Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mülazimi sani
Mülazimi sani (osm. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Mülazimi əvvəl
Mülazimi əvvəl (osm. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. == Karyera == === Klub karyerası === Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.
Mülayim enliklərin iqlimi
Mülayim enliklərdə radiasiya şəraitlərində fəsillər üzrə böyük fərq müşahidə edilir. Yayda səth örtüyünün radiasiya balansı bir qədər böyükdür və buludluluq az olan rayonlarda tropik enliklərdə olan şəraitə yaxınlaşır, qışda o, materiklərdə mənfidir. Mülayim enliklər həmçinin qütb və arktik cəbhələrdəki intensiv tsiklonik fəaliyyət sahəsidir. Odur ki, burada hava rejimi çox dəyişkəndir. Həm qütb, həm də subtropik enliklərdən hava axınları tez-tez daxil olur və nəticədə temperatur kəskin dəyişir. Şimal yarımkürəsində materik və okeanların kəskin dəniz və kontinental iqlimdən ibarət olması səbəbindən sirkulyasiya şəraitlərində böyük müxtəliflik mövcuddur. Cənub yarımkürəsində okeanların üstünlüyü nəticəsində mülayim enliklərdə kontinental iqlim tipi praktiki olaraq yoxdur. Materiklərin qərb və şərq kənarlarının mülayim enliklərində əhəmiyyətli dərəcədə iqlim fərqi mövcuddur. Qərb sahillərinin iqlimi dəniz hava kütlələrinin üstünlüyünün təsiri altında olduqlarından dənizdən kontinentala keçiddir. Odur ki, tez-tez onu sadəcə olaraq dəniz iqlimi adlandırırlar.
Mülayim enliklərin musson iqlimi
Mülayim iqlimlərin musson tipi- Alisovun bölgüsünə əsasən bu iqlim tipi ayrılmış və Şərqi Asiyada yayılmışdır. Rusiya ərazisində Sakit okean sahili əraziləri, Kanadanın sahilləri və Argentina üçün xarakterikdir. == Şimal yarımkürəsi == Şərqi Asiyada bu iqlim tipi mussondur. Belə ki, mülayim enliklərin musson iqlim tipi subtropik və tropik mussonların davamı olub şimali Kamçatkaya qədər davam edir. Beləliklə, Primorsk əyalətində, Kamçatkanın və Yaponiyanın şimalında və Çinin şimal-şərqində yayılmışdır. Qışda materikin şərq qurtaracaqları Asiya antisiklonunun təsirinə məruz qalır, az buludlu və az yağışlı dövr müşahidə edilir. Yayda isə siklonların təsiri ilə ərazidə yağıntıların miqdarı xeyli artır. Xabarski əyalətində iyul ayının orta temperaturu +22 °C, yanvar ayının orta temperaturu isə −20 °C, orta illik yağıntıların miqdarı isə 684 mm olur. Yalnız oktyabr-mart aylarında 74 mm yağıntı düşür. Qış yaydan az yağıntılı olur.
Qışı quru keçən mülayim-isti iqlim (iqlim tipləri)
Qışı quru keçən mülayim-isti iqlim — Böyük Qafqazın cənub yamaclarının alçaqdağlıq və ortadağlıq zonalarında 400 - 1000 m hündürlüklərdə, (Qanıx -Əyriçay vadisində 200 - 500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında dəniz səviyyəsindən 400 - 1500 m hündürlükdə yayılmışdır. O, az və mülayim rütubətlənmə (illik yağıntının miqdarı mümkün buxarlanmanın 50-100% - ni təşkil edir), yumşaq, az yağıntılı qış və mülayim - isti yayı ilə fərqlənir. 10º- dən yuxarı temperatur cəmi əsasən 3000º- dən 4000º- yə qədər olur. Dənli bitkilərin becərilməsi, bağçılıq, üzümçülük, həmçinin ortadağlıq zonada kurortların və istirahət zonalarının yaradılması üçün əlverişlidir.
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Yayı quraq olan mülayim-isti iqlim — Əsasən Lənkəran vilayətində yayılmışdır. Kifayət və hətta ifrat rütubətlənmə ( illik yağıntının miqdarı mümkün buxarlanmanın ≥100 - 150% - ni təşkil edir), yumşaq qış, mülayim isti , quru yay və çox yağışlı payızla fərqlənir. 10º-dən yuxarı temperatur cəmi 3000-4000º təşkil edir.
Müzayim
Müzayim - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,632 nəfər azərbaycanlı yaşamaqda idi.
Müzahim Mehvalıoğlu
Müzahim Mehvalıoğlu (1961, Toxluca, Çəmbərək rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Müzahim Mehvalıoğlu 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistanın) Göyçə mahalının Toxluca kəndində anadan olub. Gəncə şəhərində Kənd Təsərrüfatı Akademiyasını bitirib. == Kitabları == "Bu obanın sahibləri hardadır" "Ocaq dağı" "Atam mənə deyərdi" "Məni çağır", Bakı, "Çənlibel" NPM, 2010. 188 səh., 300 tiraj.
Müzahim İsmayılzadə
Müzahim İsmayılzadə (5 dekabr 1958, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). == Həyatı və təhsili == Müzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonar iki il istehsalatda çalışmışdır. 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3№-li orta məktəbdə çalışmışdır (1981-1984).Azərbaycan Texniki Universitetində (1984-1990), “Ədəbiyyat qəzeti” ndə (1990-1992), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994), “Həyat” (1994-1995), “Xalq qəzeti” (1995-1999) və “Respublika” qəzetlərində (1999-2009) məsul vəzifələrdə çalışmışdır. 2009-2014-cu illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilmiş, komissiya sədri olmuşdur. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir. === Ailəsi === 1988-ci ildə ailə qurmuşdur. Üç ovladı, dörd nəvəsi var.
Müdavim Kelli (film, 2002)
Müdavim Kelli (ing. Cadet Kelly) — 2002-ci ildə ekranlara çıxan orijinal Disney Channel filmidir.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Morazım (Auırqazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Muradım (Avurğazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
İsmail Mutasim Adnan
İsmail Mutasim Adnan (d. 8 yanvar 2001) — Maldiv adalarını təmsil edən üzgüçü. İsmail Adnan Marşal adalarını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == İsmail Adnan birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.68 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 109-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mulavi Kuranlı (Çaroymaq)
Mulavi Kuranlı (fars. مولوي كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (15 ailə).
Seyid Lazım Ağa
Seyid Lazım Ağa — Azərbaycanın tanınmış seyidlərindən biri. == Həyatı == Seyid Lazım Ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Kiçik yaşlarında olarkən ailəsi ilə birlikdə Ağdam rayonuna köçmüşdülər. Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilmiş, çox mükəmməl Quran oxuyurmuş. Seyid Lazım Ağa 1994-cü il yanvar ayının 3-ü cümə günü 115 yaşında Mingəçevir şəhərində dünyasını dəyişib. Məzarı Ağdam rayonunun Çəmənli kəndindədir. Üç övladı var, Seyid Məhəmməd Ağa, Seyidə Humay xanım və Seyidə Pəri xanım. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Seyid Lazım Ağa kimdir?
Atım mənim, muradım mənim (film)
Atım mənim, muradım mənim qısametrajlı sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.