və ögey qardaşı Nikolas ilə birlikdə yaşayır. Nikolas da yarışçıdır, lakin serebral iflicdən əziyyət çəkdiyindən, onun üçün xüsusi modifikasiya edilmiş maşınlarla yarışır. 2007-ci ilin noyabr ayından Nikol Şerzinger ilə münasibətdə olan Lyuis 2010-cu ildə ondan ayrılır. Lakin sonradan dəfələrlə bir yerdə görünürlər.2013-cü ildə yenidən birlikdə olduqlarını bildirirlər, lakin 2015-ci ilin fevral ayında münasibətlərinə son qoyurlar. Lyuis Monakoda yaşayır. Yarışlara və başqa ölkələrə gəzintiyə qırmızı rəngli Bombardier Challenger 600 markalı şəxsi təyyarəsi ilə gedən Lyuisin maşınlara marağı da böyükdür. Pagani, Mercedes-in bir neçə modeli ilə yanaşı, Ferrari LaFerrari-si də var. == Sürücülük karyerası == 1991-ci ildə atası Lyuisə radiodalğa ilə idarə olunan maşın alır.
Lyuis Həmilton
Lyuis Karl Devidson Hemilton (7 yanvar 1985[…]) — Britaniyalı idmançı, Formula-1 pilotu, 7 qat dünya çempionu (2008, 2014, 2015, 2017, 2018, 2019 , 2020). == Bioqrafiya == Lyuis Hemilton 1985-ci il yanvarın 7-də İngiltərənin Stiveneyc şəhərində anadan olub.Adının doqquzqat olimpiya çempionu olan amerikalı atlet Karl Lyuisdən götürüldüyü deyilir, lakin sürücünün özü bunu təkzib edib. Atası Əntoni Qrenada əsilli britaniyalı zənci, anası Karmen isə ağdərilidir.Lyuis Hemiltonun iki yaşı olanda valideynləri ayrılıb.Lyuis Hemilton anası və iki ögey bacısı – Nikola və Samanta ilə yaşayıb.Onun 12 yaşı tamam olduqda isə atasının yanına köçür, ögey anası Linda və ögey qardaşı Nikolas ilə birlikdə yaşayır. Nikolas da yarışçıdır, lakin serebral iflicdən əziyyət çəkdiyindən, onun üçün xüsusi modifikasiya edilmiş maşınlarla yarışır. 2007-ci ilin noyabr ayından Nikol Şerzinger ilə münasibətdə olan Lyuis 2010-cu ildə ondan ayrılır. Lakin sonradan dəfələrlə bir yerdə görünürlər.2013-cü ildə yenidən birlikdə olduqlarını bildirirlər, lakin 2015-ci ilin fevral ayında münasibətlərinə son qoyurlar. Lyuis Monakoda yaşayır. Yarışlara və başqa ölkələrə gəzintiyə qırmızı rəngli Bombardier Challenger 600 markalı şəxsi təyyarəsi ilə gedən Lyuisin maşınlara marağı da böyükdür. Pagani, Mercedes-in bir neçə modeli ilə yanaşı, Ferrari LaFerrari-si də var. == Sürücülük karyerası == 1991-ci ildə atası Lyuisə radiodalğa ilə idarə olunan maşın alır.
