Uçurum (pyes)
"Uçurum" (azərb. Uçurum / اوچوروم) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1917-ci ildə yazdığımənzum pyesi , dörd pərdəli faciə. Pyes ilk dəfə 1926-cı ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap edilmişdir. Pyes yalnız 1968-ci ildə Cavidin Seçilmiş əsərlərinin birinci cildində yenidən nəşr edilmişdir . Tamaşası ilk dəfə 1922-ci ildə baş tutdu. Belə ki, 1922/23-cü illərin teatr mövsümündə əsər rejissor Abbas-Mirzə Şərifzadə tərəfindən Dadaş Büniyatzadə adına Dövlət Türk (Azərbaycan) teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Bu, Hüseyn Cavidin elə dramlarından biridir ki, burada cəmiyyətin ədalətsizliyi ilə üz-üzə qalan, yaşadıqları ilə baş-başa qalan insanlar xüsusi yer tutur . Pyesin pantürkist əhvali-ruhiyyə ilə seçilməsi də güman edilirdi .
Hüseyn Cavidin önəm verdiyi məsələlərdən biri də yüksək əxlaq, ailə münasibətlərində sədaqətlilik prinsipi ümumiyyətlə namus, qeyrət və digər insani dəyərlərdir ki, bu da özünü şairin 1917-ci ildə yazdığı "Uçurum" mənzum pyesində daha qabarıq şəkildə büruzə verir. Bu əsərində o, ailə-məişət məsələlərinə müraciət etdiyindən sadə xalq dilində, daha doğrusu Məmməd Cəfərin "H.Cavidin sənəti haqqında qeydlər"ində vurğuladığı kimi heca vəznində yazmış, məsnəvi, qoşma, bayatılardan istifadə etməklə bərabər on bir, yeddi, səkkiz, on dörd, on beş və on altı hecalı şer formalarına da müraciət etmişdir.