MÜŞKÜL

[ ər. ]
1. sif. Çətin, zor, çətin başa gələ bilən, çətin həll edilə bilən. Müşkül hal. Müşkül məsələ.
– Mən and içirəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkül işə rast gəlməyib. C.Məmmədquluzadə.

// Ağır, dözülməz.
Səbr eyləmək olarmı bu müşkül müsibətə. A.Səhhət.

□ Müşkülə düşmək – çətinə düşmək, çıxılmaz vəziyyətə düşmək.
Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! Fəryadimə yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir.

Müşkül etmək – çətinləşdirmək, çətinə salmaq, ağırlaşdırmaq.
Ta kuyi-yardə özümə mənzil etmişəm; Asan ikən özüm işimi müşkül etmişəm. S.Ə.Şirvani.

Müşkül olmaq – çətin olmaq.
Eşitmədinmi, könül, eşq müşkül olduğunu; Sənə bu müşkül işi kim dedi ki, bünyad et! Füzuli.
Müşkül oldu çünki yol bulmaq onun imkanına; Göstərib lütfü-kərəm mən bəndeyi-fərmanına. M.P.Vaqif;

// ağır olmaq, dözülməz olmaq.
Elmsizlik bəlası müşkül olur, həqiqət. M.Ə.Sabir.

2. is. Çıxılmaz vəziyyət, ağır vəziyyət; düyün. Müşkülü həll etmək.
– Sən tanıtdın bu ellərə ömrün yazını; Varlıqdakı hər müşkülün öz mənasını. S.Rüstəm.
[Mahmud üçün] bu böyük müşküldən çıxmağa bir yol var idi, o da intihar! Çəmənzəminli.

3. məc. sif. Ağır, çox.
Bu məlul, müşkül vaxtında Nigarın küsməyi Koroğlunun ürəyini qubarlandırdı. Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜŞKÜL müşkül bax çətin
  • MÜŞKÜL əngəl — maneə
  • MÜŞKÜL çətin — ağır

Antonimlər (əks mənalı sözlər)

  • MÜŞKÜL MÜŞKÜL – ASAN Rədd ol, həll edərəm özüm müşkülü! (M.Rahim); Bundan asan şey yoxdur (S.Vəliyev)
MÜŞKBU
MÜŞKÜLAT
OBASTAN VİKİ
Müşkülqazma
Müşkülqazma — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Müşkülqazma kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Müşkül (Müşkür tarixi adının təhrif forması) və qazma komponent­lərindən düzəlib, "Müşkür düzündəki qazma­lar" mənasındadır. == Əhalisi == Əhalisinin sayı 10 nəfərdir (2009-cu il).

Digər lüğətlərdə

виталисти́ческий за девятеры́х как ра́з канканёр лупа́стый перени́зываться расплю́щиваться сви́нство фанта́зийка взмости́ть деструкти́в докла́ссовый наска́бливать пистолет circumspective flange pneumatics screening unsearched вгрызаться диспансер заточение зрелищный капиталодержатель неотвратимый