MÜCƏSSƏMƏ
MÜCTƏHİD
OBASTAN VİKİ
Mücrü nəşriyyatı
Mücrü (film, 1973)
== Məzmun == Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur. == Film haqqında == Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Mücrüm Kərim
Mücrüm Kərim (XIX əsrin 1-ci yarısı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Kirmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır. Sonralar o, bu torpaqların sahibi Cəfərqulu xan Cavanşirə müraciət edib torpaq istəyir. Cəfərqulu xan da indiki Cəfərabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin (qonşu Maralyan kəndində yaşayırdı – red.) də müəyyən rolu olmuş, həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir. Mücrüm Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında, Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır. == Yaradıcılığı == Mücrüm Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir: - deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində: - deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı.

Digər lüğətlərdə