Lyuis Spens
Ceyms Lyuis Tomas Çalmers Spens (ing. James Lewis Thomas Chalmers Spence; 25 noyabr 1874, Angus[d] – 3 mart 1955, Edinburq) — Şotlandiya jurnalisti, şairi, yazıçısı, folklorşünası və okkultisti. Spens Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının Kral Antropologiya İnstitutunun əməkdaşı və Şotlandiya Antropoloji və Folklor Cəmiyyətinin vitse-prezidenti olmuşdur. O, Şotlandiya Milli Hərəkatının qurucusudur. Şotlandiyada jurnalist kimi karyeraya başladıqdan sonra 1906-cı ildə Spens folklor və mifologiyaya böyük maraq göstərməyə başlamışdır. O, bir kitabda brit ayinlərini və ənənələrini təsvir etmişdir. Spens kitabda qədim britonların Şimali Afrikadan köçmüş, ehtimal ki, bərbər və ya bask mənşəli insanlardan törədiyini irəli sürmüşdür. Bundan sonra Spens əsasən Meksika və Mərkəzi Amerika mifologiyasına diqqət yetirmişdir. == Seçilmiş əsərləri == Qədim BritaniyaThe Mysteries of Britain: Secret Rites and Traditions of Ancient Britain Restored, (1905, reprinted 1994) London: Senate. ISBN 1-85958-057-2 The Magic Arts in Celtic Britain, (1949, Reprint 1999) Dover Publications, ISBN 0-486-40447-1 Celtic Spells and Charms, (Reprint 2005) Kessinger Publishing ISBN 1-4253-1046-X The History and Origins of Druidism, 1949OkkultAn Encyclopaedia of Occultism: A compendium of information on the occult sciences, occult personalities, psychic science, magic, demonology, spiritism and mysticism, (1920, Reprinted 2003) Dover Publications, ISBN 0-486-42613-0 Occult Causes of the Present War, (1940, Reprint 1997) Kessinger Publishing, ISBN 0-7661-0051-0 Second Sight: Its History and Origins, Rider 1951İtmiş qitələrThe Problem of Atlantis, London, 1924 Atlantis in America, London: Ernest Benn, 1925 The History of Atlantis (1927, Reprinted 1995) Adventures Unlimited Press, ISBN 0-932813-28-3 The Occult Sciences in Atlantis, (Reprinted 1976) Mokelumne Hill Press, ISBN 0-7873-1292-4 The Atlantis of Plato The Evidence For Lemuria From Myth And Magic The Problem of Lemuria: The Sunken Continent of the Pacific, London: Rider & Co., 1932MifologiyaThe Popul Vuh: The Mythic and Heroic Sagas of the Kiches of Central America, London, David Nutt, 1908 A Dictionary of Mythology, 1910 The Myths of Mexico and Peru (1913, Reprinted 1976) Longwood, ISBN 0-89341-031-4 The Myths of the North American Indians, London: George G. Harrap & Co, 1914 Myths and Legends of Babylonia and Assyria (New York:Stokes) 1917; (Reprint 1997) Kessinger Publishing, ISBN 1-56459-500-5 The Legends and Romances of Spain ca.
Lyuis funtu
Lyuis funtu — Böyük Britaniyanın Lyuis şəhərində istifadə edilən regional valyuta. Digər regional valyutaların istifadəsi təcrübəsindən istifadə edərək şəhər şurası onun 2008-ci ilin sentyabrından dövriyyyəyə buraxılmasına razılıq verdi. Qərarın iqlimin dəyişməsi və neftin qiymətinin artmasından yaranan problemlərin aradan qaldırılması məqsədi ilə qəbul edildiyi bildirilirdi. == Tarixi == Lyuis ilk dəfə öz valyutasını 1789-cu ildə buraxıb, ancaq 1895-ci ildə digər regional valyutalarla birgə buraxılışı dayandırılıb. Onun buraxılışı kütləvi informasiya vasitələrində uzun müddət müzakirələrdən sonra 2008-ci ilin sentyabrında bərpa edilib. 3 iyul 2009-cu ildə elan edildi ki, onun buraxılışı davam etdiriləcək. £ 5, £ 10 və £ 21 dəyərli funtların buraxılışı üzərində iş gedir. == Dəyəri == 1 Lyuis funtu 1 funt sterlinqə bərabərdir və Lyuisin 130 mağazasında qəbul edilir (dövriyyəyə buraxılanda onların sayı 70 idi).
Lyuis şahmatı
Lyuis şahmatı — (ing. Lewis Chessmen) Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah, 8 vəzir, 16 fil, 15 at, 12 top, 19 piyada) bu şahmat növü həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Günümüzə gəlib çatan 67 fiqurlu versiyası Britaniya muzeyində saxlanılır. Bu şahmatdan Harri Potter və Fəlsəfə Daşı filmində də istifadə olunmuşdur.
Sinkler Lyuis
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). == Həyatı == Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Tommi Lapid
Yozef "Tommi" Lapid (ivr. ‏יוסף "טומי" לפיד‏‎; 27 dekabr 1931[…], Novi Sad[d], Yuqoslaviya krallığı – 1 iyun 2008[…], Tel-Əviv) — serb əsilli İsrail radio və televiziya aparıcısı, dramaturq, jurnalist, siyasətçi və hökumət naziri idi. Lapid 1999-cu ildən 2006-cı ilə qədər dünyəvi-liberal Şinuy partiyasına rəhbərlik etmişdir. O, ultra-ortodoksal siyasi partiyalara qarşı sərt şəkildə qarşı çıxır və hər hansı bir dini riayətin İsrail Dövlətinin qanuni quruluşundan kənarlaşdırılmasına çalışırdı.
Typhlodromips labis
Van Yapin
Kapitan Van Yapin — 27 yanvar 1980-ci ildə Çində doğulmuşdur. Çin hərbi pilotu və astronavtdır. Van ÇMKA tərəfindən ikinci çinli qadın kosmonavt və kosmosda ikinci çinli qadın kimi tanınmışdır. == Karyerası == Van Xalq Qurtuluş Ordusu Hava Qüvvələrinində kapitanı idi. 2012-ci ildə Şenzanhau 9 məkan missiyasının namizədi idi. Lakin Liu Yang ilk Çinli qadın kosmik səyyahının tarixi missiyası üçün seçildi. Van ikinci Çinli qadın kosmonavt oldu, Shenzanhau 10 uzay gəmisinə ekipaj üzvü oldu, 2013-cü ilin iyun ayında yerini orbitə çıxardı və tıxanmış Tiangong-1 orbitə gedən kosmik stansiyası olmuşdur. Ekipajın ilk üzvü aprel ayında açıqlanarkən, ekipajın qalan hissəsi iyun ayında elan edildi. Van Yapin Vostok 6-cı ildönümünün 50-ci ildönümündə bir qadın, Valentina Tereskova tərəfindən ilk kosmik uçuşa sahib olan iki qadından biri idi. 16 iyun 2013-cü ildə məkandakı digər qadın, Beynəlxalq Kosmik Stansiyaya gedən Amerikalı kosmonavt Karen Niyberq idi.
Yair Lapid
Yair Lapid (ivr. ‏יאיר לפיד‏‎;5 noyabr 1963, Tel-Əviv) — İsrail siyasətçisi, Yeş Atid partiyasının sədri və Knessetdəki müxalifət lideri olaraq çalışır. 2013-cü ildən 2014-cü ilə qədər Maliyyə naziri vəzifəsini icra etdi. 2012-ci ildə siyasətə qoşulmazdan əvvəl Lapid müəllif, TV aparıcısı və xəbər aparıcısı idi. Qurduğu mərkəzçi Yesh Atid partiyası, 2013-cü ildə ilk qanunverici seçkilərində 19 yer qazanaraq Knessetdə ikinci ən böyük partiyaya çevrildi. Gözlənilən nəticələr Lapidin aparıcı mərkəzçi nüfuzuna kömək etdi. 2013-cü ilin mart ayında Likud ilə koalisiya razılaşmasından sonra Lapid Maliyyə Naziri və Təhlükəsizlik Kabinetinin üzvü təyin edildi. 2013-cü ildə Lapid The Jerusalem Post qəzetinin "Dünyanın ən nüfuzlu yəhudiləri" siyahısında birinci yeri tutdu. O, həmçinin 2013-cü ildə aparıcı Xarici Siyasət Qlobal Düşüncələrindən biri olaraq tanınıb, və TIME jurnalının 100 "Dünyanın ən nüfuzlu insanı" siyahısında yer almışdır.
Yanis Adamsons
Yanis Adamsons (latış. Janis Ādamsons‎: d. 3 noyabr 1956, Preyl rayonu, Latviya SSR) — latviyalı zabit, dövlət və siyasi xadim; Latviyanın daxili işlər naziri (1994—1995); Latviya Seyminin VI (1995—1998), VII (1998—2002), X (2010—2011), XI (2011—2014), XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. == Həyatı == Yanis Adamsons 1956-cı il noyabrın 3-də Preyl rayonunda anadan olub. Yanis Adamsons 1979-cu ildə Kiyev ali hərbi-dəniz siyasəti üzrə təhsil müəssisəsini bitirib.
Yanis Apsitis
Yanis Apsitis (11 oktyabr 1982) — Latviyalı oxatan. Yanis Apsitis Latviyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Yanis Apsitis birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 181-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Yanis Livens
Yanis Livens (16 aprel 1884 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Livens Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yanis Livens birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Yağış
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Alyaqış (Askın)
Alyaqış (başq. Алъяғыш, rus. Альягиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, kənd sovetliyindən (Köhnə Kazansı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (79 %) üstünlük təşkil edir.
Oyanış TV
Oyanış TV - Günaz TV-nin ardınca açılan Cənubi Azərbaycanın ikinci kanalı, GAMOH təşkilatlnln televiziyası. Cənubi Azərbaycanın hüquqlarının təmin olunmasını və Azərbaycan dilinin İranda azad olması fikrini təbliğ edir.
Yan Ryapoş
Yan Ryapoş (slovak. Ján Riapoš; 28 sentyabr 1968, Helpa[d]) — Stolüstü tennis üzrə yarışan slovakiyalı paralimpiyaçı. Dördqat Paralimpiya çempionu və gümüş medalçı. Yalnız Henrite Farkasdan geri qalır (5 qızıl, 1 gümüş, 1 bürünc medal). O, Slovakiya Paralimpiya Komitəsinin sədri və Slovakiya Əlil Atletlər Assosiasiyasının sədridir. O, hazırda 2-ci idman sinfində dördüncü, əlil arabası idmanı kateqoriyasında isə 61-ci yerdədir. == Bioqrafiya == 1993-cü ildə avtomobil qəzasına düşərək onurğa beynini zədələyir. === İdman === 2012-ci ildə Londonda keçirilən Yay Paralimpiya Oyunlarında o, Rastislav Revutski və Martin Ludrovski ilə birlikdə həm fərdi, həm də komanda yarışında qalib gələrək ən böyük uğura imza atır. 2016-cı ildə 47 yaşında Rioda keçirilən Paralimpiya Oyunlarında iştirak edib. Şəxsi turnirdə o, 1/4 finalda çex Jiri Suhanekə uduzaraq, nəticədə beşinci olur.
Ağ yağış
Ağ yağış – Qısa müddət ərzində yağan şiddətli yağışdır. Ağ yağış ən çox yayın əvvəllərində yağır. Ağ yağış yağan zaman qismən buludsuz göydənsaçan günəş şüaları onun dənələrini şəffaf göstərdiyi üçün, ona Ağ yağış adı verilib.
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Laliş məbədi
Laliş məbədi (kürd. Lalişa Nûranî) - Yezdanizm dini inancını əsas məbədi. Yezidilər üçün həcc məkanı hesab edilən müqəddəs yer. Laliş və ya Lalişa olaraq adlandırılan məbəd, İraqın şimalında, Mosul şəhərindən 60 km şimal-qərbdə yerləşməkdədir. Yezidilərin əsas fiqurlarından olan Şeyx Adi bin Müsafirinin məzarı məbədin daxilində yerləşir. Yezidi olan bir şəxs ən azı həyatında bir dəfə olmaqla, Laliş məbədinə doğru 6 günlük həcc ziyarətini gerçəkəşdirməlidir. Bura gələn yezidilər müxtəlif dini rituallar icra edir və günşə doğru ibadətlər edirlər. Bölgədə yaşayan yezidilər isə illik təşkil edilən İçitma bayramı münasibəti ilə məbədə axın edirlər. Yezdanizm inancında ən müqəddəs yerlərdən biri olduğuna inanılan məbədə və ətrafına ayaqqabı ilə daxil olmaq qadağandır. Yezidilər bayramlarda və xüsusi günlərdə ailəlikcə məbədi ziyarət edərək, ətrafını süpür və təmizləyirlər.
Lapuş çayı
Lapuş çayı— Rumıniyada Someş çayının sağ qoludur. Çay İzvorul Alb və İzvorul Negru sularının birləşdiyi yerdə formalaşır. Lapuş çayı Baia Marenin qərbində Buşagda Someş çayına tökülür. Çay Bauut, Lapuş, Targu Lapuş, Vima Mika, Şomkuta Mare, Remetea Çioarului, Koaş, Sacalaşeni, Groşi, Koltau, Recea və Tautii-Magherauş icmalarından keçir.
Latış dili
Latış dili ya da Leton dili (latviešu valoda) Hind-Avropa dillərinə mənsub, əsasən Latviyada istifadə edilən bir dil.
Latış qambiti
Latış qambiti — Şahmatda 1. e2-e4 e7-e5 2. Kg1-f3 f7-f5 gedişləri ilə başlanan debüt. K. Betinşemin başlanğıcı altında bu debütü təhlil edən Riqa şahmatçılarının şərəfinə adlandırılıb.
Latış xalqı
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Layiş rayonu
Layiş rayonu (tatar. Layış rayonı, Лае́ш районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində, Volqa və Kama çaylarının birləşdiyi bölgədə yerləşir. Ən məşhur sakini rus şairi Qavril Derjavinə görə, rayon çox vaxt qeyri-rəsmi olaraq Derjavin diyarı adlanır. Rayonun inzibati mərkəzi Layiş şəhəridir. == Coğrafiyası == Kazan şəhəri, Pitrəç, Balık-Bistəse, Kuybışev su anbarının qarşı tərəfində isə Yuxarı Oslan, Kama Tamaqı, Alekseyevsk, Spas rayonları ilə həmsərhəddir. Böyük çayları Volqa, Kama və Moşadır. Rayon torpaqlarının təxminən üçdə biri (32.9%) suyun altında qaldmışdır. == Tarixi == Rayon 14 fevral 1927-ci ildə təsis edilmişdir. 4 avqust 1938 - 25 mart 1959-cu il tarixlərində ərazinin bir hissəsində Stolbişçı rayonu mövcud olmuşdur.