Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mücrüm Kərim
Mücrüm Kərim (XIX əsrin 1-ci yarısı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Kirmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır. Sonralar o, bu torpaqların sahibi Cəfərqulu xan Cavanşirə müraciət edib torpaq istəyir. Cəfərqulu xan da indiki Cəfərabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin (qonşu Maralyan kəndində yaşayırdı – red.) də müəyyən rolu olmuş, həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir. Mücrüm Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında, Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır. == Yaradıcılığı == Mücrüm Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir: - deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində: - deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı.
Məzarınıza tüpürüm (film, 2010)
Məzarınıza tüpürüm (ing. I Spit on Your Grave) Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının Günü" (və yaxud "Məzarınıza tüpürəcəyəm") filminin remekidir. Filmin ABŞ-də premyerası 2010-cu ildə baş tutub. == Məzmun == Cennifer Hills adlı gənc yazıçı xanım yazacağı yeni roman üçün başqa şəhərə gələrək burada bir ev kirayə tutur. Sakit çayın kənarındakı bu evdə işini görməyi planlaşdıran Cennifer burada başına gələcəklərdən xəbərsizdir. Hər şeyin qaydasında getdiyi bir vaxt gecə Cenniferin evinə bir neçə oğlan gəlir. Bu oğlanlar onun bura təzə gəldiyi vaxt yanacaqdoldurma məntəqəsində gördüyü həmin oğlanlardır. Əylənmək istəyən oğlanlar bu gənc xanımla amansız rəftar edərək ona fiziki, mənəvi və cinsi zorakılılar edirlər. İşləri qurtardıqdan sonra onu aradan götürməyə qərar verən oğlanlar onu öldürmək istəyirlər.
Məzarınıza tüpürüm 2 (film, 2013)
Məzarınıza tüpürüm 2 (ing. I Spit on Your Grave 2) — Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının günü (və yaxud "Məzarınıza tüpürüm") filminin motivləri əsasındadır və eyni zamanda 2010-cu ildə nümayiş olunmuş "Məzarınıza tüpürüm" filminin davamıdır. == Məzmun == Keyt model olmaq niyyətindədir. Bunun üçün fotosessiyalar, müsahibələr və s. kimi yerlərdə olmağa çalışır. Gələcək üçün çoxlu xəyalları var. Lakin həyatda heçdə hər şey insanın istədiyi kimi olmur. Xüsusəndə bəzi vəhşi insanların yaşadığı dünyada yaşayırsınızsa. Bir gün Keyt firmanın təyin etdiyi bir iş üçün deyilən yerə çəkilişlər üçün gedir.
Senecio murorum
Senecio murorum (lat. Senecio murorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Uçurum (pyes)
"Uçurum" (azərb. Uçurum / اوچوروم‎) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1917-ci ildə yazdığımənzum pyesi , dörd pərdəli faciə. Pyes ilk dəfə 1926-cı ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap edilmişdir. Pyes yalnız 1968-ci ildə Cavidin Seçilmiş əsərlərinin birinci cildində yenidən nəşr edilmişdir . Tamaşası ilk dəfə 1922-ci ildə baş tutdu. Belə ki, 1922/23-cü illərin teatr mövsümündə əsər rejissor Abbas-Mirzə Şərifzadə tərəfindən Dadaş Büniyatzadə adına Dövlət Türk (Azərbaycan) teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu, Hüseyn Cavidin elə dramlarından biridir ki, burada cəmiyyətin ədalətsizliyi ilə üz-üzə qalan, yaşadıqları ilə baş-başa qalan insanlar xüsusi yer tutur . Pyesin pantürkist əhvali-ruhiyyə ilə seçilməsi də güman edilirdi . == Xüsusiyyətləri == Hüseyn Cavidin önəm verdiyi məsələlərdən biri də yüksək əxlaq, ailə münasibətlərində sədaqətlilik prinsipi ümumiyyətlə namus, qeyrət və digər insani dəyərlərdir ki, bu da özünü şairin 1917-ci ildə yazdığı "Uçurum" mənzum pyesində daha qabarıq şəkildə büruzə verir. Bu əsərində o, ailə-məişət məsələlərinə müraciət etdiyindən sadə xalq dilində, daha doğrusu Məmməd Cəfərin "H.Cavidin sənəti haqqında qeydlər"ində vurğuladığı kimi heca vəznində yazmış, məsnəvi, qoşma, bayatılardan istifadə etməklə bərabər on bir, yeddi, səkkiz, on dörd, on beş və on altı hecalı şer formalarına da müraciət etmişdir.
Qızıl uçurum
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. == Məzmun == XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. == Film haqqında == Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
Qızıl uçurum (film, 1980)

Triticum vavilovii var. munuru
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Triticum vavilovii var. mupuru

Uçurum üzərində cığır (film, 1979)
== Məzmun == Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.