Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müşkapat
Müşkapat — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kəndxurd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Müşkapat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Müşkapat kəndi XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bu ərazidə Türkiyənin Muş əyalətindən gəlmə ermənilər yerləşdirilmişdi. Oykonim "Muş kəndi" mənasındadır. Oykonimin Müşqapat, Muşkanat variantlarına da təsadüf edilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Muşklar
Muşklar — Tunc və Dəmir dövrlərinin qovşağında Anadolu ərazisində yaşamış xalq. Assuriya mənbələrində qeyd olunan, het heroqlifləri ilə "muskai" kimi tanınır. Bir sıra tarixçilər onları yunan mənbələrindən mosxlar, eləcə də Gürcüstanda Mesxetiya adı ilə əlaqələndirirlər. İosif Flavi muşkları Bibliyada Meşex ilə eyniləşdirdi. Paleobalkan dillərində "muşk" termini atlar ilə əlaqələndirilir. Assuriya mənbələrində "muški" termini iki müxtəlif qrupa aiddir: e.ə. XII–IX əsrlərdə mövcud olmuş, Arsaniya ilə Fəratın qovuşduğu yerdə "şərq muşkları" yaşamışdır. e.ə. VIII–VII əsrlərdə Kilikiyada "qərb muşklarıƏ mövcud olmuşdur.Assuriya mənbələri qərbi muşkarı frigiyalılar ilə, yunan mənbələri isə frigiyalıları "Μόσχοι" ilə aydın şəkildə fərqləndirir.
Tuskulan söhbətləri
"Tuskulan söhbətləri" (lat. Tusculanae disputationes) — Siseronun daha çox əxlaqi məsələləri əhatə edən fəlsəfi kitablarından biri. Təxminən m.ö. 45 ildə tamamlanmışdır. Bu kitab Sisero yaradıcılığının ən uca zirvəsi sayılır. O, Sezara qəsd edən Markus Brutusa həsr olunmuşdur və beş kitabdan ibarətdir: “Ölümə qarşı biganə olmaq”; “Ağrıdan qurtarmağın yolu”; “Kədərdən təsəlli tapmaq”; “Ehtiraslar haqqında”; “Yetərli olan ərdəm haqqında”.Bu kitablarda Sisero çoxlu fəlsəfi və əxlaqi məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə yiyələnmək və müdriklik məqamına çatmaq həyatı məzmunla doldurur və bunlar qocalıq, ağrı, ölüm, itki kimi əzabları yüngülləşdirir. Bu əsərdə ölüm qarşısında qorxu hissi haqqında söhbət açılır. Həm də burada ölümün şər olub-olmaması və insan ruhunun mahiyyəti haqqında düşünülür. Ölüm şər ola bilməz, çünki demək olmaz ki, ölülər bədbəxtdirlər.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